Sual (51) : Quş yumurtasını yemək halaldırmı?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Quş yumurtasının halal və ya haramlığı aid  olduğu quşa bağlıdır. Belə ki, əti halal olan quşun yumurtasını yemək halal, əti haram olan quşun yumurtasını yemək isə, haramdır. Halal, yaxud haram olması bilinməyən yumurtaya gəlincə isə, hər iki tərəfi bərabər olan yumurta deyil, toyuq yumurtası kimi üst tərəfi alt tərəfindən fərqlənən yumurta yeyilər.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (52) : Salamun aleykum. Allah (a.c) sizin omrunuze bereket versin, amin. Ayetullah el-Uzma Seyyid Eli Xamenei aganin mehzerine bir sual ile muraciet edirem. Sualim budur: Istiftaat kitabinin 1-ci cildinde buyurubsunuz ki, tezkiye olunmasina shekk etdiyiniz heyvanin etini yemek duzgun deyil. Chunki bu zaman o meyte hokmundedir. Bizi maraglandiran budur ki, bu shubhe (tezkiye olunmasina shekk etdiyimiz, meselen bismillahla yaxud qibleye kesilmesine shubhe etdiyimiz) muselman olkesinde ve muselmanlarin ishletdiyi ve muselmanlarinda chalishdigi muesselere de aiddirmi? Bezi feqihler muselman olkesinde olan ve muselmanlarin chalishdigi bele bir shubheli etleri yemeyi caiz bilibler. Bele ki, muselman olkesinde ve muselmanlarin chalishdigi toyuq eti muesselerinin (broylerlerin) istehsal etdiyi etleri yemek olarmi? Allah meqaminizi uca etsin, amin.
Ad: Sebuhi, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər ətin sahibi müsəlmandırsa və o, ətin şəri cəhətdən təzkiyə olunduğunu deyirsə, o ətləri yeməyin işkalı yoxdur və axtarış etmək də lazım deyil. Lakin yalan dediyi güman edilərsə, bu halda, şəri təzkiyəsi sübut olunmadan, onları yemək haramdır.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (53) : Salam Aleykum . Allah sizdən razı olsun. sual. 1) Erkək dovşan ətini yemeyin hökümü nedir ? 2)Göyörcin ovlamağın hökümü nədir,?
Ad: İlham, Ölkə: Azəebaycan , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Dovşan əti haramdır və erkək, yaxud dişi olmasının bir fərqi yoxdur.
2. Öz-özlüyündə eybi yoxdur.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (54) : Salam Allah sizden razi olsun.Bele bir sualim var.Bir nefer qessab eti Bismillah Allahu Ekber deyib kesir amma meclisden meclise içki içir onun kesdiyi eti almaq düzgündü?Sag olun minnetdaram.
Ad: Mamed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər heyvanı kəsən müsəlman olsa və heyvan kəsilməsinlə lazım olan qayda və şərtləri yerinə yetirmiş olsa, düzgündür.
Heyvanın başını kəsməyin bir neçə şərti vardır:
1. Heyvanın başını kəsən istər kişi olsun, istərsə qadın, gərək müsəlman olsun. Müsəlman uşağı əgər müməyyiz olsa, yəni yaxşı ilə pisi ayıra bilirsə, heyvanın başını kəsə bilər. Amma kitab əhli olmayan kafir və ya kafir hökmündə olan firqələrdən bir kəs, məsələn, nəvasib kimi, heyvanın başını kəssə, o heyvan halal olmaz, hətta kitab əhli olan kafir, əgər heyvanın başını kəssə, hərçənd "Bismillah" demiş olsa belə, ehtiyat-vacibə əsasən, o heyvan halal olmur.
2. Heyvanın başını imkan daxilində dəmirdən olan şey ilə kəsməlidirlər. Ehtiyat-vacibə əsasən istil bıçaqla kəsmək kifayət deyil. Amma əgər dəmir tapılmasa, onun dörd damarını ayıra biləcək iti bir şey ilə, məsələn, şüşə və daş ilə də kəsmək olar, hərçənd onun başını kəsməyə münasib zəruriyyət olmasa belə.
3. Heyvan başı kəsilən vaxtı üzü qibləyə olmalıdır. Deməli, əgər ayaq üstə, ya oturan halda olsa, heyvanın üzü qibləyə olmağı insanın namazda üzü qibləyə olan halı kimidir. Əgər heyvan sağ, ya sol tərəfində uzadılmış olsa, gərək kəsilən yeri və qarnı üzü qibləyə olsun və onun ayaqlarının, əllərinin və üzünün qibləyə tərəf olmağı lazım deyil. O kəs ki, bilir heyvanın başı gərək üzü qibləyə kəsilsin və bilərəkdən onu qibləyə tərəf çevirməsə, heyvan haram olur, amma əgər yadından çıxarsa, ya məsələni bilməsə, ya qibləni səhv salsa eybi yoxdur. Əgər qiblənin hansı tərəfdə olduğunu bilməsə, ya başqasının köməyi ilə də olsa, heyvanı üzü qibləyə tərəf çevirə bilməsə, belə ki, heyvan ipə-sapa yatmayan olsa, ya bir çalaya düşmüş olsa və onu kəsməyə məcbur olsalar, hər istiqamətə zibh etsələr, eybi yoxdur. Əgər üzünü qibləyə çevirməkdə yubansalar, heyvan öləcəksə, hökm eynidir. Heyvanın üzü qibləyə kəsilməsinə etiqadı olmayan müsəlmanın zibh etməsi, üzü qibləyə kəsməsə də səhihdir. Ehtiyat-müstəhəb budur ki, heyvanın başını kəsənin də üzü qibləyə olsun.
4. Heyvanın başını kəsən vaxt, ya bıçağı boğazına qoyduqda onu kəsən şəxsin özü baş kəsmək niyyəti ilə Allahın adını çəksin. Əgər kəsən şəxsdən başqası Allahın adını çəksə, kifayət deyil. "Bismillah" desə, hətta əgər yalnız "Allah" desə də, ehtiyatın xilafına olsa da, kifayətdir. Əgər baş kəsmək qəsdi olmadan Allahın adını çəksə, ya məsələni bilmədiyinə görə Allahın adını çəkməsə, o heyvan halal olmaz. Amma əgər yaddan çıxarıb Allahın adını çəkməsə, eybi yoxdur.
5. Heyvan başı kəsildikdən sonra gözünü, ya quyruğunu hərəkət etdirməklə, ya ayağı yerə vurmaqla olsa belə, çırpınmalıdır. Bu hökm heyvanın diri olmasına şübhə olduğu təqdirdədir. Əgər belə olmasa, heç bir lüzum yoxdur.
6. Heyvanın bədənindən adi miqdarda qan axmalıdır. Əgər qan onun damarlarında laxtalanarsa və ondan qan axmazsa və ya axan qan o növ heyvana nisbətdə az olarsa, o heyvan halal olmur, amma az qanın axması, heyvanın başını kəsməkdən əvvəl qan axması olduğuna görə olsa, o halda eybi yoxdur.
7. Boğazın kəsilməsi zibh etmək qəsdi ilə olmalıdır. Deməli, əgər bıçaq birinin əlindən düşsə və ixtiyarsız olaraq bir heyvanın başını kəssə, yaxud başı kəsən adam yuxulu, məst, bihuş, uşaq, dəli və başqa məqsədlə bıçağı heyvanın başına çəksə və təsadüfən kəssə, halal olmaz.

http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (55) : Mal ətinin onurğa hissəsində olan iliy yox sümüyün içində olan iliy haramdır?
Ad: Ilham Məmmədov, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
Əgər əti halal olan heyvandırsa və şəriət qaydası ilə zibh olunubsa, eybi yoxdur.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (56) : Allahın salamı olsun sizlere. Üzüm mürebbesi yemek olar?
Ad: Anar, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Üzüm suyu odda və ya özü-özünə qaynayarsa, haram olar. Amma əgər qaynayaraq üçdə ikisi getsə və üçdə biri qalsa, halal olur.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırq
Sual (57) : Salam.Zehmet olmasa deyin xristianin biwirdiyi xoreyi yemek olarmi?Allah sizden razi olsun!
Ad: Niyazi, Ölkə: russiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Xristian və yəhudi kimi kitab əhli olanlar murdar deyillər. Ona görə də onların hazırladığı halal xörəklərin murdar olmasına əmin olmasanız, istifadə edə bilərsiniz.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (58) : Kvas icmek haramdır??
Ad: Ehedquluzade96@gmail. com, Ölkə: Azərbaycan , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər tərkibində haram, yaxud murdar bir şeydən hazırlanmayıbsa və belə bir qatqı da yoxdursa, öz-özlüyündə eybi yoxdur.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (59) : salam.aleykum aga.aga sualim budurki bir namaz qilan qardasin toyudu amma toy dunyavi toydu...aga mene icaze varmi ki qardas menden incimesin deye en azi bir saatligda olsa o toy meclisine gedim ve spirsiz olan bir bos stolda oturum.ve tezde cixib gelim.cunki getmesemde qardas inciyecey bilmirem ne edim? gede bileremmi aga? Sadece istirak etdiymi gorsun
Ad: huseynci, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
İçki düzülmüş süfrə kənarında əyləşməklə insan onlardan biri sayılarsa, orada oturmaq və yeməklərin halal olmasından asılı olmayaraq, bir şey yemək haramdır.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (60) : SaLaM {yemek yeyendequtaranda Bismilləh demeliyik ya Bismillah Əlhəmdulilləh demeliyik ya Əlhəmdulillah hemde du kitablarinda herif sefleri var meselen na herifi ereb dilinde yoxdu nə di men na oxusam oxudugum dua duzdu qebuldu?}
Ad: RehmaN, Ölkə: AzerbaYcaN, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Yemək yeyərkən bir neçə şey müstəhəbbdir:
1. Yeməkdən qabaq hər iki əli yumaq.
2. Yeməkdən sonra əlini yuyub dəsmal ilə qurulamaq.
3. Süfrə sahibi yeməyə hamıdan əvvəl başlasın və hamıdan sonra qurtarsın. Yeməkdən əvvəl süfrə sahibi öz əlini yusun, sonra onun sağ tərəfində oturan adamdan başlayıb, onun sol tərəfində oturan adama qədər tərtib ilə əllərini yusunlar. Yeməkdən sonra süfrə sahibinin sol tərəfində oturandan başlayıb süfrə sahibinə qədər əllərini yusunlar.
4. Yeməyə başlayanda «Bismillah» desin. Amma əgər süfrədə bir neçə cür yemək olsa, onların hər birini yeməyə başlayanda «Bismillah» desin.
5. Yeməyi sağ əli ilə yemək.
6. Üç barmaq, ya çox barmaqla yemək yemək; İki barmaqla yemək yeməsin.
7. Əgər neçə nəfər süfrə başında otursalar, hər kəs öz qabağındakı yeməkdən yesin.
8. Tikəni kiçik götürsün.
9. Süfrə başında çox otursun və yeməyi uzatsın.
10. Yeməyi yaxşı çeynəsin.
11. Yeməkdən sonra Allaha həmd etsin.
12. Barmaqlarını yalasın.
13. Yeməkdən sonra dişlərini təmizləsin, amma reyhan çubuğu, qamış, nar çubuğu və xurma ağacının yarpağı ilə təmizləməsin.
14. Süfrənin kənarına tökülən şeyi yığıb yesin. Amma əgər biyabanda yemək yeyirsə, müstəhəbbdir ki, yerə tökülənləri quşlar və heyvanlar üçün saxlasın.
15. Günün əvvəlində və gecənin əvvəlində yemək yesin, gecənin ortasında və günün ortasında yemək yeməsin.
16. Yeməkdən sonra arxası üstə uzansın və sağ ayağını sol ayağının üstünə qoysun.
17. Yeməyin əvvəlində və axırında duz yesin.
18. Meyvəni yeməmişdən qabaq su ilə yusun.

Go to TOP