Sual (61) : Heyvanların və insanların həyatı ilə əlaqədar xəyali hadisələr və hekayələri öyrənib nəql etməyin faydası olarsa, hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər mövcud şahidlərdən hadisənin xəyali olması məlum olarsa, işkalı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (62) : “Şeytan ayələri” kimi insanın etiqadını korlayan kitabların al-verinin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Azdırıcı kitabların alınması, satılması və saxlanması caiz deyil. Yalnız ona cavab verilməsi və mətləblərinə nəqd yazılması məqsədilə elmi səviyyəyə malik olan şəxslər üçün caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (63) : Dini elmiyyə hövzələrində fəlsəfəni tədris etmək və öyrənmək caizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Dini etiqadlarında sarsıntı (süstlük) əmələ gəlməyəcəyinə yəqini olan hər bir şəxsin fəlsəfəni öyrənib-öyrətməsinin işkalı yoxdur, hətta bəzi hallarda bu iş vacib də olur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (64) : Dindar mütəxəssislərin İslam respublikasında başqalarına öyrətmək üçün seçməli olduqları ən düzgün yol hansıdır? İdarələrdə həssas texnologiyanı, elmləri və məlumatları əldə etmək üçün kimin daha artıq səlahiyyəti var?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hər şəxs üçün hər hansı bir elmi öyrənmək əgər qanuni və ağlabatan məqsədlə olarsa, onda fəsada düşmək, başqalarını fəsada salmaq qorxusu olmazsa, maneəsizdir. Amma islam dövləti tərəfindən təlim və tədrisi üçün müəyyən qayda-qanunlar qərar verdiyi elmlər və məlumatlar istisna olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (65) : İqtisad institutunun bəzi dərslərinin gedişatında müəllim faizli borc ilə əlaqədar məsələləri, eləcə də ticarət, sənaye və s. kimi şeylərdə sələm əldə etmək yollarını müqayisəli şəkildə bəyan edir. Bu dərsi tədris etmək və onun müqabilində əmək haqqı almağın hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Faizli borc məsələlərini sadəcə olaraq tədris etmək və araşdırmaq haram deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (66) : salamun aleykum men sualim budurki bu suallari kim cavablandirir aşbazliq oxumaq istiyirem ama muskulum var muskulum budurki her hansi bir restoranda işledikde ve yaxud herhansi mekan olursa olsun qisasi icki verilen resoranda islemek ve oradan gelen gelir ne hokumdedir cunki icki verilir seriet bele yerde islemeye izin veririmmi xahis edirem cavab verin
Ad: hj, Ölkə: aze, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər öyrənmək, yaxud işləmək istədiyiniz iş, spirtli içki və digər haram malların alqı-satqısı, daşınması, paylanması kimi işlərlə əlaqəli olmasa, orda işləməyin eybi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (67) : Təlaq vermək, yaxud verməmək istəyi kimi hallarda Quranla istixarə etmək düzgündürmü? Bir şəxs bu barədə istixarə edib ona uyğun əməl etməzsə, onun hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Quranla, yaxud təsbehlə istixarə etməyin caiz olması hansısa bir halla məhdudlanmır, əksinə, şəxsin tərəddüddə və heyrətdə olduğu hər hansı bir mübah iş barəsində qəti qərara gəlməyə qadir olmadığı hallarda istixarə edə bilər və şəri cəhətdən də istixarəyə əməl etmək vacib deyil, hərçənd insanın onunla müxalifət etməməsi daha yaxşıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (68) : İstixarəyə əməl etmək vacibdirmi?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İstixarəyə əməl etməkdə şəri iltizam yoxdur, lakin yaxşı olar ki, onun əksinə əməl edilməsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (69) : Bəzi dua yazanların “qədim dua kitablarında nəql olunmuşdur” deyə iddia etdikləri duaların hökmü nədir? Bu dualar şəri cəhətdən mötəbər sayılırmı? Onlara müraciət etməyin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər dualar məsum imamlardan (ə) nəql və rəvayət olunmuşsa, yaxud onların məzmunları haqq (düzgün) olarsa, onlara təbərrük etməyin eybi yoxdur. Eləcə də şəkk olunan dualara, məsumdan nəql olunma ümidi ilə təbərrük etməyin işkalı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (70) : Dua yazmaq üçün pul vermək və almaq caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hədislərdə gəlmiş duaları yazmaq üçün əmək haqqı olaraq müəyyən bir məbləği verməyin və ya almağın işkalı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP