Sual (191) : Vəzifəsi həm dəstəmaz, həm də təyəmmüm olan bir kəs əvvəl təyəmmüm etsin, ya heç bir fərqi yoxdur?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Heç bir fərqi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (192) : Vəzifəsi təyəmmüm etmək olan bir kəs namaz vaxtının daxil olmasından əvvəl təyəmmüm edə bilərmi?
Ad: Yaqub, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Vacib ehtiyata əsasən namazdan əvvəl namaz üçün təyəmmüm etməsin. Bəli, əgər vacibi və ya qəza namazı kimi müstəhəbbi işlər üçün təyəmmüm etsə, namaz vaxtına qədər üzrü aradan getməsə həmin təyəmmümlə namaz qıla bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (193) : Qusl yerinə təyəmmüm edən bir şəxsə dəstəmaz alması da lazımdırmı?
Ad: Davud, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Cənabət quslu yerinə olunan təyəmmümə dəstəmaz lazım deyil. Başqa quslların yerinə olunan təyəmmümə gərək dəstəmaz da alsın. Əgər dəstəmaz ala bilməsə başqa bir təyəmmüm də dəstəmazın yerinə alsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (194) : Cənabət quslu almağa üzrü olan bir şəxs təyəmmüm edərsə və üzrü neçə gün qalarsa, sonrakı namazlar üçün dəstəmaz kifayətdir, ya hər namaz vaxtında quslun yerinə təyəmmümü təkrar etsin?
Ad: Adem, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər dəstəmazı batil edən bir iş görübsə, gərək dəstəmaz alsın, amma təyəmmümü təkrarlamaq lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (195) : Şəhərdən uzaqda işləyən şəxslər adətən su tapmırlar; nəcis olan bədən və sidik yerlərini təmizləmək üçün şəhərə, ya su olan digər yerlərə getsələr namaz qəza olacaqdır, onların vəzifəsi nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən təyəmmüm etsin və həmin nəcis bədənlə namaz qılsın, onların namazı səhihdir və qəzası da yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (196) : Əgər sağlam bir bədən üzvü nəcis olsa və onu paklamaq mümkün olmasa, ya çətin olsa nə etmək lazımdır?
Ad: Seymur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər nəcisin özü olmasa vəzifəsi təyəmmüm etməkdir. Bəli, əgər nəcasətin özü bədənin üstündə olsa və onu təmizləmək mümkün olmasa, həmçinin onu təmiz ləmək qeyri-mümkün olsa cəbirə dəstəmazı alsın və yaxşı olar ki, təyəmmüm də etsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (197) : Sübh qusla ehtiyacı olan bir şəxs xəcalət üzündən təyəmmüm edir, bu səhihdirmi?
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Şəriət məsələlərində xəcalət çəkmək təyəmmüm üçün əsas vermir. Amma vaxt az olsa təyəmmüm etmək vacibdir, namaz qılsa namazı səhihdir və qəzası da yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (198) : Bir şəxsin əli biləkdən kəsilmişdir, lakin qolu yerindədir. Xahiş edirik bu qəbildən olan şəxslərin necə təyəmmüm etməsini bəyan edəsiniz.
Ad: Dadas, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən sağlam əlini yerə vursun və bütöv alnını məsh etsin. Ehtiyat müstəhəbb budur ki, əlavə olaraq sağ əl və sol əlin kəsilmiş hissəsi ilə birgə yerə vurub hər iki əli ilə alnını məsh etsin və sonra sağ əl sağlamdırsa sağlam olan əlin arxasını yerə çəksin, sol qolun bilək hissəsini də yerə vursun və sonra həmin əllə sağ əlin arxasına və sonra sağ əllə sol qolunun bilək hissəsinə çəksin. Əgər sol əl sağlamdırsa, yenə də bu qaydaya riayət etməklə təyəmmümü yerinə yetirsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (199) : Xahiş edirik iki əli biləkdən kəsilən, amma biləkdən yuxarı hissəsi qalan adamın necə təyəmmüm etməsini buyurasınız.
Ad: Davud, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əvvəl öz alnını təyəmmüm niyyəti ilə yerə çəksin, sonra qolunun kəsilmiş hissəsini yerə vurub hər əlin kəsilmiş yerləri ilə öz alnına çəksin. Sonra əlinin biləkdən kəsilən yerini digərinin üzərinə çəksin. Sağ və sol əlin tərtibinə riayət olunsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (200) : Xahiş edirik hər iki əli dirsəkdən yuxarı kəsilən bir kəsin təyəmmüm etməkdə vəzifəsini bəyan edəsiniz?
Ad: Qefer, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Öz alnını təyəmmüm niyyəti ilə yerə çəksin və bir naib tutsun ki, naib əllərini yerə vurub onun alnına çəksin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP