Sual (71) : Bir nəfər ərəb ölkələrindən birində yol polisi idarəsində işləyir. Onun vəzifəsi yol-hərəkət qaydalarını pozan şəxslərin cinayətlərini təsdiq edib imzalamaqdır, onlardan hər birinin sənədini imzalasa, qanunu pozan şəxs həbsxanaya salınır. Onun bu işi caizdirmi? Bu dövlət işinin müqabilində aldığı maaşın hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Cəmiyyətin nizam-intizamı üçün nəzərdə tutulmuş qayda-qanunlara riayət edilməsi hər bir halda vacibdir, hərçənd o qanunlar qeyri-islami dövlətlər vasitəsilə yaradılmış olsa belə. Halal iş müqabilində də əmək haqqı almağın işkalı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (72) : Qeyri-islami hökumətdə vəzifəni yerinə yetirmək caizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onun caizliyi həmin vəzifənin öz-özlüyündə caiz olması ilə şərtlənir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (73) : Qızın atasının kürəkəndən qızının cehizi adı ilə aldığı pul cehiz xərclərindən artıq gələrsə, qızın atasına halaldırmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər sözü gedən pulu nikah əqdinin daxilində şərt olaraq ata üçün nəzərdə tutsalar, artıq qalan məbləğdə pul ona halaldır. Əgər bu pulu qızın adına yazsalar və mehriyənin bir hissəsi olsa, qızına çatmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (74) : Peyğəmbəri Əkrəm (s), Əmirəl-möminin Əli (ə) və İmam Hüseyn (ə)-a mənsub edilən şəkilləri dövlət mərkəzlərinə vurmaq üçün alıb-satmağın hökmü nədir?
Ad: Royal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu işin öz-özlüyündə şəri cəhətdən heç bir işkalı yoxdur. Bu şərtlə ki, camaat arasında ehtiramsızlığa və təhqirə səbəb olan işlərdən olmasın və o həzrətlərin şən və məqamı ilə ziddiyyət təşkil etməsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (75) : İzdivac əqdini oxumağa görə pul almaq caizdirmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (76) : Meyyitə qüsl verməyə görə pul almaq caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Müsəlman meyyitə qüsl vermək ibadət və vacibi-kifaidir, buna görə də bu işin özü müqabilində pul almaq caiz deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (77) : Dövlət idarə və müəssisələrində camaat namazını qılmağa, (möminlərə) dini hidayət və düz yol göstərməyə görə aylıq maaş almaq caizdirmi?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yerinə yetirilməsi mükəlləfə vacib olmayan xidmətlər, yaxud gedib-gəlmək müqabilində pul almağın eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (78) : Şəri məsələləri öyrətməyin hökmü nədir? Camaata şəri məsələləri öyrədən ruhanilərin bu işə görə pul alması caizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Halal-haram məsələlərini icmalən öyrətməyin öz-özlüyündə vacib olmasına və ona görə pul almağın caiz olmamasına baxmayaraq əhkam təliminin əslinin ona bağlı olmadığı və şərən də insana vacib olmayan müqəddimati işlərə görə – misal üçün, xüsusi bir yerdə hazır olmaq kimi işlərə görə – pul almağın eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (79) : İlahiyyat institutunda fiqh və üsul tədris edən müəllimlərin maaşının hökmü nədir?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Öyrədilməsi vacibi-kifayi olan elmlərin təlim və tədrisinin vacibliyi, institutda fiqh və üsul tədris etməyə görə maaş almağın caizliyinin qarşısını almır, xüsusilə instituta gəlmək və qrupu idarə etmək müqabilində maaş alan halda.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (80) : Hakimin kimsənin arvadını məcburi olaraq ondan boşaması rici təlaqdır, yaxud bain təlaqdır ki, ərin rucu etmək haqqı yoxdur.
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Zahirən hakimin verdiyi təlaq və ya ərin məcburən verdiyi təlaq rici olub-olmaması nəzərindən başqa təlaqlarla bir fərqi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP