Sual (31) : guslde sag terefimizi sol elle yuyabilerkmi hemcinin sol terefimizi sag elimizle?
Ad: , Ölkə: Gurcistan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (32) : eger bir insanin eli meyyite deyse sonrada mene deyse eli mene gusul lazim olurmu?
Ad: , Ölkə: Gurcistan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Xeyir, lazım deyil.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (33) : SaLaM cume qusulunun vaxdi nevaxdan nevaxdacandi birdeki qezasin hacan ede bileruy
Ad: RehmaN, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Cümə qüslünün vaxtı (cümə günü) sübh azanından zöhr azanına qədərdir. Daha yaxşı olar ki, zöhrə yaxın vaxtlarda yerinə yetirilsin. Əgər bir şəxs zöhrə qədər yerinə yetirə bilməsə, yaxşı olar ki, əda və qəza niyyəti etmədən cümənin əsr vaxtınadək yerinə yetirsin. Əgər cümə günü qüsl etməsə, müstəhəbdir şənbə günü sübhdən qüruba qədər onun qəzasını yerinə yetirsin. Əgər bir şəxs cümə günündə su tapmayacağını bilsə cümə axşamı günü yaxud cümə axşamı gününün gecəsi qüsl edə bilər. cümə axşamı gecəsində “rəca” niyyəti ilə etsin.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (34) : destamazda ayagimiza mesh cekenen derhal sonra ayagimizi yuyabilerikmi ?
Ad: , Ölkə: Gurcistan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hər iki ayağa məsh çəkdikdən sonra dəstəmazın alınması bitir. Bundan sonra ayaqlarınızı yumağın bir maneəsi yoxdur. Dəstəmazdan qabaq da ayağı yumaq olar. Lakin məsh çəkərkən, ayaq yaş olsa, onu qurulayıb, sonra məsh çəkmək lazımıdr.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (35) : basha ve ayaglara mesh edende migdari negeder olmalidi elimizle nece olce bilerik men ayagma baxanda cox az su gorurem sehihdirmi?
Ad: , Ölkə: Gurcistan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Alının müqabilində yerləşən dörd hissədən biri başın məsh yeridir. Bu hissənin hər hansı yerinə və hər nə qədər məsh çəkilsə, kifayətdir. Amma müstəhəb ehtiyata görə, uzunluğu bir barmaq uzunluğunda, eni üç bağlı barmaq enliyi qədər olsun. Ayağın məshində ayağın üstünə - barmaqların birinin ucundan oynağa kimi - məsh çəkilməlidir. Ayağa çəkilən məshin eni hər ölçüdə olsa, kifayətdir.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (36) : Salam aleykum.Qüsl verərkən mən baş boyun,sağ bə sol tərəfi müvafiq qaydada yuyuram(duşun altından ayrılmadan).ama risalədə qeyd olunurki hər üzvü yuduqdan sonra suyun altından çıxmalı daha sonra digər üzvü yumaq lazımdır.mən qüsl alarkən suyun altından ayrılmamışam və müvafiq qaydada qüsl vermişəm.qüsl batil olurmu?
Ad: kanan mamedli, Ölkə: Azerbaijan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər duş altında qüsl alırsınızsa, ehtiyat vacib odur ki, başı yumazdan öncə, həmçinin bədəni yumazdan öncə duşun altından kənara çəkilib, sonra həmin üzvü yumağa başlayasınız.
Bu hökm ehtiyat vacibə əsasən olduğu üçün hökmlə bağlı ələmlik silsiləlsinə riayət etməklə digər müctəhidə müraciət edə bilərsiniz. Əgər o müctəhid icazə versə, keçmiş qüslləri də onun hökmü ilə səhih bilə bilərsiniz.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (37) : Salam. Ayag üsde bövl etmeyin hökmü nedir?hamamda çimerken ayag üsde bövl xaric olarsa buna göre qüsl vacibdir yoxsa yox?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Ayaq üstə sidiyə çıxmaq məkruhdur (bəyənilmir).
2. Xeyir, bunun üçün qüsl yoxdur.

http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (38) : salam aleykum aga.Aga sualimiz budurki icmeli olan adi saf Qazli su ile destamaz almag olarmi?
Ad: Allahin qulu, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hər bir surətdə, əgər su muzaf olmasa, işkalı yoxdur. Əks təqdirdə, səhih deyildir və bunu müəyyənləşdirmək mükəlləfin öz öhdəsindədir.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (39) : Uşaq ölü dünyaya gələrsə, anasının vəzifəsi nədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Anası, vacib ehtiyata əsasən, qüsl etməlidir.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (40) : gusul hansi hallarda lazim olur?
Ad: Ashkin, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Aşağıdakı hallardan hansı biri baş versə qüsl etmək  vacib olur:
1. İnsan cənabətli olarsa; 2. heyz görsə; 3. nifas gördükdə; 4. istihazə gördükdə; 5. meyitə toxunduqda; 6. insan öldükdən sonra ona verilən meyit qüslü; 7. nəzr, and içmə sair səbəblərlə vacib olan qüsllər.
Bu qüsllərin hər biri haqqında risalə kitablarında geniş izah verilmişdir. Kitabları saytımızın kitabxanasından da əldə edə bilərsiniz.

Go to TOP