Sual (11) : Salam, Allah sizi müvəffəq etsin. Biz Ayətullah Sistani ağaya təqlid edirik. Biz şəriət çərçivəsində Hicablı, dindar bir xanımla sonradan ailə həyatı qurmaq tanış olmaq istəyirik. Yəni, bu dəqiqə razılıq olsa evlənməyəcik. Sadəcə məsləhət görüblər deyə əgər xanım razı olsa onu tanımaq istəyirik ki, gələcəkdə ailə quraq. Bu zaman Xanımı hansı yollarla yaxşı tanıya bilərik? Adətən yazışmaqlavə ya danışıqla tam tanımaq olmur və aldanmaq da mümkündür. Bir az tanımağın yolu ən azı görüşməkdir. Şəri qaydalara əməl edərək neçə dəfə görüşmək imkanımız var? Həmçinin nəzərə alın ki, bizim yaşadımız qanunlarla müəyyən sayda görüşməklə də tam tanımaq olmur. Yaşadığımız ölkəni və vəziyyəti nəzərə alsaq necə etmək lazımdır ki, harama düşməyək? Həmçinin görüşdüyümüz zaman baxmadan yalnız daışıq olarsa və ya baxsaq belə haram niyyəti olmasa neçə dəfəyə icazə var? Həmçinin nəzərə alın ki, hər kəs hətta bəzi dindar ailələr ehtimalən kəbin kəsdirib tanımağa razılıq verməz və ya başa düşməzlər. Zəhmət olmazsa harama düşmədən bizə Xanımı yaxşı tanımağın yolların deyərdiz.
Ad: Bəndə, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Onu tanıyanlardan və öz tanışlarınızdan onun vəziyyəti haqqında maraqlana bilərsiniz. Qeyd etdiyiniz yolun isə şəriətə aidiyyəti yoxdur.
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (12) : Salam aleykum.Bir oğlan bir qızı 2 ildən çox idi ki, xoşlayırdı.Sonra həmin qıza elçilik göndərmək istədi,amma məlum oldu ki həmin qızı başqa biri ilə ad eləyiblər ki,onunla bir neçə ilə evləndirəcəklər,amma nişan olmayıb.Belə bir halda həmin onu xoşlayan oğlanın gedib ,onu xoşladığını ,fikrinin ciddi olduğunu deməsi və bu haqda qızın fikirlərini öyrənmək üçün şəriətə müvafiq halda ona yaxınlaşması və ad olunduğu oğlan ilə evlənmək fikrində olub-olmadığını soruşması nə dərəcədə düzgündür?
Ad: Ekber, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər onların arasında kəbin baş tutmayıbsa, eybi yoxdur.
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (13) : bir xanimin atasi ushax vaxtinan atib gedib evlenmek ister icaze kimnen alsin atasinin atasida yoxdu nagarsin
Ad: , Ölkə: Gurcustan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər əlaqə saxlamaq və icazə almaq mümkün olmasa, icazə şərti qüvvədən düşür.
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (14) : salam..duzdurmu ki icki icenle aile qurana melekler lenet oxuyur? umumiyetle namaz qilanin icki icenle aile qurmasi haramdi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bir çox hədislərdə şərab içən şəxslə evlənmək qadağan olunub. Bilmək lazımdır ki, iman və dindarlıq ailə həyatı quranda diqqət ediləsi ən zəruri və mühüm məsələlərdəndir. Çünki, bir ömür birlikdə yaşamaq istəyən iki həyat yoldaşı biri-birinin əqidə, əxlaq və düşüncələrinin təsirində qərar tapacaqlar. Dindar həyat yoldaşı öz həyat yoldaşını dindarlığa, təqva, gözəl əxlaq, saleh əməl və günahı tərk etməyə təşviq edəcəkdir. Doğru yolda qərar tutmaqda və nəfsin tərbiyəsində ən yaxşı dost və köməkçi olacaq. Onun kamillik və xoşbəxtliyinin amillərini təmin edəcəkdir. Əksinə, imansız və təqvasız həyat yoldaşı öz yoldaşını pisliyə və günaha doğru çəkəcək. İmanlı, islam əxlaqı və hökümlərinə sadiq qalan həyat yoldaşı öz həyat yoldaşının şərəf, mal və həyatını müdafiə etməkdə daha etibarlı və İslam əxlaqı və qanunlarına riayət etməklə ailə həyatını isti və səfalı etməyə daha uyğundur. Övladlarını düzgün təlim və tərbiyə etməyə səy göstərəcək. Buna görə də, hədislərdə dindarlıq məsələsi həyat yoldaşı seçməkdə başda durur.
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (15) : Allahin salami olsun size.bir qiz nisanlidir oglanla kebinide var.amma oglan ohteliyine dusen vezifeni yerine yetirmir,yeni qizi geyindirmek,yedizdirmek evle temin etmek. bunlar hele atasinin ohteliyindedir.2 ile yaxindir nisanlidirlar.oglan deyirki hacan evime gelersen onda ohteliyimi yerine yetirerem. amma qiza deyirki hara getdin menden icaze al. bu veziyyetde qiz atasinin evinde olarken oglandan icaze almaq vacibatdi?
Ad: betul, Ölkə: AZE, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Əgər adət budur ki, kişi toydan qabaq yaxınlıq edə bilməz, onda bu, əqdin zimnində bir şərt sayılır və kişi ona sadiq qalmalıdır. Elə bu səbəbdəndə qadının bu müddətdə evdən çıxması üçün ərindən icazə almasına ehtiyac yoxdur. Digər tərəfdən də xanımın nəfəqəsi bu müddətdə kişiyə vacib deyil.
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (16) : Allahın salam və bərəkəti olsun üzərinizə! Zəhmət olmsasa aşağıdakı suallara cavab verin Əgər bir kişi öz arvadına, (başqa bir kişi ilə) qeyri-qanuni əlaqədə olması barədə böhtan atarsa və öz iddiasını ədalətli və səlahiyyətli məhkəmədə sübuta yetirə bilməzsə: 1) Öz arvadı ilə yenidən həyatına davam etmək bu kişiyə caizdirmi? 2) Qadının öz əri ilə yaşamağına davam etməsi, şəri baxımdan vacibdirmi? 3) Belə bir şəraitdə qadın ona talaq verilməsini tələb edə və mehriyə, cehiz və digər əmlakı daxil olmaqla öz haqq-hüququna çata bilərmi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanır-rəhim 
1. Əgər bu əlaqəni gördüyünü iddia etməsə, heç bir təntənə olmadan onunla həyatına davam edə bilər. Lakin ona atdığı bu böhtana görə qadın, şəriət hakimindən həddi-qəzf (yersiz iddiaya görə cəza) icra etməsini istəyə bilər (onun həddi, yəni cəzası 80 şallaqdır). Yaxud da onu bağışlaya bilər.
2. Bəli, əri ilə yaşamağına davam etməsi lazımdır.
3. Əgər əri talaq verməyə razı olsa, eybi yoxdur.

http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (17) : salam aleykum uzurlu hesab edinnarahat eleyirem ama bir sual maraqlandirir meni men niwanliyam ve kebinimizi ozumuz oxumamiwiq ve hec getmemiwikde boyuklerimiz oxutdurublar ve kebin oxutdurulan vaxt mehriye teklifi olmuyub bizde. bilmek isteyirikki bizim hokmumuz nedir ? tesekkurler
Ad: Азербайджан, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Əgər siz onlara vəkalət vermisiniz ki, sizin tərəfinizdən ruhaninin yanına gedib kəbini oxusunlar, bu kifayətdir. Əks halda kəbin yenidən oxunmalıdır. Mehriyəni müəyyən etmək şərt deyil. Amma təyin olunubsa sizin razılığınız ilə olmalıdır.
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (18) : sige muvegeti evliliyin hokmu nedir ve kimlerle olar sertleri nelerdir
Ad: , Ölkə: Gurcustan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Daimi əqddə olduğu kimi müvəqqəti əqddə də "icab" (qadın və ya vəkili tərəfindən) və "qəbul" (kişi və ya vəkili tərəfindən) siğəsi oxunmalıdır. Müəyyən istisnalar (nəfəqə ödəməyin kişiyə vacib olmaması, müddətin təyin olunması, kişi ilə qadının bir-birindən irs aparmaması, təlağın olmaması və s. kimi hökmlər, yalnız müvəqqəti icdivaca aiddir) olmaqla, digər hökmlərdə müvəqqəti əqd daimi əqd kimidir.
İstər müvəqqəti, istərsə də daimi icdivacda qadının ərsiz olması və başqasının iddəsində olmaması şərtdir və vacib ehtiyata əsasən, bakirə qızla evlənərkən atasından, ya babasından (atasının atasından) icazə almaq lazımdır. Vacib ehtiyata əsasən, əqd siğəsi səhih ərəbcə oxunmalıdır, amma əgər kişi ilə qadın özləri siğəni düzgün ərəbcə oxuya bilməsələr, onun tərcüməsini hər dildə oxusalar, səhihdir. Müvəqqəti əqd siğəsi belədir: müddət və mehriyyə təyin olunduqdan sonra qadın: «زَوَّجْتُكَ (يا ‏مَتّعْتُكَ) نَفْسى فِى ‏الْمُدّةِ الْمَعْلُومَةِ عَلَى الْمَهْرِ الْمَعْلُوم» ( "zəvvəctukə (ya məttə'tukə) nəfsi fil-muddətil-mə'luməti ələl-məhril-mə'lum" - yəni, mən müəyyən müddət və müəyyən mehriyyə ilə özümü sənə həyat yoldaşı etdim) və kişi cavabında: «قَبِلْتُ» ("qəbiltu" - yəni, qəbul etdim) deməlidir.
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (19) : Salam . Bir qadin erinin etdiyi zulumlere davam ede bilmediyi ucun, bunu geceler tek qoyub 3 gunle eve gelmirmis bu da kiraye qaldigi evde tek qalirmis. eri de hec buna ve 2 usagina vereceyi xercliyi zinakarliqlarda xercliyirmis. bu veziyetden qadin tenge gelib oz erine deyir ki meni bosa men mehkemeye muraciet edecem . o da deyir get ne edirsen et. sonra qadin atasi evine hicret edir ve mehkemeye muraciet edir. hakimler arasdirir ve 3 ay mohletden sonra bunlari bosayir. yani her ikisinin raziligi ile bosanirlar. bosanandan sonra 8-9 ay meddet kecir ve bu muddet erzinde bosanmis olan eri buna hec bir xerc odemir . Demeyim budur aciq yazdim ki anlasilsin. men bununla bir ay olar aile qurmusam ve oda mende xosbextik. eqdimizide oxumusuq. qorxuram, deyirem birden duzgun olmaz . ikimizde namazqilaniq. kecmis erinin haqqi qalirmi uzerinde? ozu ona deyib get ne edirsen et. Mene komeklik edin xahis edirem. ne etmeliyem xosbextliyimize xeter gelmesin.bu da kecmis eri ile artiq elaqesi temiz kesilib. demek olar ki bir ile yaxindi. Biz ayrılmaq istemirik. eger gunah olubsa keffare ıle nese etmek olarmı. cunkı bu qadına artıq sahıb cıxmısam. bır daha ıstemırem nese olsun. cox xosbextık. bıze komek edın, bir yol gosterin lutfen ayriliq olmasin, Allah xetrıne!
Ad: Nurlan, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Nə qədər ki, birinci ər, ya da onun tutduğu vəkil iki nəfər adil şəxsin iştirakı ilə və digər şərtləri gözləməklə talaq verməyib, ər-arvadlıq öz qüvvəsindədir. Əgər insan bir qadının əri olduğunu bilə-bilə onunla evlənsə, ondan ayrılmalıdır. Sonradan da onunla kəbin kəsməməlidir. Həmçinin – vacib ehtiyata əsasən - əgər o qadının ərli olduğunu bilməsə, amma evləndikdən sonra onunla cinsi yaxınlıq etsə, hökm eynidir.
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (20) : Salam bir qadin basqa biri ile kebini olduqu halda basqa birisi ile kebin kesdirib amma gunah olduqunu bilmeyib ve yoldasinin anasi qiza cox eziyyet edirmis ona gore ayrilib amma oqlan telaq vermeyib, bu qadinin ikinci erinden usaqi var, bunlar ne etmelidir birinci eri bu yaxinlarda telaq verib bunlar ayrilmalidir yoxsa bunun bir yolu var? artiq derecede xahis edirem yol gosterin onlar ayrilmaq istemir, hem qizin qardasi bilse qizi oldure biler, idde gozleyib kebin kesdire bilerler? tezlikle sizden musbet cavab gozleyirem tesekkurler
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər ikinci ər bilsə ki, bu qadının əri var və bunu bilə-bilə onunla kəbin kəssə, bir-birinə əbədi haram olurlar. Əgər ikinci ər qadının əri olduğunu bilməsə (qadın bu işin haram olduğunu bilsə də) və kəbin kəssə, bu halda əgər duxul (daxil olma) baş versə, vacib ehtiyata əsasən yenə də əbədi haram olurlar.
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP