Sual (151) : Salamun aleykum. Dəstəmazda ayağa məsh çəkərkən ayaq havada ola bilər, yoxsa ancaq yerdə olmaldır? Təşəkkürlər.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Yerdə olması vacib deyil, lakin məsh çəkərkən ayaq hərəkət etməməlidir.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (152) : Salam-aleykum. Cenabet quslu ederken agiz ve burunu 3 defe yixalamaq vacibdir?
Ad: keblei, Ölkə: rusiya, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Xeyir vacib deyil, lakin bəyənilən əməldir. 
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (153) : salam aleykum.1)dəstamaz alarkən ''dəstamaz alıram vacib qürbətən iləllah deyilməlidi?'' yoxsa ''dəstamaz alıram qürbətən iləllah?'' 2) Qədir gecəsi nə vaxtdı? və Qədir gecəsini tutmaq vacibdirmi? indidən çox sağolun kömək üçün...
Ad: Allah bəndəsi, Ölkə: Rusiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Əgər dəstəmazın vacib vaxtı giribsə, onda "vacib qürbətən iləllah" kimi niyyət edə bilərsiniz. Amma vacib vaxtı girməyibsə, "qürbətəın iləllah" kimi niyyət edin.
2. Zəhmət olmasa, fiqhi xarakter daşımayan suallarınızı saytımızın "Ümumi" suallar bölməsinə ünvanlaayın. 
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (154) : Salamun aleykum,bir neçə qüsl birdən almaq olarmı və onda niyyət necə deyilir,həmçinin istihazə qüslünün növünü demək lazımdırmı,yoxsa sadəcə istihazə qüslü alıram vacib qürbətən iləllah demək kifayətdir?
Ad: Əli, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bir neçə qüslün niyyətini edib bir qüsl etmək olar. Məsələn, öhdəsinə cənabət və heyz qüslü olan qadın hər ikisini niyyət edir ki, "cənabət və heyz qüslü edirəm qürbətən iləllah"-sonra bir qüsl verir.
İstihazə qüslündə onun növünü demək lazım deyil.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (155) : salam aleykum. sualim budurki eger kiwi yoldawiyla cinsi elaqede olarsa.lakin rutubet kiwiden xaric olub qadinin daxiline xaric olmazsa yani xaricine deyerse qadinada qusul duwurmu?nezare alagki qadinin daxiline rutubet xaric olmayib.
Ad: bende, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Sualın fərzində hər ikisi cənabətli olur və hər ikisi qüsl etməlidir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (156) : Salam aleykum. Mənim anamın boynunda nifas qüslu qalıb keçmişdən.Cənabət,heyz qüslu kimi qüsulları verdiyinə görə nifas qüslu ödəsindən götürülüb yoxsa?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bəli, nifasdan sonra hər hansı bir vacib, yaxud şəriətdə müstəhəbliyi sübuta yetmiş bir qüsl edibsə, nifas qüslü də onun öhdəsindən götürülür.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (157) : Ayağa məss çəkəndə axırıncı hədd-kəb nədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Alimlər arasında məşhur olan budur ki, (kəb) ayağın üstündə olan dik yеrdir. Lakin еhtiyat vacib budur ki, oynağa qədər məss çəkilsin.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (158) : Bir nəfər başına süni tük (parik) qoyur. Onu götürəndə isə əziyyətə düşür. Bu halda parikin üstündən məss еtməsi olar
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Süni tüklərə (parikə) məss еtmək icazəli dеyildir və vacibdir ki, pariki qaldırıb başın dərisinə məss çəksin. Amma bu, onu çıxaranda, adətən, dözüləsi çətin, məşəqqətli olan dərd irəli gətirsə, (üstündən çəkmək) icazəlidir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (159) : Allahin salami olsun size. bilmek isterdim ki, valideynlerim oz suyumuzu seygacsiz qeyri qanuni yolla sudan istifade edirler,menim gucum catmirki o suyu qanuni yolla istifade etmelerini isteyim,bu halda mene gunah yazilirmi ki,o sudan istifade edirem. Allaha emanet olun
Ad: Sevda, Ölkə: AZE, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində dəstəmaz və qüsl üçün o sudan istifadə edə bilməzsiniz. Yalnız bir surətdə o sudan dəstəmaz və qüsl üçün istifadə edə bilərsiniz ki, bu işlər üçün işlətdiyiniz miqdarda suyun haqqının ödənilməsini əlaqəli şirkətə (Su şirkətinə) ödəməyi ümumi surətdə öhdənizə alasınız.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (160) : Salam aleykum. Cumeniz mubarek olsun - Cimdiyimiz zaman bovl xaric olarsa teharet almaq vacibdirmi ?
Ad: Farid Fateh, Ölkə: Gence, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bəli, təharətlə yerinə yetirməli olduğunuz əməllər üçün təharət almalısınız. Məsələn, namaz qılmaq üçün gərək dəstəmaz alasınız.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP