Sual (181) : Heyvanın erkəklik vəzilərini (xaya) yeməyin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Haramdır və ehtiyat vacib budur ki, uşaqlara da yedizdirilməsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (182) : Həzrət Əli (əleyhis-səlam), barəsində uzun bir xütbə oxuduğu və xütbəsində onu quşa bənzətdiyi tovuzun ətini yeməyin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Tovuzun, istər ağ olsun, istərsə qara, əti haramdır. Onun qəribəliklərini şərh etmək ətinin halal olmasını sübuta yetirmir. Necə ki, həzrət yarasanın da qəribəliklərini bəyan etmişdir.
Haram yeməlilər və içməllilər
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (183) : Dovşan ətinin yeyilməsinin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Mütləq (qeydsiz-şərtsiz) olaraq haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (184) : Qoyun itin südünü içərsə əti haram və nəcis olurmu?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İt südü barəsində bunu demək olar ki, hərçənd qoyun onu çox içsə və sümükləri möhkəmlənsə belə, (onun ətinin) haram olmasına dair dəlil yoxdur. Lakin (qoyunun) donuz südünü içməsi barəsində; hər vaxt bu miqdarda ondan içsə, həm öz əti, həm də özündən sonrakı nəsillərin əti haram olacaqdır. Amma bu miqdardan az olsa, əti məkruhdur. Yaxşı olar ki, 7 gün onu bağlasınlar və pak yemək versinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (185) : Heyvanın (qaitdən başqa) nəcasətlə qidalanmasının, məsələn, quşların qidalanması üçün qandan istifadə olunmasının hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Heyvanın qaitdən başqa digər nəcasətlərlə qidalanması onun ətinin və südünün haramlığına səbəb olmur. Lakin ondan pəhriz etmək daha yaxşıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (186) : Bütün şəriət qaydalarına riayət etməklə başı kəsilən, lakin başı kəsiləndən dərhal sonra qaynar suya salınan heyvanın – belə ki, damarları bağlanırsa və yarım-bağlı vəziyyətə düşərək nəticədə normal miqdarda gəlməli olan qan çıxmırsa – ət və içində qan olan damarları baxımından hökmü necədir?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onun əti halaldır, lakin ehtiyat budur ki, daxilində olan qandan istifadə olunmasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (187) : Sallaqxana sexlərində bəzi dana və inəklərin başını kəsərkən cüssələrinin böyüklüyündən və çəkilərinin ağırlığından olanları qiblə səmtinə yatırmaq mümkün olmur. Bu halda onların başlarını ayaq üstə qibləyə tərəf kəsmək olarmı?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (188) : Heyvanların başını kəsmək üçün müasir texniki avadanlıqdan istifadə etmək caizdirmi?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Şəriətdə deyilən şərtlərin hamısına malik olsa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (189) : Toyuqçuluq sexlərində adətən bir dəfəyə beş min ədəd toyuğun başını bir yerdə kəsirlər. Bu əməliyyatın əvvəlində bir “bismillah” demək kifayətdirmi?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ehtiyat onun adi şəkildə təkrar edilməsidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (190) : Heyvanların başını kəsərkən Quran ayələrinin səsləndirilməsi və Allah zikrinin yada salınması kifayət edirmi, yoxsa mütləq heyvanların başını kəsən adamın özü Allahın adını çəkməlidir?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ehtiyat vacib budur ki, heyvanın başını kəsən adam özü desin.

Go to TOP