Sual (141) : Salam.Qüslda Baş və boyun dedikdə ikisi bir yerdə nəzərdə tutulur?Bədənə keçməzdən əvvəl başı yuduqdan sonra ayrıca suyu töküb boyun,boğaz hissəni yumaq olar,yoxsa başdan suyu tökərək boyunda daxil olmaqlayuyub bədənə keçməliyik?Ümumilikdə iki hissədir?:Baş-boyun və bədən?
Ad: Elvin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Baş və boyunun əvvəl yuyulması dedikdə, onların hər ikisinin bədəndən qabaq yuyulması nəzərdə tutulur. Baş və boyunun birlikdə yaxud ayrılıqda yuyulmasının fərqi yoxdur. Əsas odur ki, bədəndən qabaq yuyulsun.
http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (142) : essalamun elekum seher subh namazini qildiqdan bir nece saatdan sonra bilmisem ki axsam yatarken boynuma qusul dusubmus bu gunahdirmi ya da namazim batil ve ya qezadirmi?
Ad: Emrah, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qıldığınız namaz batil olub. Qüsl edib, namazı təzədən qılın.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (143) : Essalam Aleykum Rehmetullah....Men 8 Ay- Namaz Qilirdim bu Ayin Ortalarinda Boynuma Qusl gelmishdi uzr isdyrem men Qusl Alanda isder Musteheb isdersede Vacib Quslda Sabunlu Halda Haliram, Bu Duz Hokumundedir ? Diyirler Namazin Qezaya Dusub Bunu bilmek isderdim,.....
Ad: Emin, Ölkə: BaKi, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər su sabunu yuyub aparırsa, yaxud sabun suyun dəriyə çatmasına mane olmursa, qüslünüz düzgündür.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (144) : Salam,buyururlar ki cenabet qusulunan sonra destamaz almaq haramdi bu hansi derecede duzdu?diger muctehidlerin de nezeri nedir?
Ad: Tural, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bütün təqlid mərcələrinin fətvası budur ki, cənabət qüslündən sonra namaz qılmaq istəyən şəxs (əgər dəstəmazı batil edəcək bir iş baş verməyibsə) dəstəmaz almamalıdır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (145) : erle arvad arasinda cinsi elaqeden sonra cenabet qusulu vermeden namaz qilmaq olar?
Ad: gunahkar bende, Ölkə: rusiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qüsüllü halda namaz qılmaq olmaz. Namaz vaxtı daxil olan kimi qüsl etmək sizin üçün vacib olur. Gərək qüsl edilsin, sonra namaz qılınsın.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (146) : Salam.Dəstəmaz zamanı başa və ayaqlara çəkilən məssin: 1)Başa çəkilən məssin uzunluğu,eni ən çox və ən az nə ölçüdə olmalıdır?; 2)Ayaqlara çəkilən məssin uzunluğu,eni ən çox və ən az nə ölçüdə olmalıdır?
Ad: Elvin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Başın, alnın qabağında yerləşən dörd hissəsindən biri məsh yeri hesab edilir. Bu hissənin hər yerinə və hər nə qədər məsh çəkilsə kifayətdir. Hərçənd müstəhəbb ehtiyat odur ki, uzunluğu bir barmaq və eni üç bağlı barmaq qədəri olsun.
2. Başa məsh çəkəndən sonra dəstəmaz suyunun əldə qalmış yaşlığı ilə ayağın üstünə – barmaqların birinin başından oynağa kimi məsh edilməlidir. Müstəhəbb ehtiyat odur ki, sağ ayağa sağ əllə, sol ayağa sol əllə məsh edilsin.
Ayağa çəkilən məshin eni hər ölçüdə olsa kifayətdir. Amma daha yaxşısı budur ki, üç bağlı barmağın eni qədəri olsun, hətta ayağın bütün üstünə məsh çəkilməsi daha yaxşıdır.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (147) : Haqqınızı halal edin sual səhv yazılmışdı.Sual: Salam.Bir insan dəstəmaz almaq üçün içərisində su olan butulkadan istifadə edir.Əvvəlcə sol əlində butulkanı tutaraq sağ ovucuna töküb üzünü yuyur.Sonra sağ əli ilə butulkanı tutaraq sol ələ töküb sağ əli yuyur.Sonda isə sol əllə butulkanı tutaraq sağ ələ töküb sol əli yuyur,başına və ayaqlarına məss çəkir.Dəstəmaz düzgündürmü?
Ad: Elvin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bəli, düzgündür.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (148) : Salam.Bir insan dəstəmaz almaq üçün içərisində su olan butulkadan istifadə edir.Əvvəlcə sol əlində butulkanı tutaraq sağ ovucuna töküb üzünü yuyur.Sonra sağ əli ilə butulkanı tutaraq sol ələ töküb sağ əli yuyur.Sonda isə sol əllə butulkanı tutaraq sağ ələ töküb sol əli yuyur,başına və ayaqlarına su tökür.Dəstəmaz düzgündürmü?
Ad: Elvin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Dəstəmazda başı və ayaqları yumaq yox, məsh etmək lazımdır. Əgər məsh əvəzinə yuyulsa, dəstəmaz batildir.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (149) : Salam.Dəstəmaz zamanı su gəlmədiyi müddətdə insan butulkada olan sudan istifadə etdikdə,üzünüyuduqdan sonra sağ əlinə sol əldə butulkanıtuttaraq və sonra sol ələ sol əldə butulkanı tutaraq su tökə bilərmi?
Ad: Elvin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (150) : Salam.Dəstəmaz alarkən suyu ovuca doldurub üzə vurduqdan sonra krantıbağlayıb,sonra açıb sağ əli yumaq.sonra açıb sol ələ su tökdükdən sonra bağlamaq olarmı.Yəni hər üzvə su töküb krantı hər dəfə bağlamaq olarmı?
Ad: Elvin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur, lakin ehtiyatlı olun ki, sol əli yuduqdan sonra krantı bağlamaq istəsəniz, əlinizə su dəyməsin.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP