Sual (31) : 1) Zinakar kişi, bakirə və zina nəticəsində hamilə qalan qızla nikah bağlasa, onun cəzası qüvvədən düşürmü, yoxsa qızın qəyyumlarının (ailə başçılarının) razılığı lazımdır? 2) Qızın qəyyumları buna razı olmasa və onu zina edən kişinin nikahına keçirməsələr, başqa bir şəxs bu qızla evlənə bilərmi? Bu halda zinanın cəzası necə olacaqdır?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
1. Cəza nikahla və ya qəyyumların razılığı ilə ləğv olunmur. Lakin bu məsələ şəriət hakimi üçün iqrar formasında (dəlil, sübutla deyil) sübuta yetərsə, məsləhətləri nəzərə almaqla onun günahından keçə bilər. 
2. Eybi yoxdur. Cəza hökmü yuxarıda qeyd edilən şəkildədir və bu işlə aradan getmir.
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (32) : Salam aleykum. Bir neferin sud anasi onun qardasinada mehremdi? Yeni hemin sexsin qardasi ve ya bacisi qardasinin sud anasinin qizi ve ya oglu ile evlene biler?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
1. Məhrəm deyildir. 
2. Sualda qeyd olunanların işkalı yoxdur. 
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (33) : Essalamu eleykum.Bir qiz istemeden aile qurulur amma kebin oxutmaqa ozu ve hemin yoldawi gedir.Zifaf gecesi bilinir ki,oqlan baqlidi ve qabiliyyeti yoxdu oqlanin ailesi bu iwin ustunu acmaqa qoymurlar.Amma qizi bir ile yaxin hede qorxuyla saxlayirlar ve ezab eziyyet edirler.sonradan ayrilir amma qiz ele getdiyi kimi qayidir.Velileri cahil olduqu ucun talaq oxunmur ki,4aydan sonra kebin pozulur.7ilden sonra aile qurmaq niyyetiyle qizi bawqasi qacirir ve aile qurub kebin oxunur hemin qiz bu aileni qurandan sonra gelin olur.Onun kecmiw kebininin ve indiki kebininin hokmu nedi?? Umumi muctehidlerin fetvasi nedi bu haqda? Evvelceden tewekkur edirem!
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Birinci izdivac xüsusunda qeyd etmək lazımdır ki, əgər qadın əqddən sonra ərinin dəli olduğunu, yaxud ərinin kişilik alətinin olmadığını, yaxud onun cinsi yaxınlıq etməkdən aciz olduğunu və yaxud ərinin yumurtalarının çıxarıldığını bilsə, nikah əqdini poza bilər və nikah pozulduğu təqdirdə, talağa ehtiyac yoxdur və ikinci izdivac səhihdir.
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (34) : Bismillah. Salam aleykum. Fahişəliklə zina etdiyini görmədiyimiz bir fahişə ilə müvəqqəti kəbinə girməyin hökmü nədir? Böyük ehtimalla iddə gözləmir və bunu özündən soruşmaq lazımdırmı? Təşəkkürlər.
Ad: Rauf, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim 
Zinaya iddə düşmür. Əgər zinada məşhurdursa, vacib ehtiyata əsasən onunla nikah bağlamaq icazəli deyil. Yalnız onun tövbəsindən və nikahın digər şərtlərini gözləməklə misal üçün atanın və ya ata babanın bakirə qız üçün (hətta – vacib ehtiyata əsasən –əgər bakirə qız yaşayışında müstəqil olsa belə) icazəsi ilə onunla nikah bağlamaq olar. Qeyd edək ki, şəriət kəbini olmadan bakirəliyini itirmiş qız bakirə hökmündədir.
Zinada məşhur olan qadın o kəsə deyilir ki, zina üçün hazırlığını bildirsin (aşkar bildirsin).
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (35) : Salam aleykum. size bir sualim var. namaz qilmayan muselmanla ayle qurmaq olar? Zehmet olmasa butun muctehidlerin fetvasini yazin.
Ad: Qerenfil, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onunla izdivac etmək icazəlildir, amma bəyənilmir. Lakin, bu izdivac etiqadınızdan sapınmağa səbəb olarsa, iradlıdır.
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (36) : Salam .bele bir izdivac var ki mesel ucun men emim qlzlyla uzaq bir sefere clxlram men onunla rahat sohbet elemey ucun kebin kesdire bilerem .ve kebinde ancaq rahat sohbet elemey werti olsun?
Ad: Sadiq Abdullayev, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Naməhrəm qohumların hicab və iffət baxımından hökmü başqaları ilə fərq etmir. Bəli, əgər kəbin üçün bütün şərtlər olsa, müvəqqəti kəbin etmək olar. Məsələn, qız kəbinin daxilində şərt etsin ki, cinsi yaxınlıq olmayacaq. Amma bu kəbinin də müxtəlif şərtləri var. O cümlədən budur ki, qadın başqa kişinin kəbinində ya da kəbin iddəsində olmamalıdır. Həmçinin əgər bakirədirsə, atasının ya da ata babasının icazəsi olmalıdır. Hətta yaşayışında müstəqil olsa belə vacib ehtiyata əsasən icazə lazımdır.
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (37) : Sual: Mut’a olan kadın hamile kalsa bile nafaka hakkı yoktur.
Ad: ali, Ölkə: TÜRKİYE, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Muta nikahı ile hamile kalan eşin nafakası vacip değildir. Ancak akit okunduğunda veya başka bir akit vasıtasıyla bunu şart kılmışsa vacip olur. Eger ondan ovlad dunyaya gelirse, ovladin nafakasini vermek vacipdir.
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (38) : salam ~men aile qurmusam ama Mehriyye vermemisem~nigaha maneesi yoxdur?bunun?Qurani Kerim Alib hayat yoldasima Mehriye vere bilerem?bes mehriyye vermesem,,.Heyat yoldawim halal etse bunu mene olar?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Kəbin səhihdir. Kəbində qeyd olunmuş mehriyə borcdur və ər onu xanımına ödəməlidir. Əgər qadın onu ərinin boynundan götürsə, ödəmək vacib deyil.
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (39) : Salam Aleykum~Cinsi elaqe ,ZAMANI MEKRUH VE HARAM OLAN isler hansilardir??
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
İnsan yaxınlıq edərkən (xüsusilə də qadın hamilə olarkən)  müstəhəbdir ki, “Bismillah...” desin, dəstəmazlı olsun. Allahdan ona pərhizkar, mübarək, pak və sağlam bir oğlan uşağı bəxş etməyini diləsin. Ay tutulan gecə və Günəş tutulan gün yaxınlıq etmək məkruhdur. Həmçinin zəval (zöhr) vaxtı (cümə axşamını çıxmaq şərtilə) , günbatan vaxtı havanın qızartısı itməzdən öncə, ay muhaqda olan zaman (qəməri ayının son üç gecəsi), fəcrdən (sübh azanından) günəş doğana qədər, ramazan ayını çıxmaqla ayların ilk gecəsi, ayın orta və son gecələri, zəlzələ, sarı və qırmızı küləklər baş verərkən yaxınlıq etmək məkruhdur. Habelə yaxınlıq edərkən kişi ilə qadının üzü və ya arxası qibləyə olmaları, gəmidə və çılpaq halda, möhtəlim olandan sonra qüsl almamış yaxınlıq etmələri məkruhdur. Amma cimadan (yaxınlıqdan) sonra qüsl almamış yenə cima etmək məkruh deyil. Eləcə də xanımın cinsi orqanına baxmaq, söhbət etmək (Allah zikrini istisna etməklə), başqasının hətta azyaşlı uşağın onu gördüyü halda cima etmək məkruhdur (söz yox ki, harama səbəb olmasa məkruhdur, əks halda icazəli deyil).
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (40) : Salam aleykum. (Bağışlayın sualıma görə) 1) qadın üçün mütə nigahından qabaq və sonra 60 gün keçməsi vacibdir? Əgər faişə ilə mütə edirəmsə və onun başqaları ilə tez-tez yaxınlıq etdiyinə yəqinim varsa onunla mütə haram sayılırmı? onun kimdənsə uşağı olacağı qeyri mümkündürsə yəni bəzi şeydən istifadə edir ki uşaq olmasın, bu halda yenə 60 gün keçməsi vacib sayılırmı?
Ad: Ali, Ölkə: Rusiya , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər müvəqqəti əqd zamanı cinsi yaxınlıq baş veribsə, qadın iki tam heyz miqdarında iddə saxlamalıdır. Əgər əqd daimi olubsa, qadın üç kamil paklıq miqdarında iddə saxlamalıdır. Əgər (Allaha sığınırıq - Allah eləməmiş) qadın zina edibsə, zinanın iddəsi yoxdur və onunla evlənmək, məkruh olsa da, səhihdir.
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP