Sual (151) : Salam Alekum. Sualim budur. menim heyat yoldashim ve 2 qizim var. men onlara hec cura Hicab baqlatdira bilmiram.daima evda buna gora soz sohbat olur.her cura basha salmisham xeyri yoxdu. deyiram hec olmasa san baqlamirsan imkan ver 9 yashli qizim baqlasin.onada imkan vermir. deyir boshanaram amma ona imkan vermaram.(Namazda qilir) Bir qrdashdan sorushdum Sistani Aganin adindan dediki Hokum Boshanmaqdirş bes yaxshi man tutaqki onu boshadim Dovlatimizin qanunlarina gora ushaqlar anasi ila qalir. bunlar indi hec olmasa Namazda olsa qilirlar sabah ayrilandan sonra tamam bashsiz qalacaqlar onda neca olacaqlar? Cox pis veziyyatayam ozumu gunahkar biliram bilmiram neca edim. Cox xahish ediram mana bir yol gostarin
Ad: Mamed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Arvadı boşamaq kişinin ixtiyarındadır. Lakin biz bunu məsləhət bilmirik. Siz onu mülayim və sadə dillə başa salmağa çalışın. Yaxşılığa dəvət etmək və pisliklərdən çəkindirməkdən (əmr be məruf və nəhy əz münkər) başqa bir vəzifəniz yoxdur.
Dini ona yaxşı başa salmağa çalışın, sözdən çox öz gözəl və əxlaqi əməlləriniz ilə təsir qoymağa çalışın, inşallah bu xalis niyyətinizlə olan rəftarınız, həm övladlarınızda, həm də həyat yoldaşınızda öz müsbət təsirini qoyacaq.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (152) : Yaxın qohumla evlənmək, məsələn doğma əmi uşaqları, dayı uşaqları, bibi uşaqları, xala uşaqları ilə məkruhdur?
Ad: Ramil, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Məkruh deyil.
http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (153) : salam aleykum Zehmet olmasa mene ailedeki er-heyat yoldasi huquqlarini yazin evvelceden oz minnetdarliqimi bildirirem
Ad: Gulnare, Ölkə: , Müctəhid: Ayətullah Fazil

Bismillahir-rəhmanır-rəhim

Ər-arvadın hüquqları aşağıdakı kimidir:
Ər və arvadın bir-birlərinə qarşılıqlı haqları vardır və hər birisi borcludur ki, bir-birinin haqqına riayət etsin.

Kişinin daimi nikahında olan qadının üzərindəki haqqı:

1. Arvad ərindən icazəsiz evdən çıxmamalıdır (yalnız zəruri durumlar istisnadır).

2. Arvad əgər (heyz, nifas, xəstəlik və s. kimi) şəri bir üzrü yoxdursa, gərək ərinin istədiyi ilkin ləzzətlərə və cinsi yaxınlığa təslim olsun.

Qadının kişi üzərindəki haqları:

(Yuxarıda qeyd olunan hallarda ərinə itaət edən qadının haqları)

1 Yemək, paltar, mənzil və başqa lazım olan şeyləri öz həyat yoldaşı üçün təmin etmək ərə vacibdir. Əgər təmin edə biməsə, istər maddi imkanı olsun, istər olmasın qadına borclu qalır.

2. Kişinin arvadını ev işlərinə məcbur etməyə haqqı yoxdur.

3. Əgər kişinin bir neçə arvadı olarsa, birinin yanında 1 gecə qalsa, digərlərinin də, yanında bir gecə qalmalıdır. Qeyd olunandan başqa təqdirdə qadının yanında qalmaq vacib deyildir. Əlbəttə onun yanına getməyi birdəfəlik tərk etməsi bəyənilmir. Bu məsələdə ən gözəl yol və ehtiyat budur ki, bir qadını olan kişi dörd gecədən bir öz daimi arvadının yanında gecələsin.

4. Kişi öz daimi arvadı ilə onun razılığı olmadan 4 aydan artıq yaxınlığ etməyi tərk edə bilməz. Ehtiyat vacibə əsasən, bu hökm zərurəti olmayan səfərdə də sabitdir.

5. Qadının mehriyyəsi hər bir halda qadın tələb etdiyi zaman ödənilməlidir.

6. Əgər qadın vəzifəsi olan işlərdə ərindən itaət etməsə, günah etmişdir. Yemək, geyim, mənzil və əri ilə yatmaq haqqı yoxdur. Ancaq onun meriyyəsi öz haqqı olaraq qalır.

Qeyd: Əgər qadının səfərinin xərci vətəndə olan xərclərindən çox olsa onu təmin etmək ərinin vəzifəsi deyildir. Əgər əri xanımını səfərə aparmaq istəsə onun səfər xərcini də verməlidir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (154) : Burda ne var ki bawa duwmemeli diyiremki arvad kiwinin uzune ag olsa.agiz eyse ve kiwi eseblewib onu vurub bunun neticesi nedi?gunagdi?yeniki bunu ora catdiran arvad olubdaa....birdeki bele hallara rast gelende ne etmelidi?
Ad: lakonik87@yandex.ru, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ərin öz həyat yoldaşını döyməsi, təhqir etməsi və onun haqlarını tapdaması zülm etmək, haram və böyük günahlardandır.
Kişinin öz arvadı üzərində yalnız iki şəri haqqı vardır: 1-İstədiyi vaxt onunla cinsi yaxınlıq edə bilməsi.  Əgər qadının şəri bir üzrü yoxdursa, bu işdən imtina etməməlidir, 2- Evdən çölə çıxmağa icazə vermək ərin ixtiyarındadır. Əgər qadın üçün çölə çıxmaq zəruri həddə çatmayıbsa, ərindən icazəsiz çölə çıxa bilməz. Bundan başqa ərin arvadı üzərində bir haqqı yoxdur və onu heç bir işi etməyə məcbur edə bilməz. Qadının hüquqlarına riayət etməlidir. Çalışın ki, qarşılıqlı anlaşma ilə öz işlərinizi həll edəsiniz.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (155) : salamun aleykum, kishinin 2 ci arvadi almasi ucun 1 ci arvadin icazesi shertdirmi? eyer birinci arvadi icaze vermese 2 ci arvadi ala biler?
Ad: , Ölkə: rusya, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ayətullah Xamenei: İcazə alması lazım deyil.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (156) : salamun aleykum, kishinin 2 ci arvadi almasi ucun 1 ci arvadin icazesi shertdirmi? eyer birinci arvadi icaze vermese 2 ci arvadi ala biler?
Ad: , Ölkə: rusya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ayətullah Sistani: Arvadından icazə alması lazım deyil. Amma qadın əqdin zimnində ondan başqa qadınla izdivac etməməsini şərt edibsə, onda kişinin bu şərtə əməl etməsi lazımdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (157) : Salamun alaykum idde ne demekdir?
Ad: Muhammad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ərindən talaq almış, yaxud əri ölmüş qadının yenidən izdivac etmək üçün gözlədiyi şəri zamana iddə deyilir.
Qeyd edək ki, İddə müddəti əqdin növü (daimi və müvəqqəti olması) talağın növü baxımından, qadının hamilə olub-olmaması baxımından, habelə ərin vəfatına görə fərqlidir.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (158) : salamun alykum, sualim bunda ibaretdir ki, kimese(yeni mehrem olmayana) sevginin etirafi gunahdirmi? eger gunaha duwme ehtimali yoxdursa tewekkur edirem
Ad: Muhammad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər ərli, yaxud iddədə olan qadın olmasa, izdivac məqsədilə sevgini bildirib, elçilik etməyin eybi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (159) : Hansi hallarda heyat yoldasi ile yaxinniq haram olur?
Ad: turqut, Ölkə: Gurcustan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Aşağıdakı hallarda həyat yoldaşı ilə cinsi yaxınlıq haramdır:

1. Ehram (həcdə ehram ) halında. 2. Nifas ( doğuşdan sonra gələn qan ) zamanı. 3. Etikaf halında. 4. Aybaşı dövründə. 5. Vacib oruc halında. 6. Qadın 9 yaşından az olan vaxtda. 7. Həcdə təvaf və nisa namazını yerinə yetirməmiş olan şəxs.
http://sual.nur-az.com/az/

Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (160) : Allahin Salam ve Rehmeti olsun, Insan Hansisa qadina oz sevgisini etiraf ede biler? eger Gunaha batma ehtimali yoxdursa. tewekkur
Ad: Muhammad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər ərli, yaxud iddədə olan qadın olmasa, izdivac məqsədilə eybi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP