Sual (371) : Bədənimin bəzi yerlərində bir növ xal əmələ gəlib. Deyirlər ki, qüslün, dəstəmazın, namazın batildir. Ümidvaram ki, bu barədə mənə yol göstərəsiniz.
Ad: Resul, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər xal yalnız rəngdən ibarət olarsa və həmçinin, dərinin üzərində suyun ona çatması üçün mane olacaq bir şey olmazsa, qüsl və dəstəmaz düzdür, namazda da heç bir işkalı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (372) : Bir nəfərdə bövl və məni arasında (bövl və istibra edəndən, dəstəmaz alandan sonra) şübhəli rütubət xaric olsa, onun hökmü nədir?
Ad: SHahin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu Sual fərz olunan halda vacibdir ki, təharətli olmağa dair yəqinlik hasil olsun deyə, həm qüsl alsın, həm də dəstəmaz alsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (373) : Lütfən kişilərlə qadınların dəstəmazları arasındakı fərqi buyurun.
Ad: Mehemmed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Dəstəmazın işləri, alınma tərzi və keyfiyyətində kişilərlə qadınlar arasında heç bir fərq yoxdur, amma müstəhəbdir ki, kişilər qollarını yuyanda qolun arxasından, dirsəkdən, qadınlar isə içəri tərəfdən (dirsəyin bükülən yerindən) başlasınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (374) : Allah-Təala adını göstərən əvəzliklərə “Bismihi Təala”-dakı kimi (“Bismihi”-dəki “hi”) məss etməyin hökmü nədir?
Ad: Vasif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Allah-Təala adına qayıdan əvəzliklərdə Ləfzi-cəlalə (Allah kəlməsi) hökmü yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (375) : Allah kəlməsini yazanda “...ərəbi” (necə ki, Ayətullah kəlməsini ...ərəbi kimi yazırlar), yaxud “İlah” sözlərindən istifadə olunur. Dəstəmazı olmayan şəxsin bu iki kəlməyə (həmzədən sonra 3 nöqtə və “İlah”) məss etməsinin hökmü nədir?
Ad: Salam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Həmzə və 3 nöqtədə Ləfzi-cəlalənin hökmü yoxdur, amma “İlah” kəlməsində bu hökm vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (376) : Mən işlədiyim yerdə bütün məktublarda “Allah” kəlməsi «...ا» (həmzə və 3 nöqtə) şəklində yazırlar. Şəri nöqteyi-nəzərdən Ləfzi-cəlalənin (Allah kəlməsinin) yerinə həmzə və 3 nöqtə («...ا») yazılması düzgündürmü?
Ad: Mahammad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu cür yazılışda şəri cəhətdən heç bir maneə yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (377) : Salam əleykum. Qadınların dırnaq əkmələrinin hökmü nədir? belə olduqda dəstəmazda qüsldə necə olacaq?
Ad: Sebirli insan, Ölkə: AZERBAYCAN, Müctəhid: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Dırnaq əkmək belə olsa ki, dəstəmaz və qüsl üçün onu götürə bilməsə, iradı var. Amma əgər bir nəfər bu işi görübsə, əgər mümkündürsə süni dırnağı götürsün, dəstəmaz və qüslü adi qaydada yerinə yetirsin. Amma əgər dırnağı götürmək mümkün deyilsə, cəbirə dəstəmaz və qüslü yerinə yetirsin və ehtiyat üçün təyəmmüm də etsin.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (378) : Xahiş edirik hər iki əli dirsəkdən yuxarı kəsilən bir kəsin təyəmmüm etməkdə vəzifəsini bəyan edəsiniz?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Öz alnını təyəmmüm niyyəti ilə yerə çəksin və bir naib tutsun ki, naib əllərini yerə vurub onun alnına çəksin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (379) : Xahiş edirik iki əli biləkdən kəsilən, amma biləkdən yuxarı hissəsi qalan adamın necə təyəmmüm etməsini buyurasınız.
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əvvəl öz alnını təyəmmüm niyyəti ilə yerə çəksin, sonra qolunun kəsilmiş hissəsini yerə vurub hər əlin kəsilmiş yerləri ilə öz alnına çəksin. Sonra əlinin biləkdən kəsilən yerini digərinin üzərinə çəksin. Sağ və sol əlin tərtibinə riayət olunsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (380) : Bir şəxsin əli biləkdən kəsilmişdir, lakin qolu yerindədir. Xahiş edirik bu qəbildən olan şəxslərin necə təyəmmüm etməsini bəyan edəsiniz.
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən sağlam əlini yerə vursun və bütöv alnını məsh etsin. Ehtiyat müstəhəbb budur ki, əlavə olaraq sağ əl və sol əlin kəsilmiş hissəsi ilə birgə yerə vurub hər iki əli ilə alnını məsh etsin və sonra sağ əl sağlamdırsa sağlam olan əlin arxasını yerə çəksin, sol qolun bilək hissəsini də yerə vursun və sonra həmin əllə sağ əlin arxasına və sonra sağ əllə sol qolunun bilək hissəsinə çəksin. Əgər sol əl sağlamdırsa, yenə də bu qaydaya riayət etməklə təyəmmümü yerinə yetirsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP