Sual (181) : salam aleykum ve rehmetullah ve bereketuhu. men hemishe destemaz alanda ayagimin topuq hissesini yere qoyub on hissesini ise qaldirib mesh cekerdim.. kecen defe imam xomeyninin risalesinde oxudumki ayaq gerek mesh cekilerken yerde ola, yoxsa destemaz batildi. indi bele olan halda menim destemazlarimin hokmu nedir? birde meftihde weyx abbas qummi deyir, cume quslu vere bilmeyen shexs gerek shenbe gunu onun qezasin vere. cume quslu vacibdirmi? ve eger verilmese qeza etmek vacibdirmi?
Ad: müşərrəf, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
1. Bаşа vә yа аyаğın üstünә mәsh çәkmәkdә әli оnlаrın üstünә çәkmәk lаzımdır; әgәr әli sахlаyıb bаşı vә yахud аyаğı hәrәkәt еtdirsәlәr, dәstәmаz bаtildir. Аmmа әli mәsh üçün çәkәndә bаş vә yахud аyаq аzаcıq hәrәkәt еtsә еybi yохdur.
2. Cümə qüslü vacib deyil, amma təkidli müstəhəblərdəndir və onun qəzası da vacib yox, müstəhəbdir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (182) : Mənim sinosit (qarmalit) xəstəliyim var. Suyun mənim üçün zərəri var. Bir dəfə də cərrahiyyə əməliyyatı etmişəm, amma nəinki faydası olmayıb, üstəlik zərəri də olub. Hər vaxt dəstəmaz üçün su işlətsəm baş ağrım çoxalır. Bəzən burnumdan qan axır. Hələlik namazlarımı təyəmmümlə qılıram. Bu deyilənləri nəzərə alsaq təyəmmümlə namaz qılmalıyam, yoxsa dəstəmaz almalıyam? (Bəzilərinin fikrincə isti suyun zərəri yoxdur.)
Ad: , Ölkə: azerb, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İsti su ilə dəstəmaz almağın zərəri yoxdursa və onu hazırlamaq mümkündürsə, gərək dəstəmaz alasınız. Əks halda təyəmmüm edəsiniz. Bu iş çox uzun çəksə belə, nigaranlığa səbəb yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (183) : Cənabətli bir şəxs gecə qusl etmək üçün su tapmamışdır, gecə namazı üçün təyəmmüm edə bilərmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, sübh azanına kimi qusl edə bilməyəcəyini bilən surətdə təyəmmümlə gecə namazlarını qıla bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (184) : Naibin təyəmmüm verməsinin necəliyini bəyan edin.
Ad: Davud, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Naib təyəmmüm edə bilməyən kəsin əllərini imkan olan surətdə yerə, ya səhih olduğu şeylərə vursun. Sonra onun əllərini təyəmmüm edən şəxsin alnına, ələrinin arxasına çəksin. Onun əllərini hərəkət etdirmək olmasa, naib öz əllərini yerə vursun və onun alnına, əllərinin arxasına çəksin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (185) : Mozaika və ya mərmər daşlara təyəmmüm etmək səhihdirmi?
Ad: Davud, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Torpağa, daşa və quma təyəmmüm etmək səhihdir. Bunlar olmayan halda mozaikaya təymmüm etməyin maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (186) : Xəstəlik ucbatından təyəmmüm edən bir kəs namaza başlamazdan əvvəl qusl və dəstəmaz ala bilsə vəzifəsi nədir?
Ad: Cemil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər namaza başlamazdan əvvəl insanın üzrü aradan getsə təyəmmüm batildir. Gərək dəstəmaz alsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (187) : Xəstəlik üzündən bir şəxs dəstəmaz və quslu yerinə yetirmək üçün soyuq sudan istifadə edə bilmir. İsti su əldə olmadığından təyəmmüm etmişdir. İsti su tapıb istifadə edəndən sonra aşağıdakı iki halda vəzifəsi nədir? 1) Sübh namazından əvvəl. 2) Namazdan sonra.
Ad: Cemil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
1) Təyəmmüm batildir.
2) Namaz səhihdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (188) : Əgər xəstə zərərdən qorxaraq cəbirə təyəmmümü yerinə yetirsə və namazdan sonra onun qorxusunun əsassız olduğu məlum olsa vəzifəsi nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qıldığı namazları təkrarlamaq lazım deyil, amma təkrarlasa daha yaxşıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (189) : Həkimin, tibb bacısının məsləhəti xəstəyə orucun, bədən üzvlərinin tərpədilməsinin, dəstəmaz üçün suyun istifadəsinin zərərli olduğunu bildirsə şəri cəhətdən əsaslıdır, ya yox?
Ad: Yaqub, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər mütəxəssis və etibarlı şəxs olsa, onun dediyini qəbul etmək lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (190) : Cənabət quslunun yerinə təyəmmüm edən bir şəxs məscidə daxil ola bilərmi və ya camaat namazında iştirak edə bilərmi?
Ad: Davud, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Üzürlü səbəb olduqda məscidə girib camaat namazında iştirak etməyin maneəsi yoxdur. Amma vaxtın azlığına görə təyəmmüm edibsə, vacibi namazı qılmaq müddətində məsciddə qala bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP