Sual (51) : Salam olsun haqq yolunda olanlara.Men dini sayt adminiyem.Adeten saytlarda istifadeciler terefinden bir birlerine yazdiqlari wexsi mesajlari admin izleye bilir.Bu izleme haqqa girmek deyil ki?Cunki izlenmese saytin qaydalarinin pozulmasinin,basqa basqa tebliglerin ve gunaha sebeb olan emellerin qarsini almaq olmur-Amma izleyende hemin istifadecilere xeberdarliq edilir
Ad: Tural, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Zərurət miqdarında izləməyin eybi yoxdur, lakin unutmayın ki, sayta girənlər sizi özlərinə əmin bilirlər.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (52) : Salamun aleykum.Biz bir şirkətdə işləyirdik.Həmin şirkət bizim haqqimizi yeyirdi və onlardan haqqimizi tələb edəndə işdən çixarimaqla hədələyirdi.İşlədiyimiz şirkət bizi başqa bir şirkətlə bağladiği müqaviləyə əsasən bizi maşinla bərabər o şirkətdə işlədirdi və həmin şirkət yəni bizim əmək haqqimizi,maşinlarin bütün xərclərini(yanacaq,maşinlarin təmiri və maşinlarin icarə haqqlarini bizim şirkətə ödəyirdi.Bizə yanacaği bizim öz şirkətimiz verirdi.Bizdə bizim şirkətin bizə verdiyi yanacaöin bir hissəsini götürürdük yeyilən haqqimiza görə.Götürdüyümüz yanacağin qiyməti bizim yeyilən haqqimizdan bir neçə dəfələrlə az idi.Bizim sualimiz bundan ibarətdir ki,biz günaha batmişiq ya yox.Əgər günüh iş görmüşüksə nə edək günühdan təmizlənək.Xahiş edirik incə məqamlara diqqətlə fikir verəsiz.Əssəlamun aleykum və rəhmətullahi və bərəkətu.
Ad: Əbdülhüseyn, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Borc sahibindən təqas (ödəşmə, borclunun malından onun icazəsi olmadan götürmək) bir halda icazəli olar ki, borclu öz borcunu inkar və ya borcunu ödəməyə səhlənkarlıq etsin və haqqını geri almaq üçün təqasdan başqa yol qalmasın; bundan başqa hallarda, onun malından icazəsiz götürmək və istifadə etməyə icazə yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (53) : Mən Azərbaycanda yaşayıram.Azərbaycanda şirkətlərin çoxu xarici şirkətlərdir.Mc donalds adlı kafe-yeməkxanalarda ingilislərindir.Orada işləmək caizdir?
Ad: Ebu Turab, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Öz-özlüyündə eybi yoxdur. Lakin spirtli içki və digər murdar yaxud haram malların alqı-satqısı, daşınması, paylanması və s. kimi işlərdə işləyə bilməzsiniz.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (54) : salamun aleykum sualim budurki hekim xesteni muayine edir xestese muayine etdiyine gore ona pul verir ister dovlet muesseinde istersede olsun istersede here hansi xeste ustune cagiranda hekimin aldigi oulun hokumu nedir?
Ad: , Ölkə: aze, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər xəstəxana kimi yerdə olsa və xəstəxanaya müraciət edilən xəstələrdən pul alınmaması şərt edilibsə, onda həmin yerdə işləyən həkim müraciət edən xəstədən pul ala bilməz. Həmçinin əgər həkimlə şərt edilsə ki, məsələn filan məntəqənin xəstələri sənə müraciət etsələr, xidmətinin müqabilində onlardan haqq alma, bu surətdə də onlardan pul ala bilməz.
Amma ortada belə bir şərt olmazsa, həkimin öz xidməti müqabilində pul istəməsinin iradı yoxdur.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (55) : Övladları bəzi azğın əqidələrin tədris olunduğu məktəblərə göndərməyin hökmü nədir? Onların həmin fikirlərdən təsirlənməməsi fərz olunur.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər onların dini əqidələrinə qorxu olmazsa, batilin yayılması da olmazsa, onlar da batil, azdırıcı və fasid mətləbləri öyrənməkdən uzaq ola bilsələr eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (56) : Azdırıcı kitablardan və sair dinlərin kitablarından, bu dinlər və onların əqidələri ilə tanış olmaq, bu barədə məlumatı artırmaq məqsədilə agah olmağın hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu kitabları oxumağın caizliyinə hökm yalnız məlumatın və görüşün artırılması xatirinə olduqda müşküldür, əlbəttə, batil mətləbləri tanıyıb ayırd edə biləcək şəxslərin, rədd etmək və batil olduğunu bildirmək məqsədilə onları oxuması caizdir, bu şərtlə ki, özünün haqdan azmayacağına əmin olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (57) : Hazırkı dövrdə islam və müsəlmanlar üçün hansı elmi ixtisaslar daha faydalıdır?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yaxşı olar ki, ali məktəblərin alim, müəllim və tələbələri müsəlmanların ehtiyac duyduğu bütün faydalı ixtisasları öyrənməyə diqqət yetirsinlər ki, əcnəbilərdən, xüsusilə islam və müsəlmanların düşmənlərindən ehtiyacsız olsunlar. Onların ən faydalısını aydınlaşdırmağa gəldikdə isə əlaqədar orqanlar mövcud şəraiti nəzərə almaqla ayırd etməlidirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (58) : Orta və ali məktəblərdə təhsil alan cavan oğlanlar qızlarla görüşürlər və eyni sinifdə oxuduqarına görə onlarla dərs və s. şeylər barəsində söhbət edirlər, bəzən onların söhbətləri gülüş və zarafatla yanaşı olur. Əlbəttə reybə və ləzzət qəsdilə deyil. Bu iş caizdirmi?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər hicaba riayət edilməsi ilə yanaşı olsa, reybə qəsdi olmasa və fəsada düşmək qorxusundan əmin olsalar, eybi yoxdur, əks halda caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (59) : Qadının özünün şəri iffətini və hicabını qoruyub saxladığı təqdirdə naməhrəm bir kişinin köməyi ilə sürücülüyə məxsus olan yerlərdə sürücülük öyrənməsi caizdirmi?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hicabın və iffətin qorunub saxlanmasına, fəsada düşmək qorxusu olmamasına dair xatircəm olduğu halda qadının yad kişinin köməyi və yol göstərməsi ilə sürücülüyü öyrənməsinin işkalı yoxdur, lakin eyni halda yaxşı olar ki, onun məhrəmlərindən biri onunla yanaşı olsun, hətta daha yaxşı olar ki, sürücülük qadın mütəxəssisi, yaxud qadının məhrəmlərindən birinin vasitəsilə öyrədilsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (60) : Təhsil mərkəzlərinə hicabsız şəkildə daxil olan qadınlarla qaynayıb-qarışmağa səbəb olan institut və universitetlərə daxil olmağın hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Elm öyrənmək üçün təlim mərkəzlərinə daxil olmağın işkalı yoxdur. Lakin qadınlar və qızların hicabı qoruması, kişilərin də haram baxışlardan çəkinməsi vacibdir. Həmçinin fitnə və fəsad törənilməsinə səbəb olan qarışıqlıqdan çəkinmələri vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP