Sual (101) : salam aleykum aga. sualim budurki cume qusulu ile Vacibi namazlari qilmag olarmi? musteebbi qusullarla namaz qilmag olarmi?
Ad: yusuf, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Cәnаbәt quslu аlаn bir kәs nаmаz üçün dәstәmаz аlmаmаlıdır. Аmmа vacib ehtiyata görə bаşqа qusullərdən sonra namaz qılmaq üçün dəstəmaz da almaq lazımdır.
2. Vacib еhtiyata əsasən kifayət еtmir və dəstəmaz almaq lazımdır.

http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (102) : Salam alekum ağa dəstamaz aldiqdan sonra burunda qan gələrsə dəstamaz pozulur? Ve nece paklamaq olar ?
Ad: Fatime, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Xeyir, bu halda dəstəmaz pozulmur.
Qanı paklamaq üçün əvvəl onun özünü aradan qaldırın, sonra bir dəfə yusanız onun yeri pak olacaq.

http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (103) : ASSALAM ALEYKUM VE REHMETULLAHI VE BEREKATUH.BEZI VIDEOLARDA GOSTERILIRKI MUCTEHIDLER VE BASHQA INSANLAR DESTEMAZDA UZUNU YUYARKEN ANCAQ SAG ELLE YUYUR.DESTEMAZDA UZU HER IKI ELLE YUMAQ OLMAZMI?ALLAHIN NEZERINDE OLASIZ INSHAALLAH AMIN.
Ad: Zaur, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (104) : ASSALAM ALEYKUM VE REHMETULLAHI VE BEREKATUH.QADIN DESTEMAZ ALARKEN QIRNAQLARINDAKI BOYANI SILMELIDIRMI?ALLAH SIZI MUVEFFEQ ETSIN INSHAALLAH AMIN.
Ad: Zaur, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Dəstəmaz aldıqda suyun dəstəmaz üzvlərinə dəyməsinə bir maneə olmamalıdır. Ona görə də əgər maneə varsa, dəstəmazdan qabaq o maneəni aradan qaldırmaq lazımdır.
Adətən, dırnaq boyası maneə sayılır.

http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (105) : Salam aleykum.mən bir məsələni bilmək istyrəm. əgər nişanlı olan (kəbini də var)qızın, ata anası evdə olmuyanda nişanlısıyla görüşürsə və qüsul üçün oğlan qızgilin hamamında qüsullanrsa ,qızın ata anası da bundan xəbərsizdilər .Yəni bilmək istyrəmki qızın ata anasının halallığı lazımdır oğlana onların hamamlarında qüsul etdiyi üçün???
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər evin sahibi evdə qalmaq və istifadə üçün razılığı sizə məlumdursa, eybi yoxdur və qüsl düzgündür. Əks halda düzgün deyil.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (106) : Salamun ələykum,qüsul əvəzinə təyəmmüm alırıqsa və o qüsl hələ aradan getməyibsə,hər namaz vaxtı dəstəmazdan öncə təyəmmüm alınmalıdır?Allah razı olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər təyəmmümə səbəb olmuş üzrünüz aradan qalxmayıbsa, habelə qüslü batil edəcək bir iş baş verməyibsə, həmin təyəmmüm kifayətdir və hər dəstəmazdan qabaq təyəmmüm etmək lazım deyil.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (107) : Essalamu eleykum Torpaqnan nece cenabet qüsulu almaq olar ?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Torpaqla qüsl yox, qüsl və ya dəstəmaz əvəzindən təyəmmüm edilir.

Dəstəmaz və ya qüsl əvəzinə edilən təyəmmümdə (niyyətdən sonra) üç şey vacibdir:
1. Əllərin ikisinin içini birlikdə təyəmmüm düzgün olan şeyə vurmaq, ya da qoymaq. Lazım ehtiyata əsasən bu iş gərək iki əlin içində birlikdə əmələ gətirilsin.
2. Hər iki əlin içini tük bitən yerdən başlayaraq, qaşlara qədər, tamam alına və həmçinin onun iki tərəfinə, burnunun yuxarısına, vacib ehtiyata əsasən; və ehtiyat müstəhəbb odur ki, əlləri qaşların üstünə çəksin.
3. Sol əlin içini, tamam sağ əlin arxasına çəkmək və sonra sağ əlin içini tamam sol əlin arxasına çəkmək. Vacib ehtiyat odur ki, sağ əllə sol əl arasındakı tərtibə riayət etsin. Lazımdır ki, dəstəmazda deyildiyi kimi, təyəmmümü də niyyətlə, qürbət qəsdi ilə yerinə yetirsin.

Təyəmmümün – istər dəstəmaz əvəzi olsun, istərsə qüsl əvəzi, bu tərtiblə əmələ gətirilməsi ehtiyat müstəhəbbdir: (Niyyətdən sonra) Bir dəfə əlləri yerə vursun, sonra alnına və əllərinin arxasına çəksin. Sonra əlini yenə də yerə vursun və əllərinin arxasına çəksin.

http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (108) : Salam.Tərtibi qüsl(cənabət) zamanı başa qüsl verdikdən sonra dəstəmazı pozan bir iş oldu(sidik yaxud qaz). Çiyinlərə qüsl verərək tamamladıqdan sonrakı vəziyyətlə namaz qılmaq olarmı? təşəkkür edirəm.
Ad: Ruzi, Ölkə: azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində qüsl düzgündür. Lakin bu surətdə namaz qılmaq və ümumiyyətlə dəstəmazla yerinə yetirilməsi lazım olan bütün ibadətlər üçün dəstəmaz almaq lazımdır.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (109) : Salam. Sistani Ağanin nezerine göre Teyyemüm ederken əli hər defe vurmaq şərtdir ya bir defe vurmaqla teyemmümüzü bitire bilərikmi?
Ad: , Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Dəstəmaz və ya qüsl əvəzinə edilən təyəmmümdə (niyyətdən sonra) üç şey vacibdir:
1. Əllərin ikisinin içini birlikdə təyəmmüm düzgün olan şeyə vurmaq, ya da qoymaq. Lazım ehtiyata əsasən bu iş gərək iki əlin içində birlikdə əmələ gətirilsin.
2. Hər iki əlin içini tük bitən yerdən başlayaraq, qaşlara qədər, tamam alına və həmçinin onun iki tərəfinə, burnunun yuxarısına, vacib ehtiyata əsasən; və ehtiyat müstəhəbb odur ki, əlləri qaşların üstünə çəksin.
3. Sol əlin içini, tamam sağ əlin arxasına çəkmək və sonra sağ əlin içini tamam sol əlin arxasına çəkmək. Vacib ehtiyat odur ki, sağ əllə sol əl arasındakı tərtibə riayət etsin. Lazımdır ki, dəstəmazda deyildiyi kimi, təyəmmümü də niyyətlə, qürbət qəsdi ilə yerinə yetirsin.

Təyəmmümün – istər dəstəmaz əvəzi olsun, istərsə qüsl əvəzi, bu tərtiblə əmələ gətirilməsi ehtiyat müstəhəbbdir: (Niyyətdən sonra) Bir dəfə əlləri yerə vursun, sonra alnına və əllərinin arxasına çəksin. Sonra əlini yenə də yerə vursun və əllərinin arxasına çəksin.

http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (110) : Salam Bismillah.levi cekilmis toknan.bismis yemeyin yemeyinin isgali varmi ve hemin suda cimib qusul almag ve desnamaz almag isgali varmi
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yemək və yuyunmaq üçün öz-özlüyündə bir iradı yoxdur. Lakin qeyri-qanuni işlədilmiş işığın pulunu lazımı şirkətə ödəmək vacibdir.
Amma əgər qeyri-qanuni yolla sudan istifadə edilsə, bu su ilə dəstəmaz və qüslün iradı vardır.

Go to TOP