Sual (91) : Essalamu Aleykum.menim elim bileye kimi sargidadi nece destamaz ala bilerem?
Ad: valeh, Ölkə: , Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Yara və sınığa bağlanan şey, həmçinin yara və bu kimi şeylərin üzərinə qoyulan dərmanlar «cəbirə» adlanır. Əgər dəstəmaz yerinin birində yara, çiban və ya sınıq olsa, belə ki, üstü açıq olduqda su ona zərər yetirməzsə, gərək adi qaydada dəstəmaz alınsın.Əgər yara, çiban və ya sınıq üzdə və əllərdə olsa, onun üstü açıq olsa və onun üstünə su tökməyin zərəri varsa, gərək yara və çibanın ətrafı dəstəmazda deyildiyi kimi yuxarıdan aşağıya yuyulsun. Ən yaxşısı odur ki, əlin suyunu yaranın üzərinə çəkməyin zərəri yoxdursa, əlin suyunu onun üzərinə çəksin, sonra yaranın üstünə pak parça qoysun və əlin suyunu parçanın üzərinə də çəksin. Amma sınıqda təyəmmüm etmək lazımdır.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (92) : Salamun aleykum. Bele bir hokm vardirmi ki, heyz olan qadin, Quranin yalniz 7 ayesini oxuya biler? Allah razı olsun amin.

Bismillahir-rəhmanır-rəhim
Cünuba və heyz olana beş şey haramdır:

1. Öz bədənindən hər hansı bir yeri Qur`anın yazısına ya Allahın adına (hansı dildə olsa) toxundurmaq. Peyğəmbərlərin, İmamların və Həzrət Zəhranın (ə.s) da adlarına toxundurmaması daha yaxşıdır.

2. Məscidul-Hərama və Peyğəmbər (s) məscidinə girmək. Bir qapıdan daxil olub, digər qapıdan xaric olsa belə.

3. Başqa məscidlərdə və vacib-ehtiyata əsasən İmamlar (ə.s)-ın hərəmlərində dayanmaq. Amma məscidin bir qapısından daxil olub, digər qapısından xaric olduğu halda, maneəsi yoxdur.

4. Lazım-ehtiyata əsasən, bir şeyi məscidə qoymaq, ya bir şeyi məsciddən götürməkdən ötrü daxil olmaq Hərçənd özü daxil olmasa belə.

5. Vacib səcdəsi olan ayələrin hətta bir hərfini belə oxumaq. Onlar bu dörd surədədir:

32-ci «Səcdə» surəsi;

41-ci «Fussilət» surəsi;

53-cü «Nəcm» surəsi;

96-cı «Ələq» surəsi.

Digər surələri oxumağın iradı yoxdur.

http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (93) : Salamun aleykum...Əyər dəstəmaz aldıqdan sonra şekke düşsən ki,destemazı tam almamısan (meselen başa mes tam çekilmeyib)tekrar destemaz almaq olarmı? Ümumiyyetlə tekrar desyemaz namazı batil etmeyir ki?
Ad: Ramin, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Bəli, olar və təkrar dəstəmaz əvvəlkini batil etmir.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (94) : Əssələmu əleykum. Əvvəldən namaz qılmayan şəxs (kişi və ya qadınn) ilk dəfə namaz qılarsa, həmin şəxsin hansı qüsulları alması lazımdır? Allah razı olsun. Amin
Ad: , Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Kişilərə vacib olan qüsllər:

1. Cənabət qüslü.

2. Məssi-meyyit qüslü (meyyitə toxunma qüslü).

3. Meyyit qüslü (meyyitə verilən qüsl).

4. Nəzir, and və s. vasitəsilə vacib olan qüsllər.

Qadınlara vacib olan qüsllər:

1. Cənabət qüslü.

2. Heyz qüslü.

3. Nifas qüslü.

4. İstihazə qüslü.

5. Məssi-meyyit qüslü (meyyitə toxunma qüslü).

6. Meyyit qüslü (meyyitə verilən qüsl).

7. Nəzir, and və s. vasitəsilə vacib olan qüsllər.

Qeyd: Boynuna bir neçə qüsl vacib olan şəxs hamısının niyyəti ilə bir qüsl edə bilər. Zahir budur ki, əgər onlardan müəyyən birini qəsd etsə, qalanları üçün kifayət edir.http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (95) : su olmadan qusl etmek olarmi olarsa nece edilir
Ad: ruslan, Ölkə: tiflis, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər dəstəmaz və ya qüsl etmək üçün su tapılmazsa, onda təyəmmüm etmək lazımdır. Təyəmmüm belədir:
1. Niyyət etdikdən sonra hər iki əllərin içini birlikdə təyəmmüm düzgün olan şeyə vurmaq.
2. Hər iki əlin içini başın tük bitən yerindən başlayaraq qaşlara qədər, tamam alına və həmçinin onun iki tərəfinə və burnunun yuxarısına çəkmək.
3. Sol əlin içini tamam sağ əlin arxasına çəkmək və sonra sağ əlin içini tamam sol əlin arxasına çəkmək. Vacib ehtiyat odur ki, yenidən hər iki əllərin içini birlikdə təyəmmüm düzgün olan şeyə vurub sol əlin içini tamam sağ əlin arxasına və sonra sağ əlin içini tamam sol əlin arxasına çəksin.

http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (96) : salamaleykum,basa sac ekdirmek destemaz ve qusle mane olur?Mane olursa ne etmeli?
Ad: Mamed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Xeyr, heç bir maneçiliyi yoxdur.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (97) : SalamUN ALEYKUM . İnsan şəraitin pisliyin və bir az çətinliyi əsas götürərək sübh namazı üçün qəsdən cənabət quslu etməyib təyəmmümlə sübh namazını ilk vaxtında qıla bilərmi? yoxsa gecikdirib axır vaxtında qılmalıdır ? Nəzərə alsaq ki bu şəxs kənd yerində yaşayır . xususən də qış aylarında sübh namazı üçün qusl almaq mümkün olsa da çətinliyi çoxdur . çünki bilirsiniz ki kənd yerlərində hamam evin içində olmur və bu işdən ötrü bəzən su qablarında suyu qızdırıb soyuq bir şəraitdə bu işi görməyə məcburdur . yay aylarında qışa nisbətən çətinlik az olur . hər iki halda bu şəxsin vəzifəsi nədir?
Ad: vuqar, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İlk vaxtdan keçmiş olsa da şərait olduqda və mükəlləfə heç bir ziyanı olmadıqda qüsl etmək vacibdir.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (98) : Salam aleykum.. teyemmumde ellere mes 1 defe cekilmelidi? 2-3 defe cekilse batil olar? Allah sizden razi olsun
Ad: nicat, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Vəsvəsədən çəkinin, əgər birinci dəfə məsh doğru edilibsə təkrar etməyin. Amma əgər həqiqətən  birincisində şəkkiniz varsa, təkrar etmək lazımdır.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (99) : Salam cume qusuluyla vacib namaz qila bilerem
Ad: 297346ra, Ölkə: Qusul, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Sistaninin fətvasına görə cümə qüslündən və ümumiyyətlə şəriətdə müstəhbliyi sübuta yetmiş bütün qüsllərdən sonra dəstəmaz almadan namaz qılmaq olar.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (100) : Esselemu eleykum. Boynunda qusl olmadan qusl almagin hokmu nedir? Allah razı olsun. Amin
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Heç bir hökmü yoxdur və heç bir şəri məsələyə təsiri yoxdur.

Go to TOP