Sual (361) : Ayaqların üstündə olan bəzi damlalar oraya məsh etməyə zərər yetirərmi?
Ad: islam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Məsh olunan yerdəki su damcılarını qurutmaq vacibdir, belə ki, məsh edən (əlin) təsiri məsh olunanda (ayaqda) görünsün, amma əksinə olmasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (362) : Əgər məsələn, sağ əl kökündən kəsilmiş olsa, sağ ayağa məsh çəkmək boynumuzdan düşürmü?
Ad: baba, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Xeyr, düşmür, bu halda sağ ayağa sol əllə məsh çəkmək lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (363) : Öz dəstəmazının batil olmasını bilməyən, dəstəmaz alıb qurtardıqdan sonra başa düşən adam nə etməlidir?
Ad: Eyyub, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Dəstəmazı təzələməsi vacibdir, həmçinin yerinə yetirilməsi təharətlə şərtlənən əməlləri (namaz kimi) də yenidən yerinə yetirməsi vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (364) : Əgər insanın dəstəmaz üzvlərində (əl, üz, baş, ayaqda) həmişə qanaxma verən bir yara olsa, (hətta dəstəmaz alanda yaranın üstünə cəbirə (parça) qoysa) necə dəstəmaz almalıdır?
Ad: Nermin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
O şəxsə vacibdir ki, yaranın üstünə aralarından qan keçməyən bir cəbirə (neylon kimi) qoysun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (365) : İrtimasi dəstəmazda əlləri və üzü suya bir neçə dəfə salmaq caizdirmi, yoxsa yalnız iki dəfə caizdir?
Ad: elxan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
(İrtimasi dəstəmaz alan şəxs üçün) əlləri və üzü suya iki dəfə: birinci dəfə vacib yuyulma niyyəti ilə, ikinci dəfə isə mütəhəb niyyəti ilə salmaq caizdir. Amma əlləri sudan çıxaranda -dəstəmazın məshi onun suyu ilə olunması mümkün olsun deyə- (əlləri) yumağın qəsd olunması vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (366) : Dəstəmazdan sonra rütubəti qurulamaq məkruhdurmu və bunun müqabilində (o rütubəti) qurulamamaq müstəhəbdirmi?
Ad: Elsever, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu əməl üçün bir dəsmal, yaxud xüsusi bir parça təyin etsə, bunun eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (367) : Qadınların başlarını, qaşlarını rəngləmək üçün istifadə etdikləri süni rəng dəstəmaz və qüslə məneçilik törədirmi?
Ad: Mahammad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
(Bu rənglərdə) suyun tüklərə yetişməsinin qarşısını ala biləcək bir maddə olmazsa və təkcə rəng olsa, bu halda namazı, qüslləri və dəstəmazları düzdür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (368) : Qaşları rəngləyərkən, rəngin (sürmənin) əlin üzərinə düşməsi dəstəmazı batil edirmi?
Ad: Elsever, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər o, suyun dəriyə yetişməsinin qarşısını alsa, dəstəmaz batildir. Bu məsələnin (dəriyə çatıb-çatmamasının) ayırd edilməsi mükəlləfin öhdəsinədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (369) : Başın məshinin rütubəti üzün rütubətinə qarışsa, dəstəmaz batildirmi?
Ad: Elmir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bunun işkalı yoxdur, lakin ehtiyat budur ki, ayaqların məshi əllərdə qalan dəstəmaz rütubəti ilə olsun. Bu ehtiyata görə başa məsh çəkərkən əlin, alnın yuxarı hissəsinə gəlib çatmamasını gözləmək lazımdır ki, ayağa məsh çəkmək üçün lazım olan rütubət üzün rütubəti ilə qarışmasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (370) : Dəstəmaz alması camaat arasında adət olan dəstəmaz vaxtından çox vaxt tutan şəxs (vəsvas) dəstəmaz üzvlərinin yuyulmasını yəqin etmək üçün nə etməlidir?
Ad: Elsever, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vəsvəsədən çəkinməsi vacibdir. Şeytanı məyus etmək üçün onun vəsvəsəsinə etina etməməli, şəri cəhətdən vacib olan qədər yumaqla kifayətlənməlidir (sair şəxslər kimi).
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP