Sual (31) : Camaat məhərrəmin on günlüyündə həzrəti İmam hüseyn əleyhissalama bəzi şeylər nəzr edirlər. o cümlədən qənd, şəkər, çay, un, kimi şeyləri məscid ya hüseyniyyənin məsullarına təhvil veriblər. rozaxanlığa lazım olan miqdardan artıq qalır. Əgər onları aşuraya qədər saxlamaq istəsələr, xarab olub aradan gedəcəksə, onları şəri cəhətdən ehtiyacı olan adama vermək olarmı? yaxud satıb hüseyniyyənin ehtiyaclarına sərf edə bilərlərmi? və yaxud onları başqa vaxt sair rozaxanlıqlarda istifadə etsinlər? yaxud da onların pulunu gələn il məhərrəmlik ayında həmin şeylərdən almaq üçün saxlasınlar? bu haqda mübarək nəzərinizi bəyan edin.
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər qeyd olunan şeyləri məhərrəmliyin on günlüyündə sərf etmək üçün verirlərsə və həmin ilin məhərrəmliyində istifadə etməyi qeyd etməyiblərsə, artıq qalan malı əgər mümkündürsə, saxlasınlar. Əgər mümkün deyilsə, satıb pulunu gələn məhərrəmliyin on günlüyündə sərf etsinlər. Əgər həmin ilin məhərrəmliyinin on günlüyündə istifadə üçün gətiriblərsə, başqa yerdə istifadə etmək üçün gərək gətirənlərdən icazə alsınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (32) : Qadın əri olmadan ya ərinə məlumat vermədən yaxud onun razılığı olmadan nəzr etsə, o surətdə ki, nəzr olunmuş mal ərinin ya şərik və ya qadına aid olan maldan olmuş olsa, (o cümlədən irs və ya ərindən alan işin əcri) hansı surətdədir.
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim

Qadının nəzri ərinin hüquqlarına mane olursa, onun icazəsi olmadan nəzr etmək batildir. Əgər mane olmasa ehtiyat vacib odur ki, malın qadına aid olmasına baxmayaraq xüsusi ilə nəzr olunmuş malda ərinin icazəsi olmalıdır.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (33) : Əgər müəyyən gündə oruc tutmağı nəzr etsə, amma o gündə oruc tutmayıb sonra orucu tutsa kəffarəsi nə qədərdir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər bilərəkdən nəzrə əməl etməsə, nəzrə xilaf çıxdığından öhdəsinə kəffarə gəlir. Əməl etməyə qüdrəti olan, bilərəkdən boyun qaçırdıb nəzrə əməl etməməyin kəffarəsi iki ay ardıcıl oruc tutmaq ya altmış fəqirə yemək vermək yaxud bir qul azad etməkdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (34) : Bir şəxs ardıcıl səkkiz məclis roza oxumağı nəzr edib. bir məclis yaddan çıxardıbsa, vəzifəsi necədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər mütləq nəzr edibsə, gərək ehtiyata əsasən səkkiz məclisi ardıcıl oxusun. Əgər qeyd gətiribsə, ehtiyata əsasən gərək fasilə vermədən bir məclis əlavə etsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (35) : Bir şəxs əgər bundan sonra siqaret çəksəm, üç ay oruc tutaram deyib nəzr edir. gərək üç ay orucu dərhal tutsun, ya ildə on gün tutmaqla tamam edə bilərmi?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Maneəsi yoxdur, amma əgər o müddətə qədər sağ qalmağına yəqinliyi olmasa, gərək tələssin və nəzrə vəfa etməkdə diqqətsizlik etməsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (36) : İnəyin dörddə birini və o balalarını həzrəti Əbəlfəzl abbas əleyhissalam yolunda nəzr etmişəm. mənim nəzrimin vəfası vacibdir? Əgər nəzrə vəfa etmək vacibdirsə, onu necə sərf etməliyəm?
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər şəri nəzr etmisinizsə, vəfa etmək vacibdir. ona vəfa etmək bu qayda ilədir ki, həzrəti Əbəlfəzl abbas əleyhissalamın payını onun niyyəti ilə yemək verin, yaxud fəqirlərə verin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (37) : Bir şəxs aşura günü on qoyun qurban etməyi nəzr edibsə, onlara məhərrəmlik ayı davam etdikcə qurban kəsə bilərmi?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Aşura günü kəsməyi nəzr etdiyi üçün nəzrinə vəfa etməsi lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (38) : Bir erkək heyvanı qurbanlıq nəzr etmişəm, onu dişi heyvana (bəhər tutmaq üçün) yaxınlaşdıra bilərəmmi? qeyd olunan əməl heyvanın arıqlaşmasına səbəb olmasını da nəzərə alaq.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən heyvanın naqis olmasına səbəb olduğundan nöqsanı vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (39) : Bir şəxs müəyyən bir qoyunu müəyyən gündə kəsib f əqirlərə yaxud aşura günü əzadarlar üçün kəsməyi nəzr etmişdir. lakin etdiyi nəzrin xilafına əməl edib qoyunlara başqa gündə kəsib özü istifadə etmişdir. onun vəzifəsi necədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən nəzr onun səhih şərtləri ilə bağlandığı üçün bilərəkdən onun xilafına əməl etdiyindən gərək nəzri sındırmağın kəffarəsini versin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (40) : Əgər imamzadəyə olunan hədiyyə və nəzrlər oranın xərclərindən artıq olsa, onu həmin imamzadənin nəvə-nəticələri arasında bölüşdürmək olarmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, əgər o imamzadənin nəvə-nəticələri şiə və fəqir olsalar, verilən suala əsasən maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP