Sual (161) : Salam aleykum. 1)üzü yuyub(su qurumadığı halda) üstündən dəstamaz almaq olar? 2) ayağın ustunə su düşsə suyun qırağı ilə məhs məkmək olar? 3) dəstamaz alanda (üzü qolu yuyan zaman) ayağın üstünə su düşsə məhs çəkməmişdən qabaq dayanıb dəsmalla suyu silib sonra məhs çəkmək olar?
Ad: Allah bəndəsi, Ölkə: Rusiya, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Eybi yoxdur.
2. Əgər məshin yerində olsa, onu qurulamaq, sonra məsh çəkmək lazımdır.
3. Bəli, olar.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (162) : Salam aleykum Cenabet quslu aldigim zaman bovl xaric olsa Namaz ucun destemaz almaliyammi ?
Ad: Farid Fateh, Ölkə: Gence, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bəli, qüsl düzgündür, lakin namaz üçün dəstəmaz almalısınız.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (163) : Salam aleykum Cenabet quslu tokdukden sonra yeniki namaz ucun destemaza ehtiyac olmiyan bir halda bilmeyerekden destemaz alib namaz qilsam , namazlarim hansi hokmdedi ?
Ad: Farid Fateh, Ölkə: Gence, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Namaz düzgündür, lakin dəstəmaz aldığı üçün haram iş etmişdir.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (164) : salam. qabaqkı suallarımı cavablandirdiqiz ucun minnetdaram zəhmət olmasa bu sualıma cavab yazın ayağa məsh əvəzinə krantın altında onu yumaq olar
Ad: Gunel, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Xeyir, ayağa məsh çəkilməlidir və əgər məsh əvəzinə ayağınızı yusanız, dəstəmazınız batil olur. Amma dəstəmaz almazdan qabaq yaxud dəstəmazı qurtardıqdan sonra ayaqlarınızı yuya bilərsiniz.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (165) : salam cox uzur isteyirem bir nece sualim var.ewitmiwem aileli olanda bir defe cinsi elaqede olduqdan sora hemin vaxt 2ci daf yenidan ola bilmezsen gunahdi gerek qusul alasan duzdurmu? cinsi elaqede olduqda carpayiya salinan pasteli deyiwmek mutleqdi yoxsa cenabet quslu alandan sora hemin pastelda yatmaq olar? cox uzur isteyrem eyer men destemazliyamsa heyat yoldawim (erim) meni opurse haramdansa farqi yoxdu mendan meni xaric olmursa dastamazim batildi ya yox?
Ad: Gozel, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Qüsl etmədən yenidən cinsi yaxınlıq icazəlidir (lakin bəyənilmir).
2. Əgər murdar olmasa, dəyişməyə ehtiyac yoxdur, amma murdar olsa, murdarlığın digər yerlərə yayılmaması üçün dəyişmək bəyənilir.
3. Sualın fərzində (əgər sperma xaric olmayıbsa) dəstəmazınız batil olmur. Ümumiyyətlə, dəstəmazı pozan işlər aşağıdakılardır:
sidik xaric olduqda, nəcis xaric olduqda, bağırsaqdan yel xaric olduqda, yatdıqda (elə bir yuxu ki, düşüncəni saxlayır, göz yumulur, qulaq eşitmir; amma göz görməsə qulaq eşitsə dəstəmaz batil olmaz), düşüncəni işdən salan bütün işlər, (məstlik, huşsuzluq, divanəlik), qadınlarda istihazə, qüslü vacib edən işlər, insanın meyitinə toxunmaq.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (166) : assalamu aleykum.destamaz alib namaza qetdiyim bir halda eve qonaq gelir men onlarla goruwmeye mecbur oldum bu halda destamaz pozulurmu onlarin pak olmaqini ve yaxud olmaqini bilmirem
Ad: rasim, Ölkə: rusiya, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xeyir bu halda dəstəmaz pozulmur. Hətta, pak olmadıqlarını bilsəniz də, əliniz yaş halda görüşsəniz, təkcə əlinizi suya çəkməyiniz kifayətdir və bu dəstəmazın pozulmasına səbəb olmur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (167) : Salam. Goz yawi DestamazI batil edirmi? Ve Destamazda uzu 3 defe sag eli 3 defe sol eli de 3 defe etmek vacibdir yoxsa 2 ve ya 4 defe de olar?
Ad: Allah bendesi , Ölkə: Rusiya, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
1. Göz yaşı dəstəmazı batil etmir.
Səkkiz halda dəstəmaz batil olur: Sidik xaric olduqda, nəcis xaric olduqda, bağırsaqdan yel xaric olduqda, yatdıqda (elə bir yuxu ki, düşüncəni saxlayır, göz yumulur, qulaq eşitmir; amma göz görməsə qulaq eşitsə dəstəmaz batil olmaz), vacib ehtiyata əsasən, düşüncəni işdən salan bütün işlər, (məstlik, huşsuzluq, divanəlik), qadınlarda istihazə, qüslü vacib edən işlər, insanın meyitinə toxunmaq.
2.Dəstəmazda üzü və əlləri bir dəfə yumaq vacibdir. Vacib ehtiyata əsasən, üz və əllər ikinci dəfə yuyulmamalıdır. Üçüncü dəfə və daha artıq yumaq isə haramdır. Birinci dəfə yumaq dedikdə üz və qolların bir və ya bir neçə ovuc su ilə tam yuyulması nəzərdə tutulur. Üzvlər tam yuyulduqdan sonra bir dəfə sayılır.

http://sual.nur-az.com/az/

Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq


Sual (168) : assalamu aleykum.eyer o aldam ki cinsi elaqede olmayib ve ozuni batirmayib o adam adam hansi qusulu vermelidir? Ele bir qusul varmi verende kifayet eder.allah sizden razi olsun
Ad: Rasim, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Fazil

Bismillahir-rəhmanır-rəhim
İnsаn iki yоllа cənabətli оlur: 1-Cinsi yaxınlıq еtmәklә; 2Spermanın xaric olması ilә (istәr yuхudа оlsun, istәrsә dә аyıq оlаn vахt; istәr аz оlsun, istәrsә dә çох; istәr şәhvәtlә оlsun, istәrsә dә şәhvәtsiz; istәr iхtiyаr üzündәn оlsun, istәrsә dә iхtiyаrsız).
Əgər bu iki haldan biri baş verməyibsə, onun öhdəsinə cənabət qüslü gəlmir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (169) : Şeytanın, Fironun və bunlar kimi Qurani-kərimdə gəlmiş adlara dəstəmazsız əl vurmaq olarmı?
Ad: Eli, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Dəstəmazsız olduqda Quranın kəlmələrinə əl vurmaq olmaz. Baxmayaraq ki, həmin kəlmələr Firon və s. onun kimi kəlmələrdir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (170) : Mən gözümə linza qoyuram. Qüsl üçün onu çıxarmalıyammı?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Çıxarmaq lazım deyil.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Go to TOP