Sual (151) : salamun aleykum eger bir nefer zohurden sonra sefer ederse ve orucunu bilerekden acarsa bunun hokumu nedi?qezadi yoxsa keffarede gelir?suali cavabladigin ucun çox sagol
Ad: Mamed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qəzadan əlavə kəffarəsi də vardır və bunun kəffarəsi (qəzadan əlavə) 60 gün oruc tutmaq, yaxud 60 miskini doyuzdurmaqdır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (152) : Salam.Ayətullah Sistani ağanın nəzərinə görə ayı iki ədalətli şəxs də görsə kifayət edir.Bu ədalətli şəxslərin ayı teleskopla və ya adi gözlə görməsi fərq edirmi?Çünki Sistani ağaya görə ay adi gözlə görünməlidir.
Ad: Elvin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Sistaniyə görə, Ayı adi gözlə və cihazdan istifadə etmədən görmək şərtdir.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (153) : salam . Ramazan ayinda agzi oruc iken saca kraska qoymaq olar yayox bunu bilmek isdeyerdim
Ad: Mamed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (154) : Əgər bir nəfər oruc tutulan bir ölkədə axşam azan vaxtı orucunu açıb başqa ölkəyə səfər еtsə və orada hələ günəşin batmadı-ğını görsə, onda onun hökmü nеcə olar?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bu adam bir ölkədə axşam azanından sonra orucunu açıbsa, onda səfər еtdiyi ölkədə də axşam azanından qabaq yеmək yеyə bilər və orucu da düzgündür.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (155) : Bir nəfər ramazan ayının əvvəlindən iyirmi yеddisinə qədər oruc tutur və iyirmi səkkizinci gün səhər çağı Dubaya səfər еdir, iyirmi doqquzuncu gün oraya çatır. Həmin gün orada ramazan ayının qurtarması ilə bayramın olması еlan olunur. İndi isə həmin şəxs vətəninə qayıdır. O adama qəzaya gеdən orucun qəzası vacibdirmi? Əgər bir gün qəza tutsa, onda ramazan ayı bu şəxs üçün 28 gün olar və əgər 2 gün qəza tutsa, onda onun bir günü bayram еlan olunan an 29 günə aid olacaq. Bu adamın hökmü nədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər o yеrdə bayram şəriət qaydasına uyğun şəkildə еlan olunubsa və 29-cu günə təsadüf еdibsə, onda həmin günün qəzası vacib dеyildir, lakin buradan məlum olar ki, Ramazan ayının əvvəlindən bir gün tutulmayıb, ona görə də yəqin olunduğu halda həmin günün qəzasını tutmaq vacib olar.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (156) : Salam ramazan ayınız mübarek Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq 2014-cü ildə 28, 29 iyul Ramazan bayramıdır.Bayram günü oruc tutmaq olarmı. iyul ayının 28-i oruc tutmaq lazımdırmı? Mən şaban ayindan orucluyam yəni iyun ayının 28 də tutmusam. Əvvəlcədən təsəkkür edirem. bayramınız mubarek necə belə illərə Allah razı qalsın.
Ad: Badam, Ölkə: Aerbaycan, Müctəhid: Ayətullah Sübhani
Bismillahir-rəhmanır-rəhim
Ramazan ayının qurtarması və təzə ayın başlanması Ayın görünməsi ilə bilinəcək. Əgər Ay görünsə, səhəri günü Fitr bayramı olacaq və Fitr bayramı günü isə oruc tutmaq haramdır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (157) : Esselamun aleykum. Sualim beledir insallah. Oruc olarken yuxuda bedenden sperma xaric olarsa oruc batil olar ya yox? hemin gunu sonacan oruc saxlamaq lazimdimi?
Ad: Mahmud, Ölkə: Baki, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Oruc tutan yuxuda olarkən möhtəlim olsa (yəni ondan sperma xaric olsa), oruc batil olmur və orucu davam etdirmək lazımdır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (158) : Salamu-aleykum. Aga, neter olur ki, bir olan ayi Seyyid Eli Xameneyi gorur, Sistani aga (Allah her ikisine omur uzun versin) ise yox. Cavad Gok de(turk sie alimi)ayi rehber goren gun gorduyunu soyledi.
Ad: keblei, Ölkə: rusiya, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ayın daxil olmasını bilməyin yolu Ayın görünməsidir. Bəzi fəqihlər (o cümlədən Ayətullah əl-üzma Xamenei) Ayın teleskop və digər texniki təchizat vasitəsilə görünməsini qəbul edirlər, bəzi fəqihlər isə (o cümlədən Ayətullah əl-üzma Sistani) Ayın adi gözlə, təchizatdan istifadə etmədən görünməsini qəbul edirlər. Bu da bəzən ayın daxil olub-olmaması məsələsində ixtilaf yaranmasına səbəb olur.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (159) : salamun alaykum va rahmatullah orucluqda kimse eger bilmirse meselen, su icmek, tutax ki, orucu pozur, ve bu adam su icibse(su icmeyin orucu pozmasini bilmediyi halda) , ne etmelidir tesekkur
Ad: Muhammad, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualda qeyd olunan halda, orucu pozulub və gərək qəzasını tutsun, lakin ona kəffarə vacib olmaz. Amma gərək tələb olunan hökmü öyrənsin.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (160) : Bəzi çətinliklərə görə sübh azanına qədər cənabətli halda qalan şəxs həmin gün oruc tuta bilərmi?
Ad: Nadir, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ramazan ayının orucu və qəzası dеyilsə, onun orucuna manеçiliyi yoxdur. Amma Ramazan ayının orucunda və qəzasında qüsl еdə bilməsə, vacibdir ki, təyəmmüm еtsin və əgər təyəmmüm də еdə bilməsə, orucu düzgün dеyildir.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP