Sual (401) : Bir şəxs namaz qılmaq, mübarək Ramazan ayının orucunu tutmaq istəyir, lakin ondan ixtiyarsız olaraq məni çıxdığına görə cünub olur. Bəzi səbəblərə görə də hər saatda, yaxud hər gündə qüsl edə bilmir. Bu şəxs orucunu tutmaq, namazını qılmaq üçün nə etməlidir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
O, şəxsdə cənabət qüslünü tərk etmək üçün əməlli-başlı şəri üzr olsa, qüsl əvəzinə təyəmmüm etməsi vacibdir. Bu təyəmmüm ilə tutduğu oruc, qıldığı namaz düzdür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (402) : Bir nəfər ardıcıl olaraq bir neçə gecə cünub olmuşdur. Onun hökmü nədir? Halbuki, hədisdə gəlib ki, ardıcıl olaraq hamama getmək insanı zəiflədir.
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qüsl etməsi vacibdir. Amma əgər su işlətmək ona zərər yetirsə, bu halda vəzifəsi təyəmmüm etməkdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (403) : İnsan yuxuda olanda ondan bir növ rütubət çıxır, oyandıqdan sonra isə heç bir şey xatırlamır, lakin paltarını rütubətli görür və onun üçün axtarış aparmağa macalı yoxdur. Çünki sübh namazı qəzaya gedir. Bu halda o, nə etməlidir? Təyəmmümü qüsl əvəzinə niyyət edəcək, yoxsa dəstəmaz əvəzinə? Əsl hökm nədir?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər möhtəlim olmasını bilsə, cünubdur. Bu halda ona qüsl vacibdir. Vaxt da dar olsa, bədənini paklayıb təyəmmüm etsin (namazdan sonra isə qüsl etsin). Amma möhtəlim olmasında, cənabətli olmasında şəkk etsə, cənabətin hökmü icra olunmayacaq.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (404) : Su tapmayan şəxs, yaxud su işlətməyi zərər yetirən şəxs qüsl (cənabət qüslü) əvəzinə təyəmmüm etsə, onun məscidə daxil olması, camaat namazı qılması caizdirmi? Onun Qurani-Kərim oxumasının hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nə qədər ki, təyəmmümü caiz edən üzrü aradan qalxmayıb və təyəmmümü də batil olmayıb, bu halda təharətlə şərtlənən bütün əməlləri görə bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (405) : Hərbi yaralılardan olan, onurğa beyninin zədələnməsi səbəbi ilə “ixtiyarsız sidikaxma” xəstəliyinə tutulan şəxsin müstəhəbb əməlləri (cümə qüslu, ziyarət qüslu və s.) görmək üçün qüsl yerinə təyəmmüm etməsi caizdirmi? Səbəbi də budur ki, o, hamama gedəndə azacıq məşəqqətə düçar olur.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Təharətin şərt olunduğu yerlərdən qeyrisində qüsl əvəzində təyəmmüm etmək işkallı məsələdir. Lakin, müstəhəbb qüsulların əvəzində, çətinlik irəli gəldikdə və əziyyətə səbəb olduğu halda, rəca (Allaha yaxınlıq üçün ümidvarlıq) niyyəti ilə təyəmmüm etməyin heç bir maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (406) : Qüsl əvəzində olan təyəmmüm üçün də qüslda olan qəti hökmlər vardır? Yəni, o təyəmmüm ilə məscidə daxil olmaq olarmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qüslda olan hər bir şəri təsir təmamilə onun əvəzində olan təyəmmümdə də (vaxtın dar olmasına görə olan təyəmmümdən başqa) caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (407) : (Sübh) cünub oldum, hamama getməyə də imkanım yox idi. Cənabətli halım bir neçə gün davam etdi. Keçmişdə olduğu kimi bir namaz üçün qüsl əvəzindən təyəmmüm etdikdən sonra qılacağım hər bir namaz üçün dəstəmaz almağım, yaxud təyəmmüm almağım vacibdirmi, yaxud bir dəfə (təyəmmüm) ilə kifayətlənə bilərəm? Bu fərz ilə belə, mənə vacib olan şey hər bir namaz üçün dəstəmaz almaqdır, yoxsa təyəmmüm?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Cünub olan şəxs cənabət qüslu əvəzində düzgün təyəmmüm edəndən sonra -baxmayaraq ki, bu təyəmmümdən sonra hədəsi-əsğər hasil olmuşdur - nə qədər ki, təyəmmüm üçün olan şəri üzrü (cünub olması) aradan qıldırmayıb, təharətlə şərtlənən bütün əməllər üçün dəstəmaz alması vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (408) : Əgər təyəmmüm etmək düz olan şeylər (torpaq, əhəng mərmər daşı) divara yapışmış olsa, orada (divarda) təyəmmüm etmək düzgündürmü, yoxsa bu kimi şeylər yerin üzündə olmalıdır?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Təyəmmümün deyilən şeylərlə düzgün olmasında onların yer üzərində olmaları şərt deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (409) : Cənabət qüslunu aşağıdakı ardıcıllıqla alırdım: Əvvəlcə sağ tərəfi, sonra başımı, sonra isə sol tərəfimi yuyurdum, bu barədə soruşmaqda da təqsirkar idim. Bu halda oruclarımın, namazlarımın hökmü nədir?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan ardıcıllıqdakı qüsl batildir, hədəsi (cənabəti) aradan qaldırmır. Belə isə bu qüsl ilə qılınan namazlar batildir, qəzası da vacibdir. Lakin oruclar isə - əgər qeyd olunan ardıcıllıqdakı qüslun düz olduğuna etiqad bəsləyirdinsə, həmçinin cənabət halında qalmaqda təqsirkar deyildinsə - düz hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (410) : Vacibi qüsullardan birini yerinə yetirmək niyyəti ilə qüsl etdim, hamamdan çıxandan sonra başa düşdüm ki, tərtibə riayət etməmişəm, ehtimal da verirdim ki, tərtibin niyyəti kifayətdir, elə buna görə də qüslu əvvəldən başlamadım. İndi isə bu işim barədə nə edəcəyimi bilmirəm. Qıldığım bütün namazların qəzasını qılmaq mənə vacibdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yerinə yetirdiyin qüslun düz olmasını ehtimal verirsənsə və həmçinin, o qüslu yerinə yetirdiyin vaxt onun düz olmasındakı şərtlərindən agah idinsə, bu halda heç bir eybi yoxdur. Amma əgər qüslun batil olması barədə yəqinlik hasil olsa, bütün namazların qəzası vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP