Sual (221) : Təvaf halında olan bir qadın camaatın sıxlığından, qabağından yel xaric olduğunu hiss edir. Onun təvaf və dəstəmazı batil olurmu?
Ad: Seymur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ümumi halda qabaqdan yelin çıxması dəstəmazı, təvafı hətta namazı da batil etmir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (222) : Ürvətül-Vüsqa əsərində 45-ci məsələdə buyurublar: “Dəstəmaz suyunda israf etmək məkruhdur. “ İsraf haram olduğu halda bu ibarətdən məqsəd nədir?
Ad: Davud, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Müstəhəbdir ki, dəstəmaz suyu 750 qram olsun. Necə ki, rəvayətdə gəlmişdir: “O miqdardan artıq bir az çox olsa da belə, israf hesab edilir və məkruhdur. “İmam Sadiq (ə) buyurmuşdur: “Mütəal Allahın dəstəmazda israfçılığı və nöqsanları yazan bir mələyi vardır. 
Həzrəti Peyğəmbərdən (s) nəql ediblər ki, buyurub “Dəstəmaz suyunun miqdarı bir müdd (yəni 750 qram), qusl suyunun miqdarı isə bir sadır.   Məndən sonra bir qrup insanlar suyun bu miqdarını az bilərlər. Bu adamlar mənim qoyduğum qayda-qanunların ziddinə olacaqlar. Mənim qayda-qanunlarıma əməl edən (dəstəmazı bir müdd (750,) və quslu bir sa (3 kq) ilə alan) şəxslər müqəddəs behiştdə mənimlədirlər.”  Zahirən Ürvətül-Vüsqanın sahibi də buyurmuşdur: “Dəstəmaz suyunda israf etmək o zaman məkruhdur ki, su üçün qiymət qail olunmasın. Qiymətli sayılan və ya su tapılmayan yerlərdə istifadəsi öz miqdarından çox olarsa, israf və haramdır. Başqa şeylərdə israf olduğu kimi.”
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (223) : Vaxtın darlığına görə vəzifəsi təyəmmüm olan şəxs vəzifəsinin xilafına əməl edərək dəstəmaz alarsa, onun dəstəmazı səhihdirmi?
Ad: Hamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, verilən suala əsasən, qəsdi qürbət olmuşdur. Onun dəstəmazı səhihdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (224) : Gözü görməyən şəxslər üçün Qurani-Kərimi xırda nöqtələr vasitəsilə deşərək yazırlar. Belə şəxslər bu nöqtələrin üzərinə əllərini sürtməklə oxuyurlar. Bu nöqtələr Quran xəttinin hökmündədirmi? Onun üzərinə dəstəmazsız məsh etmək caizdirmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Soruşulan Suala əsasən, Quran adını daşıyan bu nöqtələr də Quran ayələri qəsdi ilə tənzim olunmuş və hazırlanmışdır. Quran xəttinin hökmündə olduğu üçün ona dəstəmazsız məsh etmək caiz deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (225) : Quran ayəsi və səhifəsinin üzərinə şəffaf plastik vərəq çəkilmişdir. Cünub və ya dəstəmazsız bir şəxsin onun üzərinə əlini qoymasının hökmü nədir?
Ad: Gulaga, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (226) : Zəhmət olmasa buyurun: Bir nəfərdən yel xaric olmuşdur. Lakin onun, iki məlum yeldən hansının olduğunu və ya onlardan başqa bir yelin olduğunu bilmir. Belə bir yel dəstəmazı pozurmu və ya əgər qeyri-təbii kanaldan xaric olarsa, hökmü nədir?
Ad: Yaqub, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə, mədə və bağırsaqdan xaric olan hava dəstəmazı pozur. Əgər qeyri-təbii kanaldan (məsələn: mədə və ya bağırsağa birləşdirilmiş şlanqdan) xaric olarsa və yel adətən həmin yerdən xaric olursa (təsadüfi olmasın), bu da qaitin məxrəcindən xaric olması hökmündədir və dəstəmazı batil edir. Bəli, bağırsaqdan sonrakı hissədə yaranan hava, (xaricdən məxrəcə daxil və xaric olur) batiledici deyildir. Belə ki, bir şəxsdən dəstəmazlı olduğu halda yel xaric olsa və onun hansı növdən olmasında şəkk etsə, birinci qisimdəndir. Dəstəmazı batildir ya ikinci fikir verməsin və dəstəmazı təzələməyə ehtiyac yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (227) : Suda israf etmək xüsusən üzdə su az olarsa dəstəmazı və quslu batil edirmi?
Ad: Tahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Batil etmir, bəli əgər sol ələ miqdarından çox tökülən dəstəmaz suyu məsh üçün düzgün hesab olunmasa məsh yeni su ilə çəkilsə dəstəmaz batildir. Hər halda vasvasılıqdan və suyu çox israf etməkdən pəhriz etmək lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (228) : Baş və ayağın üstü bir qədər nəm olarsa, onların üstünə məsh çəkmək üçün qurudulmalıdır, ya kifayət edər?
Ad: Davud, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər nəmlik o qədər az olsa ki, məsh edəndən sonra əlin yaşlığıdır deyilsə və əlin yaşlığı başın və ayaqların məsh yerinin nəmliyindən artıq olsa qurutmaq lazım deyil. Əks təqdirdə, gərək qurudulsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (229) : Əgər bir nəfər başı məsh etməzdən əvvəl üzərində su damlaları olan kranı bağlasa, sonra isə məsh etsə dəstəmazı necədir?
Ad: Yaqub, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər kranın üzərində olan nəmlik az olsa və ələ keçməsə eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (230) : Əgər dəstəmazda ayağın üstünü bir dəfə məsh etsək, amma su ona yaxşı dəyməsə nə etməliyik?
Ad: Davud, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
O yeri qurudub ikinci dəfə məsh edin. Yaxud da quru qalan yeri ayaq barmaqlarından birinin ucundan hündür yerə məsh edin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP