Sual (141) : 1ramazan ayinda kimse bizden gunorta vaxti su istese arasdirma aparmadan ona su vere bilerik kucede?2eger bir kimse haram bir seyle orucunu batil etse keffaresi nedri?imkan varsa sualin cavabini hem mekarim aganin nezirene gore hem de sistenii aganinin nezerine gore cavablandirasiniz?cox xsahis edirem
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
1. Əgər camaatın gözü qarşısında olsa, icazəli deyil. 
2. Ayətullah əl-üzma Məkarimin nəzərinə əsasən, əgər oructutan öz orucunu haram şeylə batil etsə, cəm kəffarəsi verməlidir, yəni 60 gün oruc tutmalı, 60 fəqiri doyuzdurmalıdır (yaxud onların hər birinə bir müdd-təqribən 750 qram- təam verməlidir). Bunların hər ikisini yerinə yetirmək imkanı olmasa, hər hansı mümkün olsa, onu yerinə yetirsin. 
Sualınız yalnız Ayətullah əl-üzma Məkarimin nəzəri əsasında cavablandırılmışdır. Zəhmət olmasa, digər təqlid mərcəsinin nəzərini bilmək üçün ayrı məktub göndərin.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (142) : Salam aleykum.eqlimin orucu tam derk elediyi vaxt 2 defe elemediyi vaxt ise 1 defe orucumu haramla batil elemishem ustunden bir nece il kecib.seri hokum necedir ne etmeliyem?bu mesele meni cox narahat edir
Ad: Elvin, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində batil etdiyiniz orucun qəzasından əlavə kəffarə olaraq hər gün üçün 60 gün oruc tutmalı, ya da 60 fəqiri doyuzdurmalısınız. Əgər orucun qəzasını tutmağı sonrakı Ramazan ayına qədər gecikdirmisinizsə, əlavə təxir kəffarəsi gəlir. O da budur ki, hər gün üçün bir müdd (750 qram) təam fəqirə verməlisiniz.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (143) : orucluqda sefer etdiyine gore orucunu tuta bilmeyan adam oruc tutmadiqina gore keffare de vermelidi yoxsa qezasini tutsa besdir? eger kefaresi varsa bu nedir ve ne qederdir
Ad: Nureddin, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Səfərdə tutmadığınız orucların təkcə qəzası vardır və kəffarəsi yoxdur.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (144) : Salam! mənim sualım budur ki orucduq ayında əyər 1 gün gəsdən oruc tutmasam kəffarəsi necə yerinə yetirə bilərəm yollarını deyin və miqdarını. təşəkkür Allah razı olsun .
Ad: Huseyn, Ölkə: azerbaijan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində tutmadığınız hər günün qəzasını yerinə yetirməkdən əlavə, kəffarə olaraq hər gün üçün 60 gün oruc tutmalı, ya 60 fəqirə təam verməlisiniz.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (145) : Bir nəfər nadanlıq üzündən 10 il nə namaz qılıb və nə də oruc tutub. Sonra tövbə еdib, Allahın yoluna qayıdıb və qəzaya vеrdiyi əməlləri yеrinə yеtirmək istəyir. Lakin qəzaya vеrdiyi orucların qəzasını tuta bilmir və kəffarəni də vеrməyə maddi imkanı yoxdur. Bu adam təkcə tövbə-əstəğfirullah еtməklə kifayətlənə bilərmi?
Ad: Tahir, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hеç bir halda qəza orucları onun boynundan götürülmür. Kəffarəyə gəldikdə isə əgər hər günün müqabilində 60 gün oruc tuta bilməsə və 60 fəqirə yеmək yеdizdirə bilməsə, onda vacibdir ki, fəqirlərə imkanı olan qədər sədəqə vеrsin.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (146) : SALAM ALEYKUM. ŞƏRİ HÖKMÜ BİLMƏMƏZLİKDƏN KEÇƏN İLLƏRİN QƏZA ORUCUNU BU RAMAZANA QƏDƏR TUTMAMIŞAM.İNDİ BİLMİŞƏMKİ KEÇƏN İLİNKİ BU RAMAZANA QƏDƏR TUTULMALIYMIŞ.BELƏ OLAN HALDA VƏZİFƏM NƏDİR?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qəzadan əlavə hər gün üçün bir müdd (təqribən 750 qram) təam fəqirə verməlisiniz.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (147) : SİSTANİ AGANİN BELƏ BİR FƏTVASI VAR Kİ, 1)RAMAZAN AYI İYUNUN 29-U DEYİL 30-NNAN HESABLANIR? 2)FİTR BAYRAMI GÜNÜ ƏGƏR EVƏ QONAQ GƏLƏRSƏ ONLARIN DA ADINA FİTRƏ ÇIXILIR? 3)FİTRƏNİ NAMAZQİLAN FƏQİRƏ VERMƏK VACİBDİR,QEYRİSİNƏ VERMƏK HARAMDIR? 4)FİTRƏ 3 KQ DÜYÜNÜN PULU ADAM BASİNA CİXİLİR ? bunlar menim suallarimdi.bilmek istiyirem ki bele olmalidi?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Ayətullah əl-üzma Sistani və ümumiyyətlə heç bir müctəhid ayın əvvəli, ya axırı barədə fətva vermirlər. Təzə ayın başlanması Ayın görünməsi ilədir.
2. Fitr bayramı gecəsi, gün batmazdan əvvəl gəlib onun çörəyini yeyən (müvəqqəti olsa da) hesab olunan qonağın fitrə zəkatı ev sahibinə vacib olur. Habelə, Fitr bayramı axşamı günəş batdıqdan sonra gələn qonağın fitrəsini vermək, onun çörəyini yeyən hesab olunursa, ehtiyata əsasən, onun fitrəsini vermək vacibdir. Əks təqdirdə, vacib deyildir. Bayram gecəsi iftara çağırdığı şəxs ev sahibinin çörəyini yeyən hesab olunmur və onun fitrəsi ev sahibinə vacib deyil.
3. Fitrə verilən fəqirin adil olması lazım deyildir. Lakin ehtiyat-vacibə əsasən, şərab içən, namaz qılmayan və aşkara günah edənə fitrə verilməsin. Habelə, fitrəni günah işlərdə xərcləyən şəxsə, gərək fitrə verilməsin.
4.  Fitr bayramının axşamı, Günəş batdığı vaxt həddi-büluğa çatan və ağıllı olub, bihuş, fəqir və başqasının qulu olmayan şəxsə, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün, bir "sa" təqribən 3 kiloqram öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş düyü və qarğıdalı kimi, müstəhəqqə verməlidir. Bunun əvəzinə pul verərsə, kifayətdir. Ehtiyat-lazım budur ki, öz şəhərində adi olmayan yeməklərdən, buğda, arpa, xurma və kişmiş də olsa, verməsin.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (148) : Salam. Namaz qilmayib oruc tutmayan (üzürsüz olaraq) adamin verdiyi iftar məclisinə getmək olar? Sağ olun.
Ad: Abdurahim, Ölkə: Rusiya, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (149) : Allahın salamı olsun sizə. 1) Eger insanin boynunda ramazan orucunun qezasi ve and keffere orucu varsa hansini evvel tutmalidir? 2)ramazan orucunu eger qesden pozsam keffere duser mene?
Ad: Günahkar bəndə, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Əgər vaxt geniş olsa, hər hansını istəsə əvvəl yerinə yetirə bilər. Amma vaxt dar olsa, onda Ramzan ayının qəzasını irəli salsın.
2. Bəli, orucu qəsdən pozmağın kəffarəsi vardır və əgər haram bir işlə batil etsəniz, onda cəm kəffarəsi sizin öhdənizə gəlir.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (150) : Allahın salamı olsun sizə. Əgər mən səhər azan vaxtı durmuşamsa və bundan xəbərim olmayıb ki, azan artıq verilib, amma imsak etmişəm və yarım saat sonra bilmişəm ki, artıq azanın vaxtı keçib, mənim orucum batildirmi?
Ad: Günahkar bəndə, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər azanın olub-olmamasını araşdırıbsa və hələ azan vaxtı olmamasına əmin olduqdan sonra yeyibsə, orucu düzgündür.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP