Sual (51) : Əgər bir kəs nəzir etsə ki, "filan işim düzəlsə, bu qədər pul imam Zamana (əc.) verəcəyəm", bu nəzir şəri baxımdan düzgündürmü və pul hansı işlərə xərclənməlidir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Nəziri, Allaha xatir etməsə və Allahın adını çəkməsə, düzgün deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (52) : Bir şəxsin Ramazan ayının qəza orucunu səfərdə tutmağı nəzir etməsi səhihdirmi?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Səfərdə vacib, ya nəzr oruclarının səhih olması sabit olmayıb və kifayət deyil. Ramazan ayının orucu, ya onun qəzası, kəffarə, isticarə və valideyn, ya başqaları üçün olmasının fərqi yoxdur. Bəli, bir şəxs öz vətənində olan zaman səfərdə müstəhəbbi oruc tutmağı nəzr etsə, ya müəyyən bir günü - istər səfərdə, istərsə öz vətənində olsun - müstəhəbb oruc tutmağı nəzr etsə, onun nəzri düzgündür və orucu səfərdə də tutmaq səhihdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (53) : Sərinkeş, çilçıraq, stəkan, nəlbəki kimi şeylər məscidə nəzir niyyəti ilə verilir. Əgər bunlara ehtiyac olmasa artıq şeyləri satıb, məscidə lazım olan sair xərcləri ödəmək olarmı?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Başqa məscidin də ehtiyacı olmasa heç bir maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (54) : Bir şəxs məscid və bir kiçik mədrəsə tikib, öz əmlakında olan bəzi şeyləri ona vəqf edir, sonradan dünyasını dəyişib. Başqa bir şəxs o ikisinin yerinə böyük bir məscid və mədrəsə tikir, ona vəqf olunmuş şeyləri bu ikisinə sərf etmək olarmı? Ya gərək fəqirlərə verilsin?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər təzə məscid və mədrəsə həmin mədrəsə və məsciddirsə, yalnız formasını dəyişibsə, vəqf olunmuş şeyləri ona sərf etmək lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (55) : Məscid və Hüseyniyyəyə vəqf olunmuş qabları qədim olduğu üçün yenisi ilə dəyişmək, ya satıb təzə qablar almaq olarmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
İstifadəyə yararsız olduğuna görə onları ehtiyac olan qablara dəyişməyin maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (56) : Qadına söz verəndə ona əməl etmək vacibdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Yaxşı olar ki, müsəlman şəxs mümkün olmayan halları çıxmaq şərti ilə həmişə öz verdiyi sözlərə əməl etsin.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP