Sual (551) :
Bir nəfər günortadan qabaq öz qaldığı yerə çatmaq məqsədi ilə yola düşsə və yolda baş verən hadisə ona vaxtında istədiyi yerə çatmağa mane olsa, bu adamın orucu necədir? Bu şəxs üçün kəffarə də vacibdir, yoxsa təkcə qəza kifayət edər?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim
Bu səfərdə həmin şəxsin orucu düzgün deyildir və ona yalnız qaldığı yerə
çata bilmədiyi günün orucunun qəzası vacibdir və kəffarə də lazım olmaz.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (552) :
Günorta azanına qədər boynunda cənabət qüslünün olmasını unudan və sonra irtimasi qüsl edən şəxsin orucu batil olarmı? Əgər qüsldən sonra başa düşsə, ona həmin orucun qəzası vacibdirmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim
Əgər irtimasi qüsl onun oruc olmasını unutması və yaddan çıxarması
ucbatından olsa, onda oruc və qüslü düzgündür və orucunun qəzası vacib
deyildir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (553) :
Hərbi xidməti yerinə yetirməyə məşğul olan bir şəxs xidmət etdiyi yerdə olduğuna və səfərə getdiyinə görə keçən il ramazan ayının orucunu tuta bilməyib. Bu il də ramazan ayı çatana qədər həmin yerdə olacaq və ehtimalı var ki, yenə də mübarək ramazan ayının orucunu tuta bilməsin. Əgər bu şəxs həmin iki ayın qəzasını hərbi xidmətdən sonra yerinə yetirmək istəsə, kəffarə vacib olar, yoxsa yox?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim
Səfərə getmək üzrü ilə ramazan ayının orucunu tutmayan və üzrü növbəti ramazan ayına qədər davam edən şəxsə təkcə qəza vacibdir və kəffarə lazım deyildir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (554) :
Əgər insan şiddətli üzrə görə 50 faiz ehtimal versə ki, oruc tutmaq ona vacib deyildir və buna görə də oruc tutmasa, lakin, sonra məlum olsa ki, onun üçün oruc tutmaq vacib imiş, qəza və kəffarə cəhətindən bunun hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim
Əgər oruc tutmamaq təkcə onun vacib olmamasını ehtimal verməklə olsa, onda Sualda fərz olunan halda ona qəzadan əlavə kəffarə də vacib olar. Lakin oruc tutmamaq zərər qorxusundan olsa və bu qorxu da ağıl qəbul eləyən bir şey olsa, onda ona kəffarə lazım deyildir və təkcə qəzasını tutmaq vacib olar.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (555) :
Qızın doqquz yaşı var və oruc ona vacib olur. Lakin məşəqqətli olduğu üçün orucunu açdı. Bunların qəzası ona vacibdir, yoxsa yox?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim
Ramazan ayında yediyi orucların qəzası ona vacibdir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (556) :
Mən bilmirəm ki, həddi-büluğa nə vaxt çatmışam. Xahiş edirəm bəyan edəsiniz ki, mənim oruc-namazımın qəzası nə vaxtdan vacib olur? Mənim üçün orucun kəffarəsi də vacibdir, yoxsa təkcə qəzası kifayət edər? Çünki mən öz məsələmi bilməmişəm.
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim
Cavab: Sizin üçün təkcə həddi-büluğa çatdıqda sonra qəzaya getməsi yəqin olan namazın qəzası vacibdir. Oruclarınız isə, əgər həddi-büluğa çatmağınız yəqin olan vaxtda onu bilərəkdən açmısınızsa, onda qəzadan başqa kəffarə də vacibdir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (557) :
Yenicə həddi-büluğa çatan və oruc tutması müəyyən qədər çətin olan qızların hökmü nədir? Qızların şəri həddi-büluğ vaxtı doqquz yaşlarıdırmı?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim
Qızların həddi-büluğ vaxtı qəməri ili ilə doqquz yaşın tamam olmasıdır və bu vaxt onlar üçün oruc tutmaq vacib olur. Yalnız bəzi üzrlərə görə onların oruc tutmasına icazə verilmir. Amma orucu tutmaq gündüzlər onlara zərər yetirsə və ya dözülməz vəziyyət yaratsa, onda onlara oruc açmağa icazə verilir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (558) :
Bir nəfər həddi-büluğa çatıb, lakin fiziki cəhətdən bədəni çox zəif olduğu üçün mübarək ramazan ayının orucunu tuta bilmir və gələn ilin ramazan ayına qədər keçən orucların qəzasını tutması mümkün deyildir. Onun hökmü necədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim
Təkcə zəiflik və imkan olmaması üzündən oruc və onun qəzasını tutmaqda aciz
olmaq, onun üzərindən orucun qəzasını götürməz. Vacibdir ki, ramazan ayında
tutmadığı orucların qəzasını yerinə yetirsin.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (559) :
Salam aleykum. Tamam günü oruc tutmağa qudrətləri olmayan yeni həddi buluga yetişən qız uşaqlarının vəzifəsi nədir? saq olun
Ad: Sadiq, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Safi

Bismillahir-rəhmanır-rəhim
Orucluqda bacardığı qədər tutsun və qalanının qəzasını
isə il müddətində tədricən yerinə yetirsin. Əgər onuda edə bilmirsə indi kəffarə (gündəlik 750 q çörək) verməklə kifayətlənib, sonrakı illərdə onların qəzasın yerinə
yetirsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Orucluqda bacardığı qədər tutsun və qalanının qəzasını
isə il müddətində tədricən yerinə yetirsin. Əgər onuda edə bilmirsə indi kəffarə (gündəlik 750 q çörək) verməklə kifayətlənib, sonrakı illərdə onların qəzasın yerinə
yetirsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (560) :
Salam bir məsələni aydınlaşdırmanızı xahiş edirəm. Axşam oruc tutmaq niyyətim var idi, amma səhər vaxtında dura bilmədiyim üçün niyyət edə bilmədim. Günəşin çıxmasına az qalmış yuxudan oyandım, orucum düzdürmü?
Ad: Sadiq, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Safi
Ad: Sadiq, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Bəli orucunuz düzdür və səhər durub yenidən niyyət etməyə ehtiyac yoxdur.