Sual (11) : SaLaM qonsumuz 40 ildende cox olar araba ogurlayib o araba indi bizdedi men o arabanan demir aparib satib pul qazanmisam men bilmirdim araba ogurluqdu menim bucagacan o arabayla qaxandigim pulun hokumu nedi ve o arabayla bundan sonra gene isdifade ede bilerem
Ad: Rehman, Ölkə: aze, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
İstifadə etmək olmaz. Onu sahibinə qaytarmaq lazımdır. Onu tapmaq mümkün deyilsə, onun özünü, ya da pulunu şəriət hakiminin icazəsi ilə dindar fəqirlərə sədəqə verin. Ondan etdiyiniz istifadəyə görə də zaminsiniz. Sahibinə ya da fəqirə vermək lazımdır.
http://sual.nur-az.com/az/41/Pe%C5%9F%C9%99-v%C9%99-qazanc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (12) : SALAM ALEKUM IW TAPA BILMIREM KAFEDE IWLMEGE OLARMI ICIKI VAR AMA MECBURAM IWLEMEGE
Ad: TEYMUR, Ölkə: AZERIBAYCAN, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Spirtli içkilərlə bağlı işlərdə, o cümlədən spirtli içkilərin alqı-satqısı, daşınması, paylanması, hədiyyə verilməsi, kömpüter cədvəllərinə daxil edilməsi və s. icazəli deyildir.
http://sual.nur-az.com/az/41/Pe%C5%9F%C9%99-v%C9%99-qazanc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (13) : Salam aleykum.1.Rüşvət ümumən nəyə deyilir?hansı hallarda aldığım pul rüşvət sayılır. 2.mən mühasib işləyirəm.bəzən olur ki işçilər özləri pul verirlər.bu pul rüşvətdirmi?
Ad: kanan mamedli, Ölkə: Azerbaijan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Əgər özünüz  onu istəməyibsinizsə, onu almağın eybi yoxdur. Amma əmək müqaviləsinin şərtlərinə zidd olduğu surətdə ala bilməzsiniz.
http://sual.nur-az.com/az/41/Pe%C5%9F%C9%99-v%C9%99-qazanc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq 
Sual (14) : salam ~menim dostum Cay evinde isliyir ancaq musterilerin sifarisi ile ,onlarin stoluna Qәlyan ~da~aparir buna gore o ,haram is gormur ki?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Öz-özlüyündə eybi yoxdur.
http://sual.nur-az.com/az/41/Pe%C5%9F%C9%99-v%C9%99-qazanc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (15) : Salam aleykum.mən 1 müddət bankda xəzinədar işlədim və işlədiyim şöbənin halal olmasını zənn edirdim.çünki kredit şöbəsi deyildi.Risalədən oxudum ama öz hökmümü bilmədim.etimad etdiyim dini dərs verən müəllimdən soruşdum o bu işin halal olduğunu dedi.ona etimad edərək işimdə qaldım.daha sonra bu işin işkallı olduğun anladım.və işdən çıxdım.(daha üstün elmli tələbələrdən soruşdum).indi bilmək istərdim bu vaxt ərzində bankdan aldığım əmək haqqı ilə aldığım telefon paltar mülk və .s. in hökmü nədi.?xahiş edirəm mənə yardımçı olun bu çətin işdə
Ad: kanan mamedli, Ölkə: Azerbaijan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
İşiniz haram olub. Amma etdiyiniz alqı-satqılar səhihdir.
http://sual.nur-az.com/az/41/Pe%C5%9F%C9%99-v%C9%99-qazanc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (16) : bir insan oficitant ishder icki stiyende klent aparer verer? gazandixi pul haram sayilerse bu adam mene hormet elese o puldan nese alsa men yemeli doyemi?
Ad: Ashkin, Ölkə: Gurcistan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Spirtli içkilərin alqı-satqısı, hədiyyə edilməsi, daşınması, paylanması və s. kimi ona bağlı olan hər bir iş haramdır və onun müqabilində alınan muzd da haramdır.
http://sual.nur-az.com/az/41/Pe%C5%9F%C9%99-v%C9%99-qazanc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (17) : Ofsiyand işləməyin hökmü nədir, nəzərinizə çatdırım ki, ofsiyand gələn müştərilərin süfrəsinə spirtli içki gətirir ?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ofisant, işləməyin öz-özlüyündə eybi yoxdur, lakin spirtli içkilərlə bağlı bütün işlər, o cümlədən alqı-satqısı, daşınması, paylanması, hədiyə edilməsi və s. haramdır.
http://sual.nur-az.com/az/41/Pe%C5%9F%C9%99-v%C9%99-qazanc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (18) : Kömrükdə işləyən şəхslərin аldıqlаrı məvаcib bаrədə fətvanız nədir? Həmçinin, mаl idхаl еdən şəхslərin işlərinin аsаnlаşdırılmаsı və yа kömrük rüsumunun аzаldılmаsı üçün işçilərə istər könül rаzılığı, istərsə də məcburi formada vеrdikləri məbləğ bаrədə hökm nədir?
Ad: Mehemmed, Ölkə: Gurcistan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Kömrük sаhəsində işləmək özlüyündə hаrаm dеyil. Hаbеlə, qаdаğаn оlunmuş mаllаrın idхаlının qаrşısını аlmаq da hаrаm dеyil. Оnlаrın аldıqlаrı məvаcib də hаlаldır. Amma mümkündür ki, оnlаra hаrаm bir əməlin еdilməsini əmr еtsinlər, lаkin bu hada onlаrın itаət еtməsi icazəli dеyil. Bu əməl (hаrаm əməl) müqаbilində аldıqlаrı məvаcib hаlаl dеyil. Оnlаrа (rüşvət məqsədi ilə pul) təqdim еdənlərdən pul аlmаq, icazəli dеyil. Çünki bu, əmək müqаviləsinə ziddir.
http://sual.nur-az.com/az/41/Pe%C5%9F%C9%99-v%C9%99-qazanc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (19) : Salam~qessab islemey mekruhdur?
Ad: ramal, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qəssablığı özünə peşə etmək məkruhdur (bəyənilmir)
Müamilədə bir neçə şey məkruhdur. Onların bəziləri bunlardır:
1. Ğəşş (qatqı) hesab olunmasa, malın eybini deməmək; əgər ğəşş hesab olunsa, deməməsi haramdır.
2. Doğru olduğu halda and içmək; amma əgər doğru olmasa, haramdır.
3. Kəfən satmağı peşə seçmək;
4. Mömin şəxsdən, eləcə də ona yaxşılıq vədəsi verən şəxsdən, ehtiyacından artıq (qazanc) almaq.
5. Sübh azanı ilə günəşin ilkin çıxma vaxtı arasında olan müamilə;
6. Şəhər əhlindən bir şəxs alqı-satqıda o yerin əhli olmayan qəriblərin vəkili olması. Hətta ehtiyat müstəhəbb bunu tərk etməkdir.
7. Bir möminin almaq istədiyi malın müamiləsinə daxil olmaq; Üstəlik ehtiyat müstəhəbb bunu tərk etməkdir.

http://sual.nur-az.com/az/22/Alq%C4%B1-satq%C4%B1/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (20) : SaLaM nen resdoranda isdeyirem afsiant menden icqi arag isteseler ki getir nen aparmaliyam gunahdi? imkansizliqdan isleyirem
Ad: RehmaN, Ölkə: azerbayxan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
İcazəli deyil. Ümumiyyətlə, spirtli içkilərin alqı-satqısı, hədiyyə verilməsi, daşınması və s. ona bağlı olan hər bir iş haramdır.
http://sual.nur-az.com/az/41/Pe%C5%9F%C9%99-v%C9%99-qazanc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Go to TOP