Sual (101) : salam.Xamenei Ağaya göre ayi teleskopla görsede olar,Ama Sistani Ağaya risaləsinde ayi 2adil şəxs görməklə oruc tuta bilərlər,Əgər Sistani Ağanın müqelludləri Xamenei Ağanın hökmu ilə Orcluqa başlasalar ve bayramıda etseler və halbuki öz teqlid etdiyi şəxs hökmu iıə ay hələ görünməmişdi və bayram olmamışdı,bu halda onlarin oruclari tam olaraq oruc sayilirmi nezere alsaq ki SistaninAğanın müqellidi bayramı Xamenei Ağanln hökmu iıə edir ama Onun üçün bayram sabahdı eslinde xahiş edrəm ətraflı yazln
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Sistani ağanın müqəllidləri başqa müctehidlərin hökmü ilə oruca başlaya bilərlər. Çünki Ağa Sistani ayın görünməsini dörd şərtlə bildirir. Əgər ikinci şərti diqqətlə oxusanız, hər şey aydın olar.
AYIN ƏVVƏLİNİN SÜBUT OLMA YOLU

Məsələ 1701: Ayın əvvəli dörd şeylə sübut olunur:

1. İnsan özü Ayı görsün.

2. Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir qrup şəxsin «ayı gördük» deməsi ilə və ya hər hansı bir şeylə insana üqəlayi mənşəyi olan yəqin ya da xatircəmliyin hasil olması ilə;

3. İki adil kişinin, «gecə Ayı gördük» – demələri ilə; Amma ayın vəziyyətinin bir-birinin tərsinə deyərlərsə, ayın ilk günü sübut edilmiş olmaz. Həmçinin əgər insan onların səhvə yol verdiklərinə yəqin edərsə və ya xatircəm olarsa və ya onların verdiyi şəhadət zidd, yaxud hökmündə olan bir məsələ ilə qarşılaşarsa ayın əvvəli sübut olunmaz məsələn; əgər şəhər əhalisnin çox hissəsi Ayı görmək üçün baxdıqları halda iki adil kişidən başqa heç bir kimsə Ayı gördüyünü iddia etməzsə və ya bir dəstə Ayı görmək üçün baxdıqları halda onların arasından yalnız iki adil şəxs Ayı gördüyünü iddia edərsə, başqaları isə görməzsə, belə ki, Ayın yerini bilmək və iti görmə və digər xüsusiyyətlərdə birinci iki adil şəxs kimi olan iki ayrı adil şəxs onların arasında olarsa, hava da açıq-aydın olsa, o iki nəfərin görməsinə ehtimal olunan bir maneə də olmasa, bu halda ayın əvvəli iki nəfər adil şəxsin şəhadəti ilə sübut olunmaz.

4. Şə`ban ayının əvvəlindən otuz gün keçməsi; bunun vasitəsilə Ramazan ayının əvvəli sübut edilmiş olur və Ramazan ayının əvvəlindən otuz gün keçməsi ilə də Şəvval ayının əvvəli sübut edilmiş olur.

http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq


Sual (102) : salam Oruc ola ola şamdan istifade etmək olarmı?orucu pozmur ki
Ad: , Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Bəli, olar və orucu pozmur.
http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (103) : Salam oruc oldugum zaman badanimdan qan cixarsa orucum batildi
Ad: Alinasir, Ölkə: Azerbayjan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Xeyr, batil deyil.
http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (104) : SELAMUN ELEYKUM SUAL;AGRI KESICI IYNENI MECBUREN VURSAM ORUCU POZARMI,ALLAH RAZI OLSUN CAVAB VERIN,MINATDARAM..
Ad: BIR ALLAHIN QULUYAM, Ölkə: tIFLIS, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Xeyr, oruc pozulmaz.
http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (105) : Salam bir neferin alergiyası qalxarsa oruc tutub deye hecne ede bilmirse və oruc tutduğuna göre heçnə ede bilmirse dermanda ata bilmir nə etsin,yoxsa derman ata bilər
Ad: , Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Əgər bu xəstəlik dözülməz dərəcədədirsə, dərman ata bilər və xəstə olduğu günlərin qəzasını sonradan tutmalı və hər gününə bir müdd (750 qram) təam fəqirə verməlidir.
http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (106) : salam aleykum.1. 10 gunden artiq qalmaq niyyete ile rayona getmek olarsa orda oruc tutmaq olarmi? 2.10dunden artiq getdiyin yeri vetenin secmesen bele oruc tutmaq olarmi? 3.ve deyekki men rayonda bir yeri meselen dayimgilein evini oz vetenim secdim ve orda oruc tutdum..bu muddet erzinde men basqa bir yere meselen onlarin yaxinliginda (20 deq yol mesafesi olan yerde) qalsam yene oruc tuta bileremmi? yoxsa ele hansi yeri oz vetenim secmisen ancaq orda qalmaliyam... xais edirem zehmet olmazsa suallara bir az genis cavab verin
Ad: betul, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. 1-2) Bəli, olar. 3) Əgər Vətəninizdən 22 kilometrlik bir məntəqəyə gedib 10 gündən az qalacaqsınızsa, oruc tuta bilməzsiniz.
http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (107) : Salam. Oruclu halda tər əleyhinə püskürmə, yaxud diyircəkli reksona, ümumiyyətlə ətirlənmək olarmı?
Ad: Yalçın, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Bəli, olar.
http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (108) : Salam, gündüz hamamda, duşun altında çimmək olarmı, orucum pozulmazki?
Ad: Yalçın, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Xeyr, pozulmur.
http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (109) : Salam yashadiqim yerden doqulduqum kende yeni vetenime subh namazindan sonra sefer edirem ve orucu pozmuram .Menim vezifem nedir.
Ad: Cemshid, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Müsafir, zöhrdən əvvəl vətəninə və ya on gün qalmaq istədiyi bir yerə yetişərsə, istər fəcrdən əvvəl səfərə çıxsın, istərsə də oruc tutub səfərə çıxmış olsun, əgər orucu batil edən bir iş görməmişdirsə, ehtiyat vacəbə əsasən o gün oruc tutmalıdır, bu halda onun qəzası yoxdur. Əgər orucu batil edən bir iş görmüşdürsə, o günün orucu ona vacib deyildir, gərək (sonradan) onu qəza etsin.
http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (110) : salam eleykum.men idarede iwleyirem ve meni iwden 1 ci gun bawqa wehere gonderirler ve o weherden 5 ci gun qayidiram.ve menim orucum nece olmalidi.tewekkurler
Ad: Sadiq, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Oruc tuta bilməzsiniz. Hər gün üçün fəqirə bir müd (750 qram) təam verməlisiniz. Ramazan ayı bitəndən sonra gələn ilin Ramazan ayına kimi tutmadığınız günlərin qəzasını tutmalısınız.
http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP