Sual (411) : Bir şəxs cünub olub qüsl edir, lakin qüslu səhv, batil olmuşdur. Onun bu cür qüsldan sonra qıldığı namazların hökmü nədir? (O, bu barədə xəbərsiz olmasını bilir.)
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Batil olan qüsl ilə, cənabət halında qılınan namaz batildir, yenidən qılınması, yaxud qəza edilməsi vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (412) : Mən indiyə kimi yaş məsələlərindən, yəni cənabət məsələlərindən, cənabət qüslunun hökmlərindən xəbərsiz idim. Halbuki,, bu müddətdə namaz qılıb oruc tuturdum. Bu barədə şəri hökm nədir?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu dövrdə tutduğun oruc günlərində cənabətin baş verməsi qaydasını bilməsən, orucların düzdür. Amma qıldığın namazların qəzası -cənabət halında qıldığını bildikdən sonra- vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (413) : Bir cavan məsələni bilməmək üzündən istimna edir (24 yaşından əvvəl və sonra), ondan da məni xaric olur. Amma qüsl etmir. Bu şəxsin vəzifəsi nədir? O şəxsə istimna etdiyi, məninin xaric olduğu dövrdə qüsl vacibdirmi? Həmçinin, bu dövrdə (indiyə kimi) tutduğu oruc, qıldığı namaz batildirmi və onların qəzası vacibdirmi? Halbuki, o şəxs möhtəlim olduğunu bilir, amma cənabət qüslu etməyə səy göstərmir; həmçinin bilmirdi ki, məninin xaric olması qüsla səbəb olur.
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Keçmişdə olan cənabətlərin hamısı üçün bir qüsl kifayətdir. Cünub olduğu halda qıldığına yəqini olan namazların hamısının qəzası vacibdir. Lakin o dövrdəki orucların qəzası vacib deyildir; orucluq gecələrində cünub olduğunu bilməsə, orucları düzdür. Amma ondan məni çıxmasını, cünub olmasını bilsə, lakin orucunun düz olması üçün qüslun vacib olmasını bilməsə, onda cünub halında olarkən tutduğu bütün orucların qəzası vacibdir. Ehtiyat budur ki, əgər cəhli təqsir üzündən olsa (cahili-müqəssir olsa), hər gün üçün kəffarə də versin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (414) : Bir nəfər həddi-büluğa çatmış, lakin qüslun vacib olmasını, keyfiyyətini bilməmiş, iyirmi yaşına çatana kimi bir müddətdə təqlid məsələlərindən, qüslu vacib olmasından agah olmamışdır. Onun bu dövrdəki oruclarının, namazlarının hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Cənabət halında qıldığı namazların, tutduğu orucların qəzasını yerinə yetirməsi -əgər cənabətin möhtəlim olmaqla, məninin xaric olması və s. yollarla olmasını bilirdisə, həmçinin cünub olan şəxsə oruc tutmaq üçün qüslun vacib olmasını bilmirdisə-vacibdir. Hətta üstün rəy budur ki, əgər onun hökm qarşısındakı cəhli təqsir üzündən olsa, (yəni müqəssir cahil olsa) kəffarə də vermək vacibdir. Amma cənabət barədə ümumiyyətlə cahil (qasir cahil) olsa və oruc tutduğu gün fəcr açılanda cünub olduğunu bilməsə, bu halda heç orucun qəzası vacib deyildir, o ki, qala kəffarəyə.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (415) : Əgər xəstə zərərdən qorxub cəbirə quslu etsə və namazdan sonra məlum olsa ki, qorxusu əsassız olub, onda onun vəzifəsi nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Təkrarlamaq vacib deyil, amma yaxşı olar ki, təkrarlasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (416) : Qadınların saçları üçün istifadə etdikləri rəng suyun dəriyə yetişməsinə maneçilik törədirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan rəng qatıdırsa suyun dəriyə yetişməsinə maneçilik törədər. Çünki, vacibi ehtiyata əsasən qusl üçün saçlar yuyulmalıdır. Buna görə qatı olan rəngi təmizləmək lazımdır. Amma rəng olsa eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (417) : Müstəhəbbi bir qusl, digər bir müstəhəbbi quslun əvəzinə kifayətdirmi?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xeyr kifayət etmir, amma qusulların hamısını niyyət etsə olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (418) : Müstəhəbbi quslun əvəzinə vacibi qusl kifayət edərmi? Əksi necə?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər müstəhəbbi qusl niyyəti olmasa, vacibi qusllər müstəhəbbi qusullara kifayət etmir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (419) : Vacibi qusl etmək başqa vacibi quslun əvəzinə kifayət edirmi? (Məsələn, cənabət və məssi meyyit quslu kimi).
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, vacibi qusl etmək başqa vacibi quslun əvəzinə kifayət edir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (420) : Xəstəlik səbəbindən bir şəxsdən ixtiyarsız sperma xaric olur; bu vəziyyət qusula səbəb olurmu?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli. Qusula səbəb olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP