Sual (61) : salam eleykum men size kebinle bagli yazmisam men kebini ozum oxusam olar qadinin adi mariyadi men onu ozum oxudum duzgun formada erebce nece oxumaliyam basa salardizda xayis edirem
Ad: eli, Ölkə: baki, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Talağın bir sıra şərtləri vardır ki, gərək düzgün yerinə yetirilsin. Əks təqdirdə talaq düzgün olmur.
Öz arvadına təlaq verən kişi, gərək baliğ və aqil olsun, amma əgər on yaşlı uşaq öz arvadına təlaq versə, gərək bu halda ehtiyata əməl etmək tərk olunmasın; həmçinin kişi gərək öz ixtiyarı ilə təlaq versin və əgər arvadına təlaq verməyə onu məcbur etsələr, təlaq batildir; və həmçinin gərək təlaq vermək qəsdi olsun, əgər siğəsini zarafat ilə, yaxud sərxoş halda desə, düzgün deyil.
Qadın gərək təlaq vaxtında heyz və nifas qanından pak olsun və əri o paklıqda onunla yaxınlıq etməmiş olsun.
Təlağın siğəsi gərək ərəbcə düz və "Taliq" kəlməsi ilə oxunsun.
İiki adil kişi də talağa şahid olsunlar.
Əgər kişi özü təlaq siğəsini oxumaq istəsə və arvadının adı məsələn; Fatimə olsa gərək desin: "Zovcəti Fatimətu taliqun" yəni mənim arvadım Fatimə azaddır.
Əgər başqasını vəkil etsə, gərək o vəkil desin: "Zovcətu müvəkkili Fatimətu taliqun" və qadın müəyyən olan halda onun adını demək lazım deyil. Əgər orada hazır olsa və "hazihi taliqun" deyilərək ona işarə etsə və ya ona xitab edilərək ənti taliq deyilsə, kifayətdir.

http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (62) : Еvlilikdən əvvəl qızlа оğlаn аrаsındа cinsi əlаqənin оlmаsı bаrədə rəyiniz nədir?
Ad: Etibar, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Nikаh əqdinin bütün şərtləri ilə bаğlаnmаdаn öncə icаzəli dеyil. Əgər (qız və оğlаnın) hаrаmа düşməsi təhlükəsi vаrsа, imkаn dахilində оnlаrı еvləndirmək vаcibdir.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (63) : salam Aleykum aga. Sualimiz budurki qadinin oz heyat yoldawinin cibinden ondan xebersiz pul goturmesi gunahdi? Nezere alagki kisi Serebxordu ve ailesinde olan usaga yemey almag ucun qadina pul vermir ve qadinda usag ac qalmasin deye pulu goturmeye mecburdu...bu ogurlug sayilir? bes qadin ne. etsin.goturmese korpe usag ac qalacag.
Ad: yusuf, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ərinə itaət edən qadın, öz yaşayış xərcini ərindən tələb etsə və ər bu xərci ödəməsə, bu halda o, ərə nəfəqəni ödətdirmək üçün şəri hakimə, mümkün olmadıqda isə ədalətli möminlərə müraciət edə bilər. Əgər ərə nəfəqəni ödətdirmək mümkün olmasa, onun malından hər gün (o günün xərci miqdarında) icazəsiz götürə bilər. Bu da mümkün olmazsa və qadın yaşayışını təmin etmək üçün çarəsiz qalsa, yaşayışını təmin etməyə məşğul olduğu vaxtda ərinə itaət etməsi vacib deyildir.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (64) : Salam aleykum bosanmis qadinin tek qalmasi seriyet baximindan haramciligi varmi?Allahdan xeyirlisini isteyib gozleyirse burda gunahi varmi?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ailəli olmaması üzündən günaha düşən şəxsin izdivac etməsi vacibdir. Amma günahdan qoruna bilərsə, vacib deyil.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (65) : Salamu eleykum eziz baci ve qardaslarim.Sizden mene komek etmeyinizi xais edirem.Men kecen ay herim olub yeni meni bir oglana veribler.Indi biZ isteyirki kebin kesidirek gorusmek bize haram olmamasi ucun ama valideyinler bizi basadusmur deyirlerki toya az vaxt qalmis edersiz ama toyada 7-8ay var hele.Bizim indi hemiz olub insAllah nisanimizda olcaq ozumuzden sahid goturub gedib kebin kesdirsek duzgun olarmi?kebin olmasa valideynler bizi mecbir gunaha salacqlar cunki ne qeder olamasa yaxinliq olacaq arada.7-8ay erzindede nece olsunki gorusmeyek biz qalmisiq bele bilmirik ne edek.Bize bir komek edin
Ad: namazli, Ölkə: Nigah, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nikahın oxunması üçün atanın, yaxud ata tərəfindən olan babanın izni şərtdir. Bu şərt olmadan əqd batildir. Ona görə də bu məsələni atanıza başa salmağa çalışın (ya özünüz yaxud da bir başqa şəxs vasitəsi ilə). Günahdan çəkinin, təqvalı olun və Allahdan qorxun.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (66) : salam. kebinli aile qurmush bir qadinin eri uzaq yerde ishleyir ailesinden uzaq heyat yoldashi xanima kishinin olum xeberi yetishir qadin sheri vaxti gozleyir idde nece lazimdir saxlayir bashqa biri ile aile qurur, sonra melum olur ki, olum xeberi yalan imish birinci ari saq imish , bu qadinin vezifesi nedir?
Ad: drongo, Ölkə: gurcestan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualda qeyd olunanlara əsasən, ikinci izdivac batildir və birinci ərinə geri dönməlidir.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (67) : Bir qаdının əri itkin düşmüş və 12 il müddət kеçmişdir. Ərinin itkin düşdüyü müddətdən bu günə kimi оnun bаrəsində hеç bir məlumаt əldə еtməmişdir. Həmin qаdın Cənаbınızın icаzəsindən sоnrа еvlənə bilərmi və yахud оnа nə еtmək vаcibdir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər оnun bаrəsində bir hissəsi şəriət hаkiminin icаzəsi ilə dörd il аrаşdırmа аpаrıldıqdаn sоnrа hеç bir məlumаt əldə оlunmаzsа, həmçinin, qаdının хərclərinin ödənilməsi üçün itkin düşmüş ərin mаlı оlmаzsа və yа ərinin vəlisi öz mаlındаn qаdının хərclərini ödəmirsə, bu zаmаn qаdın şəriət hаkimindən оnun tаlаğının vеrilməsini tələb еdə bilər. Əgər şəriət hаkimi оnun tаlаğını vеrərsə, mаtəm sахlаmаdаn vəfаt iddəsi gözləməlidir. İddə müddəti tаmаm оlduqdаn sоnrа ailə qura bilər.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (68) : salamun aleykum aga bagiwlayin sualima gore arxadan olmaq olarmi qadinla ve ya agzina vermek olarmi cinsini etrafli melumat verinde nolarki
Ad: eqidem sie, Ölkə: sualim , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Kişinin qadını ilə arxadan yaxınlıq etməsi şiddətli məkruhdur və ehtiyata uyğundur ki, tərk olunsun- xüsusən qadının razılığı olmasa. Əgər ona ziyan versə, icazəli deyil.
2. Öz-özlüyündə iradı yoxdur.

http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (69) : Bismillahir-rəhmanır-rəhim . salam aleykum. ağa siyğənin müdəti bitdikdən sonra ikinci defe siyğə oxumaq olarmi ? siygənin vaxtı bitdikdən sonra necə xitam vermək olar,? Allah sizdən razı olsun
Ad: ilham, Ölkə: Azəebaycan , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Müvəqqəti nikahın müddəti bitən kimi qarşı tərəflər daha ər-arvad sayılmırlar. Əgər həmin kişi və qadın istəsələr yenidən əqd oxuya bilərlər və bu zaman qadının iddə saxlaması da lazım deyil.
Amma qadın başqa bir kişi ilə nikah bağlamaq istəsə, gərək iddə saxlasın və onun iddəsi əgər heyz görən qadınlardan olsa iki dəfə heyz görməkdir. Əgər heyz görən qadınların yaşında olsa, lakin heyz olmursa, iddəsi 45 gündür.

http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (70) : Ehl-i Beyt İmamlarından nakledilen hadislerde, bu konunun şiddetli (harama yakın) mekruh olduğu söylenmiştir Ancak zarureten cevazına delil olarak da Hz. Lut'un (a.s) kendi kavmine, kapısına yığılıp oğlan zannettikleri melekleri malum maksat için istediklerinde, "İşte bunlar, benim kızlarım; eğer yapmak istiyorsanız" (Hicr, 71) sözleri gösterilmiştir. Çünkü Hz. Lut (a.s.) onların kadınların cinsel organlarına ilgi duymadıklarını bile bile kızlarını onlara takdim etmiştir. Buradan da Hz. Lut’un, zarureten kızlarıyla evlenip isterlerse onlara arkadan yaklaşmalarını önerdiği anlaşılmaktadır......ters ilişki caizmidir
Ad: ali, Ölkə: TÜRKİYE, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Eğer kadının izni olmaz ise, ihtiyatı vacip gereği caiz değildir. İzni olsa yinede, şediden mekruhtur.

Go to TOP