Sual (351) : Öz dəstəmazında daimi olaraq şəkk edən şəxs məscidə necə getsin, necə namaz qılsın, necə Quran oxusun və Məsumların qəbirini necə ziyarət etsin?
Ad: Amil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Dəstəmaz aldıqdan sonra təharətdə şəkk etməyin etibarı yoxdur. O kəsin nə qədər ki, dəstəmazının pozulmasına yəqinliyi yoxdur namaz qılması, Quran oxuması caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (352) : Dəstəmazın düz olmasında suyun qolun bütün nöqtələrində cərəyan etməsi (axması) şərtdirmi, yoxsa elə rütubətli əllə (ələ) çəkmək kifayətdir?
Ad: elxan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yuyulmaq dedikdə əsas şərt suyun bütün (dəstəmaz) üzvülərinə çatdırılmasıdır. Hətta suyun bütün üzvlərə çatıdırılması əllə çəkilməklə də olsa belə. Amma təkcə rütubətli əlin çəkilməsi kifayət deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (353) : Dəstəmaz aldıqda başa məsh çəkmək sol əlin rütubəti ilə (sağ əllə caiz olduğu kimi) caizdirmi? Həmçinin, başa aşağıdan yuxarı məsh çəkmək caizdirmi?
Ad: ٍEziz, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Başa sol əllə məsh çəkməyin eybi yoxdur, hərçənd müstəhəb ehtiyat sağ əllə çəkməkdir: həmçinin müstəhəb ehtiyat başa yuxarıdan aşağı məsh çəkməkdir, hərçənd aşağıdan yuxarıya doğru çəkmək də kifayətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (354) : Başa məsh çəkdikdə tüklərin rütubətli olması kifayətdirmi, yoxsa əldəki rütubətin başın dərisinə çatması vacibdir? Və süni tükdən (parikdən) istifadə edən şəxs başına necə məsh çəkməlidir?
Ad: elxan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Başın dərisinə məsh çəkmək vacib deyildir. Süni tükün (parikin) çıxarılması qeyri-mümkün olsa, onun üstünə məsh çəkmək kifayətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (355) : Qüsl və dəstəmazda üzvlər arasında zaman cəhətindən fasilə salmağın hökmü nədir?
Ad: Resul, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Zaman cəhətindən qüsldə fasilə salmağın (muvalata riayət etməməyin) eybi yoxdur. Amma dəstəmazda əgər dəstəmazı qurtarmağın yubadılması (bir üzvü yuyanda) ondan əvvəlki üzvün qurumasına gətirib çıxararsa, dəstəmaz batildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (356) : Daim mədə yeli (amma çox az) çıxan adamın namaz və dəstəmazda vəzifəsi nədir?
Ad: ramil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Belə şəxs üçün namazın axırına kimi dəstəmazı qalacağı bir zaman fasiləsi olmazsa və namaz əsnasında dəstəmazını təzələməsi də ona çətin olsa, bu halda bir dəstəmazla bir namaz qılmasının eybi yoxdur. Yəni bir dəstəmaz bütöv bir namaz qılmaq üçün -hətta namaz əsnasında dəstəmazı batil olsa da belə- kifayətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (357) : Bir yaşayış məhəlləsində bir dəstə camaat yaşayır. Lakin, onların bəziləri qapıçının, həmçinin onlara verilən isti və soyuq suyun, havatəmizləyənin və həmçinin sair xidmətlərin pulunu ödəməkdən imtina edirlər. Qeyd olunan xidmət növlərinin maliyyə pulunun yükünü öz qonşularının boynuna atan (qonşuların razılığı olmadan) şəxslərin oruc-namazları və sair ibadət əməlləri İslam şəriəti nöqteyi-nəzərindən batildirmi?
Ad: Qafur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şəriət nöqteyi-nəzərindən o şəxslərin hər biri (pulu) qaytarılması vacib olan şeylər, ümumi xidmətlərdən istifadə qarşısında borcludurlar. Əgər onların məqsədləri suyun pulunu verməkdən boyun qaçırmaq - həm də o sudan qüsl və dəstəmaz almaq niyyəti ilə- olsa, onların qüsl və dəstəmazları işkallı və hətta batildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (358) : Bir şəxs cənabət qüslü almışdır. 3-4 saatdan sonra isə namaz qılmaq istəyir, amma bilmir ki, qüslü batil olmuşdur, yoxsa yox. O şəxs ehtiyatən dəstəmaz alsa, bir işkal qabağa gələr, yoxsa yox?
Ad: Oktay, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan surətdə dəstəmaz almaq vacib deyildir, amma ehtiyata əməl etməyin heç bir maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (359) : Həddi-büluğa çatmayan kiçik uşaq hədəsi-əsğərdən (bövl, ğait, hava) mühdis (təharətsiz) olurmu? Və onun Qurani-Kərimin yazısına məss etməsi caizdirmi?
Ad: Eyyub, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bəli, kiçik uşaq dəstəmazı batil edən şeylərin hasil olması ilə mühdis (təharətsiz) olur. Lakin mükəlləf bir şəxsin onu Quranın yazılarına məss etməyə qoymaması vacib deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (360) : Dəstəmaz üzvlərindən biri üz yuyulandan sonra, lakin dəstəmaz qurtarmazdan əvvəl nəcis olsa, onun hökmü nədir?
Ad: Eyyub, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu (nəcisolma) dəstəmazın düzlüyünə zərər yetirmir. Amma namaz qılmaq üçün təharət hasil olsun deyə, o üzvü paklamaq vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP