Sual (51) : Salam~_~kisiye oz XALASI HALALDIR?
Ad: Ramal, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Xala, kişiyə məhrəm sayılır və onunla izdivac etmək haramdır.
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (52) : - Erkek, hanımının kardeşinin veya kız kardeşinin kızını, hanımına söylemeden kendisine nikâhlar, daha sonra hanımının haberi olur ve kocasının bu evliliğine razı olursa, yapılan nikâh sahihtir. Razı olmazsa, yapılan nikâh batıldır. BUNUN HÜKMÜ NEDİR
Ad: ali, Ölkə: TÜRKİYE, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İnsan hanımının izni olmadan hanımının bacı ve kardeşlerinin kızlarıyla evlenemez. Eğer birisi hanımından izin almadan bu şahıslardan birisiyle evlenirse sonradan hanım bu evliliğe razı olursa nikah sahihtir ve eğer razı olmazsa o nikah batıldır.
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (53) : SELAMÜNALEYKÜM AGA BEN UZUN ZAMAN ÖNCE HANIMIMLA ARKADAN CİMADA BULUMDUM ONUNDA RIZASI VARDI SZİN FETVALARINIZDAN FAZLASIYLA FAYDALANIYORUM HZ LUTTAN ÖRNEKLERDE VERİLMİŞ BÖYLE DURUMLARDA FIKIH NE DİYOR
Ad: ali, Ölkə: TÜRKİYE, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər qadın razı olmasa, haramdır, əgər özü razı olsa, bərk məkruhdur (bəyənilmir).
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (54) : Allahın rəhmət və bərəkəti olsun sizə Əgər bir kişi bir qadınla zina edərsə, zina etdiyi qadının qızı ilə evlənə bilərmi? Zəhmət olmasa, bütün müctəhidlərin fətvasını yazın. Öncədən sizə öz minnətdarlığımızı bildiririk.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Zəncani
Bismillahir-rəhmanır-rəhim
Ayətullah Zəncani:
Onunla evlənə bilməz.
İmam Xomeyni, Ayətullah Safi və Fazil:
Ehtiyat vacibə görə, onun qızı ilə evlənə bilməz.
Ayətullah Behcət, Sistani və Vəhid:
Ehtiyat müstəhəb odur ki, onunla evlənməsin.

http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (55) : Yaxınlıqın haram olan vaxtları hansılardır?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanır-rəhim
İnsanın öz həyat yoldaşı ilə yaxınlıq etməsinin haram olduğu vaxtlar bunlardır:
1. Heyz (aybaşı) olduğu günlərdə
2. Ramazan ayının günlərində
3. Ehram halında
4. Etikaf halında
5. Kəsirə istihazə olduğu halda (amma gündəlik qüsllərini yerinə yetirsə, haram deyil).
Digər vaxtlar əgər ər, yaxud arvada, yaxud da (qadının hamilə olarsa) ana bətnində olan körpəyə zərəri yoxdursa, yaxınlığın maneçiliyi yoxdur.
Yaxşı olar ki, məsumların şəhadəti gecələri və günləri yaxınlıq olunmasın.

http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 

Sual (56) : Qadın ərinin icazəsi olmadan ata-anasının evinə gedə bilərmi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qadının ərindən icazəsiz evdən çölə çıxması icazəli deyildir, lakin vacib olan sileyi-rəhm (qohumlarla əlaqəni qorumaq) həddində çıxa bilər.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (57) : Bəzən ictimaiyyətdə İslam dininin qadına qarşı mənfi fikirdə olduğu haqda fikirlər söylənir. Məsələn, deyilir ki, qadının ağlı naqisdir, yaxud qadın ərinə etiraz etsə cəhənnəmdə yanacaq. Halbuki kişi öz qadınına zülm edəndə, spirtli içkilər içəndə onun haqqında deyilmir ki, Cəhənnəmdə yanacaqdır. İslam dininə görə qadının heç bir üstünlüyü yoxdur? Nə üçün İslam dinində qadınlar haqqında belə sözlər səslənir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İslam dininin qadın və onun hüquqları ilə bağlı tərzi-təfəkkürünə nəzər salın. İslam dini qadını kişi kimi tam mənasında müstəqil və azad sayır. Qadını sevməyi peyğəmbərlərin xüsusiyyətlərindən biri hesab edir. مِنْ اخْلاقِ الْانْبِیاءِ حُبُّ النِّساءِ Digər hədisdə oxuyuruq: Hər kəs həyat yoldaşına əzab-əziyyət verməklə onu malını verib canını qurtarmağa məcbur etsə, Allah onun əri üçün cəhənnəmdən aşağı cəzaya razı olmayacaq. Çünki Allah-taala zülm olunan qadına görə yetim (və onun tapdanmış hüquqları) üçün qəzəbləndiyi qədər qəzəblənər. Peyğəmbərdən (s) nəql olunan digər hədisdə deyilir: Cəbrayıl qadın barəsində o qədər tapşırıqlar verdi ki, güman etdim, aşkar günahdan başqa səbəbdən talaq (boşanma) məsləhət deyil. Eləcə də çox saylı ayə və hədislər İslam dinində qadının rolunu və dəyərini göstərir. Onları mütaliə etməklə aydın olur ki, İslam dininin qadın və onun hüquqları haqda mənfi fikirdə olması fikri yanlışdır və bu sözü deyən insan İslam qanunlarından xəbərsizdir.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (58) : Atanın qayğısına qalmaq – ehtiyac halında – onun övladlarına vacibdirmi?
Ad: Gulperi, Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim   
Ehtiyat vacib budur ki, onun qayğısına qalmaq, qulluq etmək üçün lazım olan pulu ödəsinlər və ya şəxsən onun qayğısına qalsınlar.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (59) : Oğlu olmayan ata-anaya baxmaq və onların qayğılarına qalmaq onların qızlarının öhdəsindədirmi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bəli, gücləri, imkanları çatan qədər qızların öhdəsindədir.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (60) : Ərim, ailə həyatı qurduğumuz vaxt mənim müəllimə olduğumu bilirdi və bunu qəbul etmişdi. Lakin indi “müəllimlik etməyinə razı deyiləm” – deyir. Mən nə etməliyəm?
Ad: Meryem, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sualda qeyd olunanlara əsasən, əriniz sizə mane ola bilməz.

Go to TOP