Sual (81) :
Allah sizlerden razi qalsin kecen defeki sualimi cox aydin shekilde cavablandirdiz. Men ishim toy meclislerinde rejissor pultunda eyleshmekdi. Bashqa senetim yoxdu. Ailemin maddi ehtiyaclarini bu yolla odeye bilirem ekser hallardasa hec odeye de bilmirem ailede 6 neferik tek men ishleyirem. Zehmet olmasa deyin menim ishimin hokmu nedir? Ordan aldiqim maashin hokmu nedir? ( nezere alin ki azerbaycanda toy meclisleri kishili qadinli bir yerde kecir ve hemin meclislerde spirtli ickiler de verilir) qabaqcadan teshekkur edirem.
Ad: Namiq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Sualda qeyd olunan halda, bu yerdə işləmək və maaş almaq haramdır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (82) :
Həddi buluğa çatmayan bir uşaq zəhmət ilə pul qazanmışdır, bu pula xums düşürmü?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli uşağın vəlisinə lazımdır
ki, onun xumsunu ödəsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (83) :
Həyat yodaşının sərmayəsi ilə xalçaçılıqla məşğul olan qadın xumsu ödəməlidirmi ?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, qazancından artıq qalan
və bir il istifadə olunmayan miqdarın xumsu vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (84) :
xalça toxumaqla məşqul olan bir qadının qazancına xums düşürmü?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər yaşayış xərclərində
istifadə edilməsə və bir il ötüb keçsə xumsunu ödəməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (85) :
Mənim həyat yoldaşım müəllimdir, aldığı maaşa xums düşürmü?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, aldıqları maaşdan yaşayışlrında istifadə etməsələr həmin pul bir il qalsa xums vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (86) :
Bir şəxs torpaq sahəsini 130 min tümən məbləğinə satmışdır. Alıcı isə bu məbləğin yalnız 50 min tümənini satıcıya təhvil vermişdir. İndi on dörd il keçəndə sonra torpaq bahalanmış və müştəri torpağın sahibi olduğunu iddia edir. Halbuki, birinci gündən bəri, torpaq sahəsinin dəyərinin əsas hissəsi olan 80 min tüməni torpaq sahibinə təhvil verməmişdir. Nəticədə torpağı satan iddia edir ki, “pulun təxiri” ixtiyar haqqına əsasən, hətta pulun ödənilməməyi səbəbindən əmlak qayıtmış və özünə məxsusdur. Müştəri də iddia edir ki, əmlak bütövlükdə ona məxsusdur. Məsələnin hökmü necədir?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Təxir ixtiyarı belə hallara
aid deyil. Torpaq sahəsi müştəriyə məxsusdur. Lakin bu müddətdə torpaqların
qiyməti arasında böyük fərq yarandığına görə ehtiyat vacib budur ki, 80 min
tümən məbləğində pulun əvəzini torpaq sahələrinin bugünkü qiymətini nəzərə
almaqla versin və yaxud satıcını razı salsın
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (87) :
Bir qadın öz etirafına görə neçə illər mütəmadi şəkildə əxlaqsız işlərə (fahişəliyə) məşğul olmuş və bu yolla məişətini təmin etmişdir. O, bu qanunsuz və haram qazancla ev-eşik əldə etmişdir. İndi tövbə etmək istəyir. Onun ev və digər avadanlıqdan ibarət əmlakının hökmü nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Sahiblərini tanıyırsa onları
sahiblərinə qaytarmalıdır. Tanımırsa məchulul-malik hökmündədir və onun özünün
buna kiçik ehtiyacı varsa, şəriət hakimi onun tövbə etdiyini nəzərə alaraq bu
əmlakı “rəddi-məzalim” ünvanı ilə ona verə bilər .
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (88) :
Dua yazmaq və bunun müqabilində qazanc və ya hədiyyə adı ilə pul almaq caizdirmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər məsumlardan nəql olunmuş
məşru (şəriət qanunlarına uyğun) dualar olsa, maneəsi yoxdur. Lakin peşəkar
xurafatçı dua yazmaq caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (89) :
Bəzi şəxslər xaricdə (zahirdə) “Cameud-dəəvat”dan fala baxmaqla, bürclər vasitəsilə gələcəkdən, keçmişdən və müraciət edənlərin xəstəliklərindən xəbər verir və belə deyirlər: “Sənin filan problemlərin var və ya olacaq, filan qədər verməlisən ki, təsirli bir dua yazım”. Onlar qızlar və oğlanlar arasında, ər-arvad arasında məhəbbət duası, dəlilər üçün, cin toxunan insanlar üçün dua yazaraq, külli miqdarda pul alırlar və bundan əlavə, cümə və camaat namazlarında da iştirak edirlər. Buyurun ki, bu işlərin müqabilində pul almağın hökmü nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Belə işlərin müqabilində pul
almaq caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (90) :
Gözbağlayıcılığı özünə gəlir mənbəyi seçməyin hökmü nədir? Gözbağlayıcılıq göstərilən yığıncaqlarda iştirak etməyin işkalı varmı?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bəzi məclislərdə nümayiş, əyləncə və istirahət adı ilə icra olunan oyunlar müşahidə olunur ki, bir şəxsin surətli əl hərəkətini, zirəkliyini nümayiş etdirir və bundan başqa məqsəd daşımır, (belə oyunların) eybi yoxdur. Lakin camaatı aldatmaq üçün olsa, bir növ sehrdir ki, bu yolla qazanc əldə etmək haram və belə məclislərdə iştirak etmək də haramdır