Sual (91) : Salam Aleykum,spirtli kanfet yemek haramdir? sag olun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər işlədilmiş spirtin əslən maye və məstedici olmasını bilsəniz, ehtiyata əsasən həmin şirniyyat murdardı, əgər işlənilən spirtin məstedici olub-olmamasında şəkk etsəniz pakdır.

http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (92) : Salam. Әhli kitabdan olan bir satıcı ölmüş balıq satarsa, onu alıb yemәk olarmı?
Ad: Abdulla, Ölkə: Azәrbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər balıq öz ovlanmasına uyğun şərtlərlə tutulubsa, eybi yoxdur. Balığı ovlayanın və satıcının müsəlman olmamasının bir maneçiliyi yoxdur.

http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (93) : Salam aleykum. men hemiş dodağımın ya da dodağın içəri tərəfinin dərisini dişimlə qoparıram ve ister istemez yeyirem özü də buna çoxdan adət eləmişəm xüsusən də esəbleşende olur. indi bunun hökmmunu bilmek isreyirem
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onu yemək icazəli deyil.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (94) : Əgər bığın tükləri bir az uzun olsa və su içəndə stəkana girsə, yaxud yemək yeyəndə yeməyə bulaşsa, bunun hökmü nədir?
Ad: drongo, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Xamenei:
Buğların uzun olması məkruhdur.
Ayətullah əl-üzm aFazil:
Münasib deyil.

http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (95) : salam aleykum meni bir sual maraqlandirir o da budur ki eger araqa su qatilsa onun icilmesinin haramliqini goture bilermi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Xeyir, bununla onun haramlığı aradan qalxmır.
http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (96) : eti haram olan olan quslarin yumurtasini yemek olarmi
Ad: turqut, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əti haram olan quşların yumurtasını da yemək haramdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (97) : salam zehmet olmasa yemeyin edeblerin bize yazin cox saq olun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim

Yeməklə bağli bəzi müstəhəb əməllər aşağıdakı kimidir:

1. Yeməkdən qabaq və sonra əlləri yumaq müstəhəbdir. İmam Sadiq (ə) buyurur: "Yeməkdən əvvəl və yeməkdən sonra əllərinizi yuyun. Bu əməl yoxsuluğu aradan aparar və ömrü uzadar".("Vəsailuş-şiə"; adabul-maidə; bab 49; hədis 10.)
2. Yeməyə başlayanda “bismillah”, qurtardıqda isə “əlhəmdulillah” demək müstəhəbbdir. Allah Rəsulu (s) buyurur: "Süfrə açıldıqdadörd min mələk həmin süfrəni əhatəyə alar. Əgər bəndə bismillah desə, mələklər (süfrə arxasında əyləşmiş insanlara) deyər: "Allah yeməklərinizi bərəkətli etsin." Sonra isə Şeytana deyərlər: "Çıx buradan ey fasiq! Bu şəxslərin üzərində sənin heç bir hökmranlığın yoxdur." Əgər süfrədən qalxdıqda əlhəmdulillah desələr, mələklər bu cür deyər: "Allah onlara nemət verdi. Onlar da (əvəzində) Rəbblərinə şükr etdilər." Amma (süfrə salındıqda) Allahın adını çəkməsələr, mələklər şeytana bu cür deyərlər: "Yaxın gəl ey fasiq! Sən də bunlarla birgə ye!" Süfrə qaldırıldıqda da Allahın adını çəkməsələr, mələklər deyərlər: "Allah onlara nemət verdi. Onlar isə Rəbblərini unutdular." ("Vəsailuş-şiə"; adabul-maidə; bab 57; hədis 1.)
Həmçinin Muhəmməd ibn Əli ibn Osman Kəracəki "Kənzul-Fəvaid" kitabında nəql edir: Bir gün Əbu Hənifə imam Sadiqlə (ə) birlikdə yemək yeyirdi.  İmam Sadiq (ə) yeməyi bitirdikdə  buyurdu: "Bütün həmdlər aləmlərin Rəbbi olan Allaha məxsusdur.  Ey Allahım bu (yemək) səndən və sənin Rəsulundandır  (s)." Əbu Hənifə dedi: "Ey Əbu Əbdillah, sən Allaha şərik qoşursan?" İmam Sadiq (ə) buyurdu: "Vay olsun sənə! Allah Təala öz kitabında buyurur: "(Münafiqlərin Peyğəmbərə və möminlərə qarşı) kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz nemətləri ilə onları varlandırmasıdır." ("Tövbə" 74.)
Başqa bir yerdə isə belə buyurur: "Kaş ki, onlar Allahın və Onun Elçisinin onlara verdiyinə razı qalıb deyəydilər: Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun elçisi də." ("Tövbə" 59.)
Əbu Hənifə dedi: "And olsun Allaha! Sanki bu ayələri heç oxumamışam."
3. Yemək əsnasında da "əlhəmdulillah" demək müstəhəbbdir. Zürarə deyir:
"Bir gün Əbu Əbdillahla (ə) bir yerdə yemək yeyirdim. Mən onun (yemək əsnasında) nə qədər “həmd olsun o Allaha ki, məni yeməyə iştahalı qərar verib” dediyini saya bilmədim." ("Cəvahirul-Kəlam"; c.36; səh. 453.) Yəni imam (ə) yemək əsnasında o cümləni çox təkrar edirmiş.
4. Sağ əllə yemək müstəhəbbdir. İmam Cəfər Sadiq (ə) buyurur: " (Sağ əllə yeməyə ) İmkanın olduğu halda sol əllə yemə." ("Vəsailuş-şiə"; adabul-maidə; bab 10; hədis 3.)
5. Üç və daha artıq barmaqla yemək və iki barmaqla yeməmək müstəhəbbdir. İmam Sadiq (ə) buyurur: "Allahın Rəsulu (s) həmişə üç barmaqla yeyərdi." ("Cəvahirul-Kəlam"; c.36; səh. 457.)
6. Müstəhəbbdir ki, qonaqlıqda yeməyə hamıdan əvvəl ev sahibi başlasın və yeməyi hamıdan axırda o bitirsin. İmam Cəfər Sadiq (ə) buyurur: "Allahın peyğəmbəri (s) insanlar (rahat və utanmadan) yemək yesinlər deyə onlarla bir süfrə arxasında oturarkən yeməyə hamıdan əvvəl başlayar və hamıdan sonra bitirərdi." ("Cəvahirul-Kəlam"; c.36; səh. 454)
7. Müstəhəbbdir ki, yeməyə başlamamışdan qabaq əvvəlcə süfrə sahibi əllərini yusun. Bu iş onun sağ tərəfində oturan adamdan başlayıb sol tərəfində oturan adama qədər davam etsin. Yeməkdən sonra isə müstəhəbbdir ki, qonaqlar ev sahibinin solunda oturan şəxsdən başlayıb sağ tərəfdə oturan şəxsə qədər tərtiblə əllərini yusunlar. Ən axırda isə ev sahibi əlini yusun. İmam Baqir (ə) buyurur: "Ev sahibi (yeməyə başlayanda) əllərini hamıdan əvvəl, yeməkdən sonra isə hamıdan axırda yuyar." ("Cəvahirul-Kəlam"; c.36; səh. 455.)
Əllamə Kuleyni "Kafi" kitabında yazır: "Digər bir hədisdə deyilir: Əllərini əvvəlcə ev sahibi yuyar, sonra onun sağ tərəfində oturan şəxsdən başlanılar. Süfrə qaldırıldıqdan sonra isə (əllərin yuyulmasına) ev sahibinin solunda oturan şəxsdən başlanılar. Əlini axırıncı yuyan şəxs isə ev sahibi olar. Çünki səbr edib camaatı gözləmək daha yaxşıdır." ("Vəsailuş-şiə" kitabından nəqlən; adabul-maidə; bab 50; h 3.)
8. Yeməyi duzla başlayıb və duzla bitirmək müstəhəbbdir. İslam Peyğəmbəri (s) buyurur: "Yeməyi duzla başla, duzla bitir! Kim yeməyini duzla başlasa və onunla bitirsə, yetmiş iki növ bəla ondan bağışlanar. Dəlilik, cüzam və bərəs həmin bəlalardandır." ("Vəsailuş-şiə"; adabul-maidə; bab 95; h. 1.)
9. Meyvəni yeməmişdən qabaq yumaq müstəhəbbdir. İmam Sadiq (ə) buyurur: "Hər bir meyvədə zəhər var. Elə isə, sizə meyvə gətirildikdə onu suya çəkin və suda yuyun." ( "Vəsailuş-şiə"; ətimətul-mubahə; bab 80; h. 1.)
10. Yemək yedikdən sonra arxası üstə uzanıb sağ ayağı sol ayağın üzərinə qoymaq müstəhəbbdir. İmam Rza (ə) buyurur: "Yedikdən sonra arxası üstə uzan və sağ ayağını sol ayağının üzərinə qoy." ("Vəsailuş-şiə"; adabul-maidə; bab 74; h. 1.)
11. Yeməkdən əvvəl və sonra Məsumlardan (ə) nəql olunmuş dualar oxumaq müstəhəbbdir. Məsələn, yeməkdən sonra müstəhəbbdir ki, belə deyilsin: "Bütün həmdlər o Allaha məxsusdur ki, bizi yedirdi, içirdi, bizə (yalnız O) kifayət etdi, bizi qüvvətləndirdi, bizə sığınacaq və nemət verdi. Ən üstün həmdlər o Allaha məxsusdur ki, Özü yemədiyi halda (yeməyə ehtiyacı olmadığı halda bizi) yedirir.Ey Allahım! (süfrəmizi) bol et, (haramlardan) pakla, bərəkətləndir, (bizləri) doyur, susuzluğumuzu yatır. Həmd olsun Özü yemədiyi halda (yeməyə ehtiyacı olmadığı halda bizləri) yedirən Allaha. " ("Vəsailuş-şiə"; adabul-maidə; bab 59; h. 9.)
12. Əgər müsəlman bir şəxs başqa bir müsəlmanı süfrəyə dəvət edərsə, onun dəvətini qəbul etmək müstəhəbbdir. İmam Sadiq (ə) buyurur: "Müsəlmanın müsəlmana olan haqqlarından biri də budur ki, (bir müsəlman) onu süfrəyə dəvət etdikdə, dəvətini qəbul etsin." ("Vəsailuş-şiə"; adabul-maidə; bab 16; h. 1.)
13. Möminlərə yemək vermək, onları Allaha xatir doyurmaq müstəhəbdir və böyük savabı vardır. İmam Sadiq (ə) buyurur: "Kim Allah yolunda mömin bir qardaşına təam versə, onun üçün yüz min insana təam verməyin savabı yazılar." ("Vəsailuş-şiə"; adabul-maidə; bab 59; h. 9.)
Başqa bir hədisdə isə İmam (ə) belə buyurur: "Kim on nəfər müsəlmana təam versə, Allah cənnəti ona vacib edər." ("Vəsailuş-şiə"; adabul-maidə; bab 16; h. 1.)
Həmçinin süfrə arxasında yemək yeyərkən tikələri kiçik götürmək, süfrədə çox oturub vaxtı uzatmaq, yeməkdən sonra dişlərin arasında qalmış yemək qırıntılarını təmizləmək kimi əməllər də müstəhəbbdir.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

http://sual.nur-az.com/az/43/Qida-v%C9%99-i%C3%A7kil%C9%99r-ov-heyvanlar%C4%B1n-k%C9%99simi/

Sual (98) : 1.uzum murrebbesi bisirerken necede bir hissesi qaynamalidi ki yemek olsun 2.uzumun kapotunu icmek olar 3.kismis xurma qaynasa onun suyunu icmek olar
Ad: vemide, Ölkə: baki, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
1. Ayətullah əl-üzma Sistaninin fətvasına əsasən, üzüm suyu, özü-özünə və ya bişirmək vasitəsilə qaynayarsa pakdır, amma içilməsi haramdır. Həmçinin vacib ehtiyata əsasən qaynadılmış üzümün də içilməsi haramdır, amma murdar deyil. Amma əgər qaynayaraq üçdə ikisi getsə və üçdə biri qalsa, halal olur, onu yemək olar.
2. Üzümün kompotu da yuxarıdakı hökmdədir.

3. Xurma, tumlu və tumsuz kişmiş, və onların suyu qaynasa da belə, pak və yeyilməsi halaldır.

http://sual.nur-az.com/az/

Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (99) : SALAM ALEYKUM. SAYTINIZDA CAVABLARIN BİRİNDƏ BELƏ DEYİLİRKİ "Müsəlman ölkəsində kəsilən və hazırlanan ət qida maddələri, habelə müsəlman ölklələrindən idxal olunan ət qida maddələri pak və halaldır, araşdırmaya da ehtiyac yoxdur. "İNDİ MƏN BİLMƏK İSTİYİRƏMKİ AZƏRBAYCAN AVROPALAŞMAĞA DOĞRU GEDƏN BİR ÖLKƏDİR BU HALDA AZƏRBAYCANDA İSTEHSAL OLUNAN ƏT QİDA MADDƏLRİ HALAL SAYILIR? ANCAQ HİCAZ YEYİRİK BİZ. 2)KOLA İÇMƏK HARAMDIR?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Azərbaycan ölkəsi müsəlman ölkəsi sayılır və cavabda qeyd edilən hökm ona da aid olur. Yəni bu ölkədə hazırlanan ət qida maddələri pak və yeyilməsi halal hesab olunur. Yalnız heyvanın şəri qaydalara uyğun olmayan halda kəsilməsi sizin üçün sübuta yetsə, halal deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (100) : Əssalamu ələykə.Azerbaycan olkelerine gelen baliqlarin əkseriyyeti xarici olkedendi ve bu olkelerin bezileri qeyri islami olkedir,Bezi mutexessis ve bilikli sexslerin dediyine gore qeyri islami olkelerden gelen pullu baliqlar seriət qaydalarina uygun deyil,Bu baliqlardan istifade etmeyin hokmu nedir?
Ad: ILQAR, Ölkə: BAKI, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər pulcuqlu balıq olarsa və balığın ovlanma qaydalarına uyğun olaraq ovlasalar, halaldır və yemək olar. Əks təqdirdə icazəli deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Go to TOP