Sual (391) : Xəstəlik üzündən bir şəxs dəstəmaz və quslu yerinə yetirmək üçün soyuq sudan istifadə edə bilmir. İsti su əldə olmadığından təyəmmüm etmişdir. İsti su tapıb istifadə edəndən sonra aşağıdakı iki halda vəzifəsi nədir? 1) Sübh namazından əvvəl. 2) Namazdan sonra.
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
1) Təyəmmüm batildir.
2) Namaz səhihdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (392) : Xəstəlik ucbatından təyəmmüm edən bir kəs namaza başlamazdan əvvəl qusl və dəstəmaz ala bilsə vəzifəsi nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər namaza başlamazdan əvvəl insanın üzrü aradan getsə təyəmmüm batildir. Gərək dəstəmaz alsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (393) : Mozaika və ya mərmər daşlara təyəmmüm etmək səhihdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Torpağa, daşa və quma təyəmmüm etmək səhihdir. Bunlar olmayan halda mozaikaya təymmüm etməyin maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (394) : Naibin təyəmmüm verməsinin necəliyini bəyan edin.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Naib təyəmmüm edə bilməyən kəsin əllərini imkan olan surətdə yerə, ya səhih olduğu şeylərə vursun. Sonra onun əllərini təyəmmüm edən şəxsin alnına, ələrinin arxasına çəksin. Onun əllərini hərəkət etdirmək olmasa, naib öz əllərini yerə vursun və onun alnına, əllərinin arxasına çəksin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (395) : Cənabətli bir şəxs gecə qusl etmək üçün su tapmamışdır, gecə namazı üçün təyəmmüm edə bilərmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, sübh azanına kimi qusl edə bilməyəcəyini bilən surətdə təyəmmümlə gecə namazlarını qıla bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (396) : Biz elə bir yerdə yaşayırıq ki, orada nə hamam var, nə də ki yuyunmaq üçün bir yer. Mübarək ramazan ayında sübh azanından qabaq cünub halda yuxudan dururuq. Həm də bilirik ki, cavanların gecə yarısı durub camaatın gözü önündə tuluq suyu ilə, yaxud anbardakı su ilə qüsl almaları eyibdir. Bundan əlavə, bu vaxtlar su soyuq olur. Bu halda həmin günün orucunu tutmaqda vəzifəmiz nədir? Təyəmmüm caizdirmi? Əgər qüsl etməsək, iftarın (orucu yeməyin) hökmü nədir?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
(Qüslün) təkcə məşəqqətli olması, yaxud bu işin camaatın nəzərində eyib olması şəri üzr sayılmır, bu şəxs mümkün olan hər yolla - nə qədər ki, mükəlləf üçün çətin deyil, yaxud zərər yetirmir - qüsl etməlidir. Amma onlardan biri (çətinlik, zərər) qarşıya çıxsa, təyəmmüm etməlidir. Belə olan halda fəcrdən əvvəl təyəmmüm etsə, orucu düzdür; təyəmmüm etməsə, orucu batildir, lakin bütün gün ərzində özünü (orucu batil edən şeylərdən) saxlaması vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (397) : Bir nəfər vaxtın dar olduğuna görə təyəmmüm alaraq namaz qılır. Namazı qurtarandan sonra məlum olur ki, onun dəstəmaz alması üçün macal varmış. Bu halda onun qıldığı namazın hökmü nədir?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu namazı yenidən qılması vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (398) : Mən çox da qorxulu olmayan dəri xəstəliyinə tutulmuşam. Belə ki, hər dəfə qüsl edəndə dərimdə quruluq əmələ gəlir. Hətta üzümü, əlimi yuyanda da belə olur. Məcbur olub dərimə zeytun yağı sürtürəm, buna görə də dəstəmaz alanda çətinliklə qarşılaşıram. Sübh namazı üçün dəstəmaz aldıqda məşəqqətə düşürəm. Sübhlər dəstəmaz əvəzində təyəmmüm ala bilərəmmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər sudan istifadə etmək sənə zərər yetirsə, dəstəmazdan çəkinib, onun əvəzində təyəmmüm almalısan.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (399) : Sübh namazı üçün cənabət qüslü etməyib təyəmmüm edən şəxsin (qüsl edəcəyi halda xəstələnəcəyinə etiqadı var) hökmü nədir?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onun öz etiqadına görə qüsl ona zərər yetirərsə, təyəmmüm etməyin eybi yoxdur; namazı da o təyəmmümlə düzgündür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (400) : Mənim səhhətim bir vəziyyətdədir ki, ixtiyarsız olaraq məni (çoxlu vaxtlarda təkrarən) xaric olur. Özü də çıxanda ləzzətlə yanaşı olmur. Namaz qılmaq üçün nə etməliyəm?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hər bir namaz üçün qüsl etməyin zərəri olsa, yaxud sənə əziyyət versə, bədəni paklayandan sonra təyəmmüm edib namaz qıl.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP