Sual (131) : salam. Quranın yazilarina hansi halda el vurmaq olar ve hansi halda olmaz zehmet olmasa etrafli yazin
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Dəstəmazı olmayan kəsin bədən üzvlərindən birini Quranın yazısına vurması haramdır.

Aşağıdakı sadalanacaq yerlərdə dəstəmazsız olarkən Quranın yazısına toxunmaq haramdır:

1. Quranın yazılarında olan ayələr, kəlmələr, hərflər hətta işarələr arasında belə fərq yoxdur.
2. Kağızda, yerdə, divarda və parça üzərində yazılan Quran yazıları arasında heç bir fərq yoxdur.
3. Quranın təbaşir, çap ya qələm  ilə yazılışında heç bir fərq yoxdur.
4. Quran yazısı əgər Quranda olmazsa belə dəstəmazsız halda ona toxunmaq haramdır. Əgər Quranın bir ayəsi digər bir kitabda yazıla ya Quranın bir kəlməsi kağız üzərində öz əksini taparsa, ya da yarımçıq bir kəlmə Quran və digər kitabdan ayrılarsa, yenə də dəstəmazsız ona toxunmaq haramdır.

Qurana toxunmaq hesab olunmayan yerlər

1. Qurana şüşə və plastmas (kapron) bir şeyin üzərindən toxunularsa.
2. Quranın vərəqləri, cildi və yazılarının ətrafına toxunmaq. (Hərçənd bu iş məkruhdur).
3. Quranın istənilən dildə olan tərcüməsi. (Allahın adından başqa, Allahın adı istənilən dilə tərcümə olduqda belə dəstəmazsız ona toxunmaq haramdır “Xuda” kəlməsi kimi.)

4. Quran və qeyri-Quranda müştərək olan sözlər məsələn, “Mömin”, “Əlləzinə”. Əgər bu kimi sözlər Qurandan olan sözlər məqsədilə yazılarsa, o sözlərə toxunmaq haramdır.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (132) : ASSALAM ALEYKUM VE REHMETULLAHI VE BEREKATUH.FASIQ,FASID VE ZALIM HOKUMETDEN QESB EDILMIS TEBII QAZLA QIZDIRIILMIS SU ILE ALINAN VACIB QUSL SEHIHDIRMI?ALLAHIM MERHEMET,REHMET VE BEREKETI DAIMA UZERINIZDE OLSUN INSHAALLAH.
Ad: Zaur, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində qüslünüz düzgündür. Lakin qazın pulunu Qaz idarəsinə ödəməlisiniz.
Qeyd: Əgər qeyri-qanuni yolla istifadə etdiyiniz su ilə qüsl etmək, yaxud dəstəmaz almaq istəsəniz, qüsl və dstəmazınız düzgün deyil. Lakin onun pulunu ödəməyi öhdənizə aldıqdan sonra qüsl etsəniz, qüslünüz düzgün olar.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (133) : salam aleykum.sperma sud rengi olandir yoxsa su renginde olan mayede sperma sayilir.yeni insanda sehvet hissi olduqda ondan su renginde olan maye xaric olur men onu sperma olub olmadigini bilmirem o maye sperma hokmunde olurmu?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sağlam və xəstə olmayan kişidə spermanın xaric olmasının üç əlaməti var:
1. Şəhvətlə xaric olsun. 2. Sıçrayışla xaric olsun. 3. Bədən süst olsun.
Əgər qeyd olunan üç əlamətin heç biri, ya onların biri olmasa, sperma hökmündə deyil. Bu şərtlə ki, digər bir yolla onun sperma olmasına yəqin etməsi.

http://sual.nur-az.com/az/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (134) : Salam qardas size bir sul verim bu agir bayra cixanda guc edende mende basdiyir sperma xaric olmaaqa men yeniden qusul almaaliyam ?yoxsa adi bir sey di ?
Ad: Sahil, Ölkə: Azeribaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Bəli, əgər sperma xaric olursa, onda namaz və təharətlə yerinə yetirilməsi lazım olan əməllər üçün cənabət qüslü etməlisiniz.
http://sual.nur-az.com/az/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (135) : Salamun aleykum. Təvaf zamanı daimul-hədəsin hökmü nədir? Biz bildiyimizə görə, təvafda təharət şərtdir, əgər bir şəxs adətən 1 neçə dəqiqədən artıq dəstəmazını saxlaya bilmirsə, belə bir şəxsin təvafının hökmü nədir? Təşəkkür edirik, Allah yardımçınız olsun.
Ad: bakı, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bir dəstəmazla təvaf və namazını yerinə yetirə bilər.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (136) : Allahın salamı olsun sizə. Yuxuda möhtəlim olan şəxs ayılandan sonra məni görsə, qüsl vacibdirmi? Allah razı olsun.
Ad: Günahkar bəndə, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim   
Sperma xaric olubsa, qüsl etməlidir.
http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (137) : Salam.İnsan dəstəmaz alarkən üzünü yuduğu zaman üzü yumağa yuxarıdan hansı hissədən başlamalıdır,yandan,yoxsa üzün ön hissəsindən,yoxsa ixtiyar sahibiyik?
Ad: Elvin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
Dəstəmaz aldıqda üzü uzununa alnın yuxarısından, baş tüklərinin çıxdığı yerdən çənənin ucuna qədər, eninə isə orta barmaqla baş barmağın arasında qalan miqdarı yumaq lazımdır. Bu miqdardan azacıq bir hissəsi belə yuyulmasa, dəstəmaz batil olur. Əgər insan bu miqdarın tamamilə yuyulduğuna əmin deyilsə, buna yəqini olması üçün onun ətrafını da bir az (artıq) yumalıdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq

Sual (138) : Salam. Şpaklovkaya təyəmmüm etmək olarmı?
Ad: Vusal, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər təyəmmüm edilməsi düzgün olan şeylərdən olsa və onu divara, ya tavana vurmaq üçün təyəmmüm edilməsi düzgün olmayan maddə qataraq təbiətini dəyişməyiblərsə, eybi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (139) : Allahin salami ve rehmeti uzerinize olsun Cox xahis edirem-menim suallarima aydinliq getiresiz-cunki cas bas qaliram 1)Diri insanin bedeninden ayrilan hisseye el vurulduqda messi meyyit quslu gelir,?xahis edirem Sistani aganin da reyini yazin.Deyesen ferqlilik var 2)Qazli su ile (Yeni satislarda olan mineral su) destemaz almaq olar
Ad: Zehra, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Əgər diri insanın bədənindən üzərində sümük olan ət parçası qoparsa (məsələn, bir əl və ya bir barmaq) ona qüsl verilməmiş toxunanlar meyyitə toxunma (məssi-meyit) qüslü verməlidir. Amma həmin ətin üzərində sümük olmasa, qüsül vacib deyil.
2. Əgər camaat arasında ona qarışıq su deməsələr, onunla dəstəmaz almaq olar.
http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (140) : Salam-xesteliye gore qusul ala bilmeyen teyemmum etse ,destemazi batil eden iw olsa bovl kimi destemaz almalidi ya teyemmum? yeni teyemmumluk uzru qalxmayibsa -amma teyemmumden sonra destemazi batil eden islerden biri qarsiya cixsa novbeti ibadetler ucun destemazdan elave yene de teyemmum etmelidir?yoxsa bir teyemmum kifayet edir
Ad: Tural, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Əgər dəstəmazı batil edən bir iş baş versə, dəstəmaz alması kifayətdir. 
http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq 
Go to TOP