Sual (21) : Oruc tutanın, ağız boşluğuna gəlmiş bəlğəm və yaxud burun suyunu udmasının hökmü nədir?
Ad: , Ölkə: Gurcustan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Baş və sinədən gələn bəlğəmi udmaq oruca xələl gətirmir. Amma əgər bəlğəm ağız boşluğuna gələrsə, ehtiyat-vacibə görə onu udmaqdan çəkinmək lazımdır.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (22) : salam. 1. bir telebe universitetde oxudugu vaxtr rusvet veribse onun bu diplom vaitesile qazandigi emek haqqi halaldirmi? 2. men iki gunluk sefer edesiyem. gunorta namazindan sonra sefer yerine yola dussem orucumu tutmaliyam ? oruc 4 fersexi kecende pozulur?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Rüşvət vermək caiz deyildir. Lakin əgər işlədiyi işdə lazımi ixtisası və bacarığı varsa, işə qəbul qaydalarına riayət olunubsa, tapşırılmış vəzifələri bacarıqla yerinə yetirdiyinə görə və qanunlara uyğun ona maaş verilirsə və heç kəsin haqqı pozulmursa, aldığı maaş haram deyildir.
2. Sualda qeyd olunanlara əsasən, o günün orucu səhihdir. Həmçinin həmin günün səhərsi günü, əgər zöhr azanı vaxtı vətəninizdə olsanız və o vaxta qədər orucu batil edən işləri etməsəniz, orucunuz səhihdir.
 
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (23) : Salan menim 2 ramazan oruc qezam vardi 2010 2011 indi bu ay qutardim bu vaxdacan qecikdiyirdiyme gora kaffaresi necedi? her receb saban tuturdum qezadan bu sabanin ortasinakimi qutardim ALLAHIN izniyle
Ad: Rehman, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər tutulmamış orucların qəzasını növbəti ramazan ayına kimi tutmasanız, qəzadan əlavə hər gün üçün 750 qram çörək ya buğda ya da bu kim qidalar fəqirə vermək lazımdır.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (24) : salam. men bilmek isteyirdim ki oruc tutan ucun beyenilmeyen isler hansidir
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim

Oruc tutan üçün bir neçə hərəkət məkruhdur. O cümlədən:

1. Başın bütövlüklə suya salınması. Bu iş orucu batil etmir, lakin şiddətli dərəcədə məkruhdur və müstəhəb ehtiyat bundan çəkinməyi tələb edir.

2. Dadı, yaxud iyi boğaza çatacağı təqdirdə gözə dərman tökmək və sürmə çəkmək.

3. Qanalma və hamamda çimmək kimi bədənin zəifləməsinə səbəb olan istənilən hərəkət.

4. Boğaza çatacağı məlum olmadığı halda buruna dərman tökmək. Oruc tutan burnuna tökəcəyi dərmanın boğazına gedəcəyini bilirsə, onu tökə bilməz.

5. Ətirli bitkiləri iyləmək. Lakin oruc tutarkən ətirdən istifadə etməyin eybi yoxdur və məkruh deyil.

6. Qadının suyun içində oturması.

7. Şamdan (imalə üçün) istifadə etmək.

8. İnsanın əynindəki paltarı islatması.

9. Diş çəkdirmək və ağızdan qan gəlməsinə səbəb olan istənilən iş.

10. Yaş fırça ilə dişləri fırçalamaq.

11. Hər hansı bir səbəb olmadan ağıza su, yaxud başqa bir maye almaq.

12. İnsanın sperma ifraz etmək niyyəti olmadan şəhvət hissinin oyanmasına səbəb olan bir iş görməsi.

http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 

Sual (25) : salam. bir nəfər imsakdan qabaq yuxudan ayılıb görüb ki, cünub olub. özlüyündə fikirləşib ki, hələ azana qalır əvvəl yemək yeyim sonra qüsl edim. yeməyi yeyim sonra gedib hamama qüsl eləsin, görüb ki azan verirlər. bu adamın orucunun hökmü nədir? suala əsasən, kəffarə də verməlidirmi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər qüsl etmək üçün vaxtın dar olduğunu bilməyibsə, orucu səhihdir.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (26) : bir neferin boynunda ramazan ayinin qeza orucu olub amma bu ilin ramazanina kimi tutmayib. indi bu ilin ramazan ayindan sonra onu tutacaq. bunun keffaresi nedir? texir keffarsi ne qeder olacaq
Ad: Elgun, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər Ramazan orucunun qəzası gələn ilin Ramazan ayınadək heç bir şəri üzr olmadan və səhlənkarlıq üzündən təxirə düşərsə, qəza orucunu təxirə saldığına görə, kəffarə də vacib olur. Təxirə salınan qəza orucunun kəffarəsi, hər gün üçün bir müdd təamdan ibarətdir və bu təam fəqirə (yoxsula) verilməlidir. Lakin orucun səhihliyinə mane olan bir üzrü olsa, fidyəsi yoxdur.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (27) : Salam. Məni xəstəyəm (diqqətsizəm, çox unutqanam və yuxudan dura bilmirəm) həkim mənə resteb yazdı və dedi ki, ciddi bir xəstəlik deyil, və mənim oruc tutmağımı nəzərə alaraq dedi ki, dərmanları obaşdan və iftar vaxtı qəbul et (halbuki gündə 3 dəfə qəbul edilməlidir). Mən ofsiyand işləyirəm bütün günü əyaq üstə oluram və ehtimal verərək qorxuram ki, oruc mənə zərər verər, dərmanlarımın da xeyri az olar çünki bəzən heç obaşdana dura bilmirəm nə dərman qəbul edə, nədə obaşdanımı yeyə bilmirəm yuxarıda qeyd etdiqlərimi nəzərə alaraq mənim orucumun hökmü nədir ?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualda qeyd olunanlara əsasən, oruc tutmaq sizə vacibdir.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (28) : Oruc tutana qan, ampul, maye köçürülməsinin hökmü nədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Zəncani
Bismillahir-rəhmanır-rəhim
Qan köçürülməsi orucu batil edir.
Maye və qidalandırıcı ampulların köçürülməsindən də çəkinmək lazımdır. amma dərman xarakterli və bədən üzvünü hissiz edən ampulların köçürülməsinin iradı yoxdur. 
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (29) : salam aleykum bir defe sual yazdim diyesen catmadi. qardaw menim ikinci sualim qeza orucunda boynuma qusl gelmiwdi ve men oyanan da subh azanindan sonra yatdim boynuma qusl geldmiwdi durub qusl verdim ve oruca davam eledim .. ne derece duzgundu
Ad: EMIN, Ölkə: AZERBAYCAN, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualda qeyd olunanlara əsasən, oruc düzgündür.
Qeyd edək ki, sualların cavabı e-poçtuna göndərilir.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (30) : Mən xəstəyəm, xəstəlikim budurki, çox yaddaşsızam, unutqanam, diqqətsizəm və yuxuya meyilliyəm həkimə getdim və oda mənə resteb (içmə, atma dərmanları və iynə) yazdı mən resteb də yazılanları aldım indi isə mübarək ramazan ayıdır. Mənim sizə sualım budur ki, mənə icazə verilirmi ki, mən oruc tutmayam və müalicə olunan və oruclarımın qəzasını başqa günlərdə tutan. Nəzərinizə çatdırım ki, bu xəstəlikimin irəliməsindən və mənə başqa problem yaratmasından çox narahatam. Rica edirəm mənə şəri vəzifəmi buyurasız.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər dindar və etibarlı bir həkimin sözündən oruc tutmağın sizə zərərli olduğunu yəqin etsəniz və ya sizdə zərər qorxusu yaransa, oruc tutmaq sizə vacib deyil, hətta oruc tutmaq sizə icazəli deyildir.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP