Sual (91) :
Selamu Aleyk Ve Rehmetullah... Allah Sizi Hifz Elesin iNSAALLAH..!! Agacan, Men Bir ishde ishdiyirem Her Gun Seher Saat 11in Yarisi Gedirem ishe Ve Axsham 11de Gelirem ishden,, Birde Gedirem Saat 7nin Yarisi Ve Qayidiram Saat 7de Yeniki Agacan Her Gun 10 11 Saat ishde Oluram,, ish Yerim Bakida Fehle ishdemekdi... Achiq Ve Chox Boyuk Bir Anbardi Guneshin Altinda Oruc Tuta Bilmiem,, Oruc Tuttum 11 Gun Ve 12ci gun Mecbur Olaraq Batil Eledim,, Amma Qebirde Sorgu Sual oLSA iNSAALLAH Urekle Diye Bilecem Ki,, hEQIQETENDE Doze Bilmedim istiye Ve ishin Agirliqina,, Hemde Agacan ishim Her Gun Tonlarla Mal Dashimaqdi Boyuk Tirlara... Tirlar Avropa Oyunlarina Gore irannan Bender Ebbasdan Gelir Ve Heddinnen Artiq Shiddetli Derecede Agirdi Ve Sehraliqda Duzenlikde istide ishdiye Doze Bilmedim,, Agacan Qurbanin Olum Bidene Deqiq Hokmun Deyindee Seyyid Sistani Aganin Fetvasina Esasen,, Birde Ki,, Agacan Evin Yarisi Menim Elime Baxir,, Men ishden chixsam Evi Dolandirmaq Chox Chox Chetin Olacaq Ve Evden Hech zaman Pul Almiram Her Bir Sheyimi Ozum Temin Eliyirem,, Geyim Yemek Ve S. ( Xirda Pullardan Bashka ) Agacan Bunun Hokmu Nedi ? Mutleqdi ishden Chixmaliyam ? :( Ya Qezasin Tutmaliyam ? Ya Da Keffare Odemeliyem ? Diyerdizdee Qurbanin Olum Agacan... Allah (c.c
) Sizi MUHEMMED PEYGEMBERNEN ( S.A.V.A.S ) Meshsur Elesin iNSAALLAH,, Hakkinizi Halal Eliyin Uzun Yazdim Ve Bash Agri Eledim... Allah Sizi Qorusun iNSAALLAH......
Ad:
Reshat,
Ölkə:
Azerbaycan,
Müctəhid:
Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhimƏleykumussalam və rahmətullah. Əgər oruc tutan şəxs susdayarsa və su içmədiyi təqdirdə, öləcəyindən və ya ona bir zərər dəyəcəyindən, ya da dözülməyən bir çətinliyə düşəcəyindən qorxarsa, bu işlərin qorxusunu aradan aparacaq qədər su içə bilər. Hətta ölüm və sair kimi qorxu olan yerlərdə içməsi vacibdir. Amma bu halda onun orucu batil olur. Lazım ehtiyata əsasən gərək ondan artıq içməsin və günün qalanında orucu batil edən işlərdən çəkinsin. Sonradan tutmadığı günlərin qəzasını tutsun və hər gününə 750 qram təam versin.
http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (92) :
essalamun alekum.oruclu oldugun halda eger bilmeden su icmisense ve sonradan oruc oldugunu bilirsen.bu halda oruc pozulmurki?ve ureyinde suphe kimi qalirsa goresen orucum pozulub yoxsa yox.imkan varsa bu suala aydinliq verin
Ad:
huseyn,
Ölkə:
Azerbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Bilmədən yemək-içmək orucu pozmaz, qəza və kəffarəsi də yoxdur.http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (93) :
orucu ne batil edir
Ad:
Emin,
Ölkə:
Azerbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Doqquz şеy
оrucu bаtil еdir: 1-Yеmәk-içmәk; 2-Cimа; 3-İstimnа (istimnа–mәninin хаric оlmаsınа sәbәb оlаn müәyyәn bir iş görmәk); 4-Аllаh,
Pеyğәmbәr (sәllәllаhu әlеyhi vә аlihi vә sәllәm) vә оnun cаnişinlәrinin (әlеyhimüs-sаlаm)
аdındаn yаlаn dеmәk; 5-Qәliz tоzu bоğаzа çаtdırmаq;Â 6-Bаşın hәr yеrini suyа bаtırmаq; 7-Sübh аzаnınа qәdәr cәnаbәt, hеyz vә nifаs hаlındа qаlmаq; 8-Ахıcı (mаyе) şеylәrlә imаlә
еtmәk; 9-Qusmаq. http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (94) :
Salam aleykum istihazə halında oruc tuta bilər qadın?
Ad:
momina-12@mail.ru,
Ölkə:
vüsalə,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Bəli, tutması vacibdir.http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (95) :
Oruclu oldugum halda qan vere bilerem?
Ad:
zehra,
Ölkə:
Azerbaycan,
Müctəhid:
Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bəli, qan vermək olar.http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (96) :
Salam aleykum... Sehv elemirikse aga ramazanin baslamasin ayin 19u oldugun deyib amma ay 17si gorunub yeni orucluq 18 dir...indi aganin muqellidleri neynemelidirler ehya geceleri aganin dediyi gunle yoxsa ayin gorunduyu gunle olacaq? Fitr bayrami nece ayin necesidi? Niye bele ferqli olub? Aganin fetvasi Iraq ucundur? Allah sizden razi olsun
Ad:
,
Ölkə:
,
Müctəhid:
Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Sistani ağanın müqəllidləri başqa müctehidlərin hökmü ilə oruca başlaya bilərlər. Çünki Ağa Sistani ayın görünməsini dörd şərtlə bildirir. Əgər ikinci şərti diqqətlə oxusanız, hər şey aydın olar.
AYIN ƏVVƏLİNİN SÜBUT OLMA YOLU
Məsələ 1701: Ayın əvvəli dörd şeylə sübut olunur:
1. İnsan özü Ayı görsün.
2. Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir qrup şəxsin «ayı gördük» deməsi ilə və ya hər hansı bir şeylə insana üqəlayi mənşəyi olan yəqin ya da xatircəmliyin hasil olması ilə;
3. İki adil kişinin, «gecə Ayı gördük» – demələri ilə; Amma ayın vəziyyətinin bir-birinin tərsinə deyərlərsə, ayın ilk günü sübut edilmiş olmaz. Həmçinin əgər insan onların səhvə yol verdiklərinə yəqin edərsə və ya xatircəm olarsa və ya onların verdiyi şəhadət zidd, yaxud hökmündə olan bir məsələ ilə qarşılaşarsa ayın əvvəli sübut olunmaz məsələn; əgər şəhər əhalisnin çox hissəsi Ayı görmək üçün baxdıqları halda iki adil kişidən başqa heç bir kimsə Ayı gördüyünü iddia etməzsə və ya bir dəstə Ayı görmək üçün baxdıqları halda onların arasından yalnız iki adil şəxs Ayı gördüyünü iddia edərsə, başqaları isə görməzsə, belə ki, Ayın yerini bilmək və iti görmə və digər xüsusiyyətlərdə birinci iki adil şəxs kimi olan iki ayrı adil şəxs onların arasında olarsa, hava da açıq-aydın olsa, o iki nəfərin görməsinə ehtimal olunan bir maneə də olmasa, bu halda ayın əvvəli iki nəfər adil şəxsin şəhadəti ilə sübut olunmaz.
4. Şə`ban ayının əvvəlindən otuz gün keçməsi; bunun vasitəsilə Ramazan ayının əvvəli sübut edilmiş olur və Ramazan ayının əvvəlindən otuz gün keçməsi ilə də Şəvval ayının əvvəli sübut edilmiş olur.
http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (97) :
ASSALAMUN ALEYKUM VE REHMETULLAHI VE BEREKATUH.BILIRSINIZKI MUASIR DOVRDE SEFERDE NE CETINLIK VAR NEDE QORXU.BELE OLDUQDA MUASIR DOVDE SEFER MESFESI NEQEDERDI?YENI NEQEDER YOL GEDENDEN SONRA ORUC TUTMAQ HARAM OLUR?ALLAH SIZI QORUSUN.TESHEKKURLER.
Ad:
Zaur,
Ölkə:
Azerbaycan,
Müctəhid:
Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam və rahmətullahi və bərakətuh. Müsafirin səfəri səkkiz şər`i fərsəxdən (təqribən 44 km-dən) az olmamalıdır.http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (98) :
ASSALAMUN ALEYKUM VE REHMETULLAHI VE BEREKATUH.ORUC HAQQINADA OLAN AYELERE ESASEN EHLI-SUNNET QARDASLARIMIZ DEYIRKI SEFERDE INSAN ORUC TUTUB-TUTMAMAQ ARASINDA IXTIYAR SAHIBIDIR.AMMA TUTSA DAHA YAXSIDI.AYEDEDE BELEDIR ZAHIREN.CUNKI AYEDE HEM AZIMET HEMDE IXTIYAR VAR VE BU AYDIN GORSENIR.ORUC HAQDA AYEYE ESASEN SEFERDE ORUC TUTMAGA IXTIYARIMIZ VARMI?ALLAH SIZI HIFZ ELESIN INSHAALLAH AMIN.
Ad:
Zaur,
Ölkə:
Azerbaycan,
Müctəhid:
Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam və rahmətullahi və bərakətuh. Səfərdə oruc tutmaq haramdır.
http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (99) :
Salamu-aleykum.Ramazan ayinin girmesinde eyni menteqede yasayan muctehidlerin nezeri muxtelif ola bilermi? Bu il bu barede ixtilaf var? Bes evveller olubmu? Muqellid oruclugun girmesi barede fetva gozlemelidirmi? Axi herenin ozune qalsa mesele qelizleser. Allah razi olsun.
Ad:
,
Ölkə:
,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Sistani ağanın müqəllidləri başqa müctehidlərin hökmü ilə oruca başlaya bilərlər. Çünki Ağa Sistani ayın görünməsini dörd şərtlə bildirir. Əgər ikinci şərti diqqətlə oxusanız, hər şey aydın olar.
AYIN ƏVVƏLİNİN SÜBUT OLMA YOLU
Məsələ 1701: Ayın əvvəli dörd şeylə sübut olunur:
1. İnsan özü Ayı görsün.
2. Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir qrup şəxsin «ayı gördük» deməsi ilə və ya hər hansı bir şeylə insana üqəlayi mənşəyi olan yəqin ya da xatircəmliyin hasil olması ilə;
3. İki adil kişinin, «gecə Ayı gördük» – demələri ilə; Amma ayın vəziyyətinin bir-birinin tərsinə deyərlərsə, ayın ilk günü sübut edilmiş olmaz. Həmçinin əgər insan onların səhvə yol verdiklərinə yəqin edərsə və ya xatircəm olarsa və ya onların verdiyi şəhadət zidd, yaxud hökmündə olan bir məsələ ilə qarşılaşarsa ayın əvvəli sübut olunmaz məsələn; əgər şəhər əhalisnin çox hissəsi Ayı görmək üçün baxdıqları halda iki adil kişidən başqa heç bir kimsə Ayı gördüyünü iddia etməzsə və ya bir dəstə Ayı görmək üçün baxdıqları halda onların arasından yalnız iki adil şəxs Ayı gördüyünü iddia edərsə, başqaları isə görməzsə, belə ki, Ayın yerini bilmək və iti görmə və digər xüsusiyyətlərdə birinci iki adil şəxs kimi olan iki ayrı adil şəxs onların arasında olarsa, hava da açıq-aydın olsa, o iki nəfərin görməsinə ehtimal olunan bir maneə də olmasa, bu halda ayın əvvəli iki nəfər adil şəxsin şəhadəti ilə sübut olunmaz.
4. Şə`ban ayının əvvəlindən otuz gün keçməsi; bunun vasitəsilə Ramazan ayının əvvəli sübut edilmiş olur və Ramazan ayının əvvəlindən otuz gün keçməsi ilə də Şəvval ayının əvvəli sübut edilmiş olur.
http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (100) :
Salam olsun oxuyan her kese! Menim 23 ay qezam var her il Receb ve Waban aylarinda qeza oruclarimi tusam olarmi? Qezalari tutmagin vacib oldugunu bilmirdim Receb ayinin 9 gununu tutdum bunu bilen bir yaxinim dedi qezan varsa musteheb olmaz, sonra saban ayini qeza niyyeti ile tutdum. Bilenlerden sualimi cavablandirmagini xaiw edirem. Evvelceden tewekkur edirem.
Ad:
fatime,
Ölkə:
azerbaycan,
Müctəhid:
Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əleykumussalam. Qəza orucu olan şəxs müstəhəb oruc tuta bilməz və əgər tutubsa, qəzalardan sayılmaz. Qəzaları tutmaq üçün münasib vaxt payız və qış aylarıdır. Belə ki, gün qısa olduğu üçün orucu rahat tuta bilərsiniz. Ümumiyyətlə qəza oruclarını ilin iki günündən (Qurban və Fitr bayramından) başqa tuta bilərsiniz.
http://sual.nur-az.com/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq