Sual (201) : Dəstəmazda hər dəfə yumaq bir ovuc su ilə başa gəlirmi ki, üçüncü ovuc haram sayılsın?
Ad: Tahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bir dəfə yumaq təkcə su tökməklə deyil, tamam üzvü kamil şəkildə yumaqla başa gəlir. Buna əsasən mümkündür ki, dəstəmaz məqsədi ilə bir neçə ovuc su tökülsün, üzv tamam yuyulsun. Bu da bir dəfə (yuyulmuş) hesab olunur. İkinci dəfə də həmin şəkildə təkrar olunur. Əgər sol əl iki dəfədən artıq yuyularsa məsh etmək üçün dəstəmaz suyundan yox, başqa sudan istifadə etmək lazım gəlir. O da dəstəmazın batil olmasına səbəb olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (202) : Əgər üzü və sağ əli üç dəfə, məsh zamanı bir maneə yaranmasın deyə sol əli iki dəfə yusalar dəstəmaz düzgündürmü?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər məqsədi şəriət nöqteyi-nəzərindən və şəri göstərişin əksinə bu cür dəstəmaz almaqdırsa, dəstəmaz qeyri-qanunidir. Amma belə bir məqsədi yoxdursa, dəstəmaz düzgündür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (203) : Əgər bir nəfər uzun müddət dəstəmazda üzünü və iki əlini üç dəfə yuyubsa və məsh etməsinin nöqsanlı olduğunu bilməyibsə, bu halda qıldığı namazları batildirmi?
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, verilən suala əsasən, sol əli də üç dəfə yuyubsa dəstəmazı batildir və qıldığı namazları da gərək təkrar qılsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (204) : Əgər əlləri kranın altında saxlasaq, ya suya salsaq və dəstəmaz niyyəti ilə çıxarsaq əl vurmadan dəstəmaz düzgündürmü?
Ad: Fuad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Nöqsanı yoxdur. Həmin yaş əllə başı və ayaqları məsh edin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (205) : Bəzilərinin dəstəmazda üzün yuyulması barəsində fikirləri budur ki, başın qabaq hissəsində sağda və solda tük bitməyən yer, üzün sərhədlərinə aid deyil. Bu məsələ təsadüfidir, ya yanaqların üzə aid olması kimi mübahisəlidir?
Ad: Ferid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Başın qabaq hissəsində sağ və sol tərəfdə tük bitməyən yerlərin üzün sərhədlərinə aid olmaması fikrində bütün İmamiyyə şiələri həmrəydilər və onu yumaq lazım deyil. Təkcə əhli-sünnə alimlərindən bəzisi dəstəmazda onu yumağı vacib bilirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (206) : Bir nəfər xəstəlik ucbatından və ya taqətsizlikdən ucbatından dəstəmaz üzvlərindən birini və ya bir neçəsini tərpədə bilmirsə, yaxud çətinlik çəkirsə quslu, təyəmmümü və dəstəmazı yerinə yetirməkdə vəzifəsi nədir? Aşağıdakı hallarda onlar necə yerinə yetirilməlidir: 1. Sol əlin hərəkətsiz olması; 2. İki əlin hərəkətsiz olması.
Ad: Ferman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
1) Qusl barəsində bir çətinlik yoxdur, dəstəmaz üçün isə sağ əllə üzü yuyar və sağ əli suya batırmaqla irtimasi dəstəmaz alar. Mümkün olmasa köməkdən istifadə edər. Sol əli sağ əllə yuyur. Başı, sağ ayağı sağ əllə məsh edir. Əgər köməkliklə də olsa sol ayağı məsh etmək üçün sol əldən istifadə etmək lazımdır. Bu mümkün olmasa sağ əllə sol ayağı məsh olunsun. Təyəmmüm etmək üçün isə sağ əli yerə vursun, mümkün olan halda köməkliklə də olsa sol əli sağ əllə birgə yerə vursun. Bir yerdə alnına sürtsün. Əgər mümkün olmasa sağ əli bütün alnına sürtsün. Sonra sağ əlin üstünü yerə sürtsün, ondan sonra isə sol əlin üstünü sağ ələ sürtsün.
2) Hər iki əl işləmədikdə üzü suya batırmaqla yumaq, əlləri yumaq və məsh etmək üçün kömək istəməlidir. Təyəmmümdə deyilən formada əməl olunmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (207) : Namaz vaxtının daxil olmasını nəzərə almaqla dəstəmazı namaz qəsdi ilə yox, qürbətən iləllah niyyəti ilə alsalar, düzgündürmü?
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, maneəsi yoxdur. O dəstəmazla namaz da qıla bilərlər və düzgündür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (208) : Bir şəxs bir müddət məsələni bilməməzlik üzündən namaz vaxtından əvvəl namaz üçün dəstəmaz almışdır və o dəstəmazla namaz qılmışdır. Qıldığı namazlar səhihdirmi?
Ad: Fariz, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən qürbət qəsdi olmuşdur. Namazlar səhihdir və qəzası da yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (209) : Dəstəmaz öz-özlüyündə müstəhəbdirmi?
Ad: Davud, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Dəstəmazın öz-özlüyündə müstəhəb olması məlum deyil. Amma qürbət qəsdi ilə təharətli olmaq üçün dəstəmaz alınarsa düzgündür və maneəsi yoxdur. Nə qədər ki, dəstəmaz pozulmayıb dəstəmaza aid olan işləri onunla yerinə yetirmək olar. Baxmayaraq ki, dəstəmaz alarkən müəyyən bir məqsəd nəzərdə tutulmamışdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (210) : İrtimasi dəstəmazda sağ əli suya salsalar və sol əli də suya aparıb beləcə irtimasi dəstəmaz alsalar və sağ əli sol ələ çəkməsələr, belə halda sağ ələ toxundursalar, başa və ayağa məsh etmək üçün işkalı varmı?
Ad: Yaqub, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
İşkalı yoxdur, başı və sağ ayağı yaş olan sağ əllə, sol ayağı sol əllə məsh etsinlər və dəstəmaz da səhihdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP