Sual (71) : salam qardas men bugun bir sehv elemisem vaxta fikir vermemisem elede subh namazina az qalmis getdim disimi yudum sonra destemaz aldim biraz deyesen su icdim destemazdan sonra qayitdim gordum uje vaxt girib hardasa 2 deqiqe gecikdim menim sekk elememisem menim orucum pozuldu?yoxsa Allah bagislayar?
Ad: Guleli, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Əgər su içib-içməməyinizdə şəkk edirsinizsə, orucunuz düzdür. Əks halda isə orucun qəzası sizə vacib olmaqla yanaşı kəffarə də gəlir. Ya 60 fəqiri doyuzdurmalı, ya da 60 gün oruc tutmalısınız.
http://sual.nur-az.com/az/40/Oruc

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (72) : salam aleykum oruc tuta bilmeyen adam keffare verse olar? evvelceden tewekkur
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam.  

ORUC TUTMASI ONA VACİB OLMAYAN ŞƏXSLƏR:

Qocalığına görə oruc tuta bilməyən və ya oruc tutmaq ona əziyyətli olan şəxsə oruc tutmaq vacib deyildir. Amma ikinci halda gərək fəqirə hər gün üçün bir müdd təam (buğda, arpa, ya çörək və ya bu kimi şeylər) versin.

Qocalığa görə oruc tutmayan şəxs, əgər Ramazan ayından sonra oruc tuta bilsə, müstəhəbb ehtiyat odur ki, tutmadığı orucların qəzasını yerinə yetirsin.

Əgər insanda susuzluq xəstəliyi olsa və bu susuzluğa dözə bilməsə, ya ona çox çətin olsa, oruc ona vacib deyildir. Amma ikinci surətdə gərək hər gün üçün yoxsula bir müdd təam versin. Əgər sonradan tuta bilsə, qəza etməsi vacib deyil.

Doğum vaxtı yaxınlaşan qadının özünə ya həmlinə oruc zərər yetirsə, oruc ona vacib deyildir, gərək hər gün üçün fəqirə bir müdd təam versin və gərək hər iki halda tutmadığı orucların qəzasını tutsun.

Uşağa süd verən qadının, istər uşağın anası olsun, istər dayəsi və istərsə ücrətsiz süd versin, südü az olsa və oruc tutması özünə və ya əmizdirdiyi uşağa zərər verərsə, oruc tutmaq ona vacib deyildir. Hər gün üçün bir müdd təam fəqirə verməlidir. Hər iki halda tutmadığı orucları gərək qəza etsin. Amma ehtiyat vacibə əsasən bu hökm, uşağa ancaq bu yol ilə süd verməyə aiddir, amma uşağa başqa yol ilə süd vermək mümkündürsə, məsələn; uşağa süd verməkdə bir neçə qadın iştirak etsə, yaxud əmzik və şüşə qab ilə süd vermək mümkün olsa, bu hökmün sübut olunması işkallıdır.

http://sual.nur-az.com/az/40/Oruc

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (73) : Salamun aleykum. 1. Fitre vererken, fitreni verdiyimiz sexse ne niyyetle verildiyini bildirmek lazimdirmi? 2. Istihaze olan qadin, istihizanenin novundan asili olmayaraq oruc tutmalidirmi? Allah razı olsun insallah.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. 1) Lazım deyil, lakin sizin niyyətiniz fitrə zəkatı olmalıdır. "Bu sizə hədiyyədir" deyə verə bilərsiniz. 2) Bəli, istihazənin bütün hallarında oruc tutmaq vacibdir.
http://sual.nur-az.com/az/40/Oruc

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (74) : salam yene narahat edirem, suniler ve sieler oruclarini acmaqda aralarinda saat ferqi var bu duzdumu, sieler orucu ne vaxt acmalidirlar.
Ad: samire, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Azanın vaxtlarını bu saytdan http://e-azan.ru/ müşahidə edə bilərsiniz. 
http://sual.nur-az.com/az/40/Oruc

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (75) : salam burda tumende subh namazi saat 2 ye qalmisdi. 3 e islemis hava acilir.qedr geceside subh namazina kimidi vaxti, bu ne derecede duzgundu , qedr gecesini saat 2 ye kimi tutmaliyiq deyiller. 12 den , 2 ye kimi ,2 saat qedr gecesi tutmaq duzgundurmu?
Ad: samire, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Bəli, heç bir iradı yoxdur.
http://sual.nur-az.com/az/40/Oruc

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (76) : ASSALAM ALEYKUM VE REHMETULLAHI VE BEREKATUH.MUASIR DOVRDE SEFERDE NE QORXU NEDE MESHEQQET VAR.BELE OLAN HALDA ORUC TUTAN SHEXS NECE KILOMETR GEDENDEN SONRA ORUC ONA HARAM OLUR?ALLAH SIZI QORUSUN.
Ad: Zaur, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam və rahmətullahi və bərakatuh. Müsafirin oruc tutması haramdır.
http://sual.nur-az.com/az/40/Oruc

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (77) : ASSALAM ALEYKUM VCE REHMETULLAHI VE BEREKATUH.MUASIR DOVRDE SEFERDE QORXU VE CETINLIK YOXDUR.BELE OLAN HALDA SEFERDE NECE KILOMETR GETDIKDEN SONRA ORUC TUTMAQ HARAM OLUR?ALLAH SIZI QORUSUN
Ad: Zaur, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam və rahmətullahi və bərakatuh. Müsafirin oruc tutması haramdır.
http://sual.nur-az.com/az/40/Oruc

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (78) : ASSALAM ALEYKUM VE REHMETULLAHI VE BEREKATUH.MUASIR DOVRDE SEFERDE NE QORXU VAR NEDE CETINLIK.BELE OLAN HALDA SEFERDE ORUC TUTMAQ OLMAZMI?ALLAH SIZI QORUSUN.
Ad: Zaur, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam və rahmətullahi və bərakatuh. Müsafirin oruc tutması haramdır.
http://sual.nur-az.com/az/40/Oruc

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (79) : Salam Aleykum,mede-baqirsaq xesteliyinden mualice almisam,hekimlerin dediyine gore pehriz etmeliyem,buna baxmayaraq ozumu yaxsi hiss edirem oruc tuta bilerem?
Ad: Elvin, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Bəzən həkimlərin diaqnozu da səhv çıxır. Buna əsasən, yaxşı olar k, siz oruca başlayın və əgər özünüzdə narahtçılıq hiss etməsəniz, orucu davam edin, əks halda tutmayın.
http://sual.nur-az.com/az/40/Oruc

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (80) : Salamun aleykum.bilerkden orucumu pozmusam.qezadan elave keffarede vacibdirmi? Ne qeder keffare vermeliyem? Eyer mumkunse bir guncun keffareni pulla hesablayanda ne qeder onu yazardizda.Allah sizlerden razi olsun.hakqinizi halal edin
Ad: ..., Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. 

Ramazan ayında orucu yediyinə görə kəffarəsi boynuna vacib olan şəxs, ya iki ay oruc tutmalı, yaxud altmış fəqiri doyuzdurmalı, ya da hər birisinə bir müdd (təqribən dörddə üç kiloqram, yəni 750 qram) təam yə`ni buğda, arpa, çörək və bu kimi şey verməlidir. Əgər bunlar onun üçün mümkün olmasa, mümkün olduğu qədər sədəqə verməli, bu da mümkün olmasa, istiğfar etməlidir. Amma vacib-ehtiyata əsasən hər vaxt imkanı olsa, kəffarəni ödəməlidir.


http://sual.nur-az.com/az/40/Oruc

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP