Sual (111) : Salam. Oruc tutarken oglan qizi yanagindan operse qizin orucu batildirmi?
Ad: Mamed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Oruc batil deyil, lakin qız və oğlan bir-birinə naməhrəmdirsə, onda günah etmiş olurlar.
http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (112) : Allahın salamı rəhməti və bərəkəti üzərinizə olsun. ALLAH təbarəkə və təala ibadət və itaətlərinizi qəbul etsin. Sualım budur ki, Ağanın Azərbaycandakı müqəllidləri Ramazan ayının birini necə etsinlər ? Məsələn İranın üfüqü Azərbaycana İraqın üfüqündən daha yaxındır. Rəhbər Xamneyi ağa ilə ağa Sistaninin bir gün fərqləri oldu. Bu halda müqəllidlərin vəzifələri nədir?
Ad: Əmin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam və rahmətullahi və bərakətuh. Ayətullah Sistani ağanın müqəllidləri də orucu tutmalıdır. Çünki ağa Öz risaləsində Ayın əvvəlinin sübut olma yollarını dörd şərtlə əsaslandırır: İkinci şərt belədir: "Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir qrup şəxsin «ayı gördük» deməsi ilə və ya hər hansı bir şeylə insana üqəlayi mənşəyi olan yəqin ya da xatircəmliyin hasil olması ilə;"
http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (113) : ORUCLU INSAN SEFERE CIXMAQ OLAR
Ad: arif, Ölkə: Azerbaycan .GENCE , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bəli, olar. Səfərdə olduğu günlərin oruc qəzasını isə sonradan tutmalıdır. 
http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (114) : Salam.Barmağımın bir tərəfi şişib və çirkləyib.Həkim dedi maz sürt.Maz sürtsəm orucum pozular?
Ad: vefa, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Xeyir, orucu batil etmir.
Ümumiyyətlə, orucu batil edən şeylər aşağıdakılardır:
1. Yemək və içmək.
2. Cinsi yaxınlıq.
3. Onanizm (onanizm (istimna), insanın başqası ilə cinsi yaxınlıq etmədən, özündən sperma xaric etməsinə deyilir).
4. Ehtiyat vacibə əsasən Allaha, Peyğəmbərə (s) və Peyğəmbərin canişinlərinə (ə.s.) yalan isnad vermək – (onların adından yalandan bir söz demək).
5. Ehtiyat vacibə görə tozu boğaza yetişdirmək.
6. Sübh azanına kimi cənabət, heyz və nifas halında qalmaq.
7. Axıcı şeylərlə imalə etmək.
8. Qəsdən qusmaq.

http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (115) : Bu gün ramazanın 1 günüdür yoxsa şabanın axırıncı günü?orucun niyyetini nece tutum
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bu gün (18 iyun) Ramazan ayının birinci günüdür.
Ramazan ayını bütünlükdə, yaxud da gündəlik niyyət edə bilərsiniz.

http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (116) : Essalemu eleykum.ALLAH inweAllah tutulan oruclari edilen dualari qebul etsin....MENIMbeynimde maye catiwmamazliqi var.gun erzinde yemekden cox maye qebul edirem.vaxtinda qebul etmiyende ele bir baw aqrisi olurki namazda rukuya eyile bilmirem.oruc tutmaq istiyirem.2 3 gun tutandan sora baw aqrilari imkan vermir.en axirinci hedde maye qebul edib oruc tuta bileremmi?
Ad: ceyhun, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
Əgər oruc tutan şəxs susdayarsa və su içmədiyi təqdirdə, öləcəyindən və ya ona bir zərər dəyəcəyindən, ya da dözülməyən bir çətinliyə düşəcəyindən qorxarsa, bu işlərin qorxusunu aradan aparacaq qədər su içə bilər. Hətta ölüm və sair kimi qorxu olan yerlərdə içməsi vacibdir. Amma bu halda onun orucu batil olur. Əgər Ramazan ayıdırsa, lazım ehtiyata əsasən gərək ondan artıq içməsin və günün qalanında orucu batil edən işlərdən çəkinsin.
http://sual.nur-az.com/az/40/Oruc

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (117) : Salam aleykum əgər qadın 7 aylıq hamilədirsə və bilmirki oruc tutsa uşağa zərəri olar ya olmaz onda nə etməlidir?qeyd edimki həmin qadının həkimi dünyavi insandır icazə vermir oruc tutsun.Bu halda qadın nə etməlidir?Allah razı olsun
Ad: Rugeyya, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Orucun bətnindəki uşağa ziyan edəcəyindən qorxan hamilə qadının bu qorxusunun ağıllı bir əsası olarsa orucu yeməsi vacibdir. Tutmadığı hər gün üçün bir müdd təam (təqribən 750 qr. Buğda, arpa və s.) fəqirə verməli, sonradan da otucun qəzasını tutmalıdır.
http://sual.nur-az.com/az/40/Oruc
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (118) : Təşəkkür edirəm. Sual budur ki bir nəfər nadanlıqdan 25 yaşına kimi nə oruc tutub nə namaz qılıb əslən heç namazın və orucun vacibliyi haqda bilməyib. Soradan yəni həddi bulğdan 10 il keçəndən sonra anlayıb ki oruc buna vacibdir, yəni tövbə edib Allahın yoluna qayıdıb. Bu şəxsə tövbə edib Allahın yoluna qayıdanda ramazan ayına 10 ay və ya ondan az bir müddət qalıb, bu qəzaya verdiyi orucları ramazan ayına kimi tutub qurtarmalıdır? Bu orucların kəffrəsi var ya yox? Əgər fərz etsək ki bu şəxs 25 yaşına kimi tutmadığı orucların kəffarəsi yoxdur, ramazan ayına 6 ay qalmış tövbə etsə və qəzaları ramazan ayına qədər qurtara bilməsə hansı ki 10 ay boynunda qəza var 6 ayını tutandan sonra yerdə qalan 4 aya kəffarə gələr? Xaiş edirəm bu barədə əftraflı məlumat verəsiniz.
Ad: Abuzər, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Mümkün olduğu təqdirdə Ramazan ayı çatmamış orucun qəzası tutulmalıdır.
2. Şəri hökmlərdən və orucun vacibliyindən xəbərsiz və qafil olubsa, təkcə qəza etmək kifayət edər, əks təqdirdə qəzadan əlavə kəffarə də verilməlidir.
3. Əgər qəzanı tutmaqda səhlənkarlıq etməyibsə, təxirin kəffarəsi lazım deyil.

http://sual.nur-az.com/az/40/Oruc
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (119) : salam aleykum.uzur istiyirem suala gore bir nefer maraqlanir oruclu halda tanpon qoydurmaq olarmi?bu orucu batil edirmi?
Ad: betul, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur və orucu batil etmir.
http://sual.nur-az.com/az/40/Oruc
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (120) : Salamu Aleykum, men wirniyyet ve un memulati olan yerde iwleyirem oruc tuta bileremmi?Allah razi olsun sizden,Amin.
Ad: Ayten, Ölkə: rossiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bəli, oruc tuta bilərsiniz. Əgər unun boğaza keçmək ehtimalını versəniz, ağız və burunuzu maska ilə bağlayın.
http://sual.nur-az.com/az/40/Oruc 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP