Sual (121) : salam AGA qusulda yari irtimasi yari tertibi qusul almaq olarmi?
Ad: vemide, Ölkə: BAKI, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Yarı tərtibi və yarı irtimasi qüsl etmək olmaz. Amma tərtibi qüsl alarkən əvvəlcə baş və boyun, sonra isə bütün bədəni yuya bilərsiniz.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (122) : Əgər cənabət qüslu zamanı insandan hava çıxsa, qüslu sona çatdırmalıdır yoxsa, təzədən qüsl almalıdır?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qüslü pozub təzdən qüsl almağa ehtiyac yoxdur. Qüslünu tamamlaya bilər və ehtiyat lazım budur ki, namaz üçün dəstəmaz alsın.
http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (123) : Salam. Xaiş edirəm cavab yazın. 1) qüsl alarkən məsələn sağ tərəfi yuyanda sol tərəfə su düşməsinin qarşısını almasam hətta sağ tərəfi yuyanda sol tərəfədə su töksəm qüsl batil olurmu? 2) əgər qüsl batil olursa indiyə kimi qıldığım namaz və oruclar da batil olurmu? 3) Əgər sağı yuyanda sol tərəfə solu da yuyanda sağa su düşmək olmazsa mən nə qədər qarşısını alsamda yenədə yumadığım tərəfə su düşür bu halda nə etməliyəm? İndidən çox sağolun Allah köməyiniz olsun.
Ad: Allah bəndəsi , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bədənin bir hissəsini yuduqda digər tərəfə suyun dəyməsinin eybi yoxdur və qarşısını almaq da lazım deyil.
http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (124) : Məcburiyyət halında qəsbi-mal olan borudan (su krantı) alınan dəstəmazın və qüslün hökmü nədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər borunun özü qəsbi olsa ondan istifadə haramdır, amma qəsbi borudan gələn su qəsbi olmasa, onunla dəstəmaz düzgündür.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (125) : SALAM.Aga.sualim budur ki eyni anda sag sol ayaqlarin uzerine mesh cekmek olarmi?
Ad: ILQAR, Ölkə: BAKI, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Müstəhəb ehtiyat odur ki, eyni zamanda hər iki ayağa məsh edilməsin və tərtibə riayət edilsin; əvvəl sağ, sonra isə sol ayaq məsh olunsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (126) : Qüsl almaq üçün çoxlu su tökməyin zərəri varmı? Çox tərləmiş şəxsin tərini yumazdan qabaq etdiyi qüsl düzgümdürmü?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Çox su işlətmək qüslə zərər yetirmir. Lakin israf olsa artıq miqdarı haramdır. Bədənin təri suyun muzaf olmasına səbəb olmazsa eybi yoxdur. Lakin daha yaxşı olar ki, əvvəl tərini yusun, sonra qüsl alsın.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (127) : Haram pul ilə su alıb qüsl eləmək olarmı? Yaxud haram pulla saunaya getdikdə orda qüsl eləmək düzgündürmü?
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində qüsl batildir. Hamam pulunu haram və ya xümsü verilməmiş puldan ödəməkdə qüslü batil edir.

Rüşvət pulu ilə qüsl!

"Kəramətus-salihin" kitabında gəlib:

Şah zamanında polis işçilərindən biri öz əməlindən tövbə edib, azad işlə məşğul olurdu. Onun dövlət işindən uzaqlaşmasının səbəbini soruşdum. Dedi: Həzrət Ayətullah Mərəşi Nəcəfinin bəsirət və agahlığı bu işə səbəb oldu. Bir gecə saat 24-dən səhər saat 8-ə kimi İrəm prospektinə nəzarət edirdim. Qüslüm var idi. Hamama getmək üçün isə pulum yox idi. Təqribən saat iki olardı, İsfahandan bir maşın gəldi və hərəmin qarşısında dayandı. Sərnişinlər düşəndən sonra mən ona yaxınlaşıb dedim: Maşını niyə burda saxladın? Sürücülük vəsiqəni ver.

Sürücü beş tümən mənim ovcuma qoydu. Mən də ona burdan tez tez getməsini istədim. Sonra öz-özümə fikirləşdim ki, "hamamın pulu düzəldi".

Sübhün olmasını gözləyirdim ki, gedib qüslümü edim, namazımı qılım. Hələ hərəmin həyətinin qapıları açılmamışdı. Gördüm Ayətullah Mərəşi Nəcəfi həmişəki kimi hərəmə tərəf gedir. Amma o gecə yolunu döndərdi və küçənin bu tərəfinə keçərək mənim yanıma gəldi. Mənə çatıb, salam verdi. Sonra bir miqdar pul verərək dedi: Al, bu pulla get qüsl elə. Dedim: Baş üstə.

Ondan sonra qərara aldım ki, polis vəzifəsindən istefa verim və azad işlə məşğul olum. Belə də etdim. Allaha şükür olsun ki, indi vəziyyətim daha yaxşıdır.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (128) : Əssəlamu əleykum. 1. Dəstəmazda üz və qolları 2 dəfədən artıq yumaq haram buyurulub. Burda yumaq dedikdə 2 dəfədən artıq su tökmək, ya ovuca tökülən suyu 2 dəfədən artıq üz və qolun hər tərəfinə yaymaq nəzərdə tutulur? 2. Dəstəmaz alarkən üzü qibləyə durmaq müstəhəbdirmi? Allah razı olsun.
Ad: Günahkar bəndə, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
Dəstəmaz alarkən üzü və qolları bir dəfə yumaq vacib, iki dəfə yumaq müstəhəbb, üç və daha artıq yumaq isə haramdır. Birinci dəfə yumaq dəstəmaz qəsdi ilə üz və ya qoluna tökdüyü su onun hər tərəfini əhatə etdiyi və heç bir ehtiyat yeri qalmadığı zaman tamam olur. Məsələn əgər birinci dəfə yumaq qəsdi ilə on dəfə belə üzünə su tökərsə, su onun hər tərəfini əhatə edincəyə qədər maneçiliyi yoxdur. Həmçinin dəstəmaz niyyəti ilə üzü yumağı qəsd etməyənə qədər birinci yuma gerçəkləşməz. Buna görə üzün hamısını bir neçə dəfə yuyub axırıncı dəfə dəstəmaz niyyəti ilə yumağı qəsd edə bilər. Lakin ikinci yumada niyyətin vacib olması nəzəri işkalsız deyil. Lazım ehtiyat olaraq birinci yumadan sonra üzü və qolları dəstəmaz qəsdi ilə olmasa belə, bir dəfədən çox yumamalıdır.
2. Bəli, müstəhəbdir.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (129) : Salam Aleykum) xaiş edirəm cavab verəsiz cavabınıza çox ehtiyacım var...) sual 1) mən indiyə kimi qusl alanda su dəymiyən bir çox yerlər olurdu ama mənə bele örgətmişdilər. Yəni məsələn sağdan su tökəndə sağ tərəfdə su dəymiyən bir çox yerlər olurdu bu halda mənim quslum bətil olubsa indiyə kimi qıldığım namaz və tutduğum oruclar da batil olur? Yenədə deyirəm sadəcə mənə belə örgətmişdilər. 2) Rusyada Xiristian marketlərində üstünə hala və ya Müsəlman kalpasası yazılan saska və kalpasaları yemək olar? 3) mən bildiyimə görə bəzi Muctəhidlər bütün müsiqiləri bəzisi isə yalnız dinə, anaya və buna bənzər Müqəddəs şeylərdən başqa hər bir mahnını haramdı fətvasını verib bu düzdür? Və əgər yanımızda məsələn maşınla gedəndə kef və ya sevgi mahnıları oxutsalar biz sadəcə fikrimizi başqa yerə yönəltsək bəs edər?
Ad: Allah bəndəsi , Ölkə: Rusiya, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1.Qüsldən ötrü göstərilən xüsusi tərtiblə (ardıcıllıqla) bütün bədəni yumaq lazımdır, əgər bədənin bir hissəsi yuyulmasa qüsul batil və bu qüsulla qılınan namazlartəzədənqılınmalıdır, lakin oruc düzgündür.
Qüsl iki cür verilir: birinci, xüsusi tərtiblə bədən yuyulur, belə ki, əvvəl baş və boyun, sonra bədənin digər yerləri. Ehtiyat odur ki, baş və boyun yuyulduqdan sonra bədənin sağ tərəfini başdan ayağa qədər, axırda isə sol tərəfini başdan ayağa qədər yuyasan. İkincisi isə irtimasi qüsl adlanır ki, burada bütün bədəni birdəfəlik suya batirmaqla qüsl alınır.
2. Əgər heyvanın şəri zibh olunması sizə sübut olsa, yeyə bilərsiniz. Təkcə halal yazılması kifayət etmir.
3. Musiqi kef, eyş-işrət məclislərinə uyğun olduğu halda haramdır. Ondan başqa musiqilər halaldır.
Əgər haram musiqilərdən olsa, birinci vəzifəniz odur ki, musiqi oxudan adamı əmr be məruf, nəhy əz münkər edəsiniz. Bunun şəraiti mövcud olmasa, yaxud musiqi oxunmasını saxlamasa, həmin maşından düşüb başqa maşınla getmək mümkündürsə, belə edin. Əgər bu da mümkün deyilsə, ixtiyari halda musiqiyə qulaq asmayın, zikr edin.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (130) : Salam aleykum. Mən indiyə kimi qusul alanda su dəymiyən bir çox yerlər olurdu ama mənə belə örgətmişdilər. Mən dünən örgəndim ki hər yerə su dəyməlidi. Bu halda mənim indiyə kimi qıldığım namazlar və oruclar qəzasını yenidən etməliyəm? İndidən çox sağolun
Ad: Allah bəndəsi , Ölkə: Rusiya, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qüsldən ötrü göstərilən xüsusi tərtiblə (ardıcıllıqla) bütün bədəni yumaq lazımdır, əgər bədənin bir hissəsi yuyulmasa qüsul batil və bu qüsulla qılınan namazlar təkrarlanmalıdır, lakin oruc səhihdir.

Go to TOP