Sual (141) : Sualım budur ki, 14 il əvvəl mənim nikahımı sünni molla kəsib. Çünki o zaman şiə məscidimiz yox idi. Mənim kəbinim səhihdir? Yoxsa şiə əqidəsinə görə təzələməliyəm? Allah razı olsun.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Nikahı sünni alim və yaxud qeyri-müsəlman şəxs də kəsə bilər. əgər o şəxs yaxud alim nikahı yanlış kəsərsə, vacibdir ki, o nikah təzələnsin.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (142) : Bir şəxs öz arvadına yaxud digər bir arvada talaq vermək istəyir. Yaşadığı şəhərdə möhtərəm müctəhidlərin buyurduqları mənada adil şəxs yoxdur. Yalnız bəzi şəxslər vardır ki, nə talaq verən şəxsin özü öz gözləri ilə onlardan bir günah əməl görmüş, nə də digərlərindən onların indiyə qədər bir günah iş gördükləri barədə eşitmişdir. Qonşu şəhərlərdə də adil insanları tanımır. Digər tərəfdən də bu talaq mütləq icra olunmalıdır. Buyurun ki, yuxarıda qeyd olunan etibarlı və hörmətli şəxslərin şahidliyi ilə talaq siğəsini icra edə bilərmi?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Belə şəxslər talaqda şahidlik etmək üçün kifayət edir və adil sayılırlar.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (143) : Biz yaşadığımız ölkədə kişilər evin bütün işlərini qadınların öhdəsinə qoyublar və bizə elətdirirlər. Qadının evdə özü üçün fəaliyyət göstərməyə heç bir vaxtı yoxdur. Kişilər onlara boş vaxtlarından istifadə etmək üçün şərait də yaratmırlar. Buna şəriətin nəzəri nədir?
Ad: Sabire, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Kişilərin öz həyat yoldaşlarını ev işlərinə və ya digər işlərə məcbur etməyə haqları yoxdur və ailəli qadınlar öz şəxsi işlərində azaddırlar. Ərlərinin cinsi təlabatlarını ödəməkdən başqa onların qarşısında başqa vəzifələri yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (144) : assalamu aleykum! eger bir qadin oz itayetsizliyi ile ister ALLAH qarsisinda ister eri qarsisinda erinin ibadetine ve itaetine ciddi tesir gosterirse ve hetta erin heyatini cehenneme donderirse onun hokmu nedir?:
Ad: salman azeri, Ölkə: rusiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Öz gözəl əxlaqınızla ona müsbət təsir göstərməyə, düzgün yolu başa salmağa çalışın.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (145) : assalamu aleykum! eger bir kisi oz xanimiyla yaxinliq etmek istedikde o her zaman naraziliq ederse ve hetta bu qadin erine sen iyrencsen istemirem deyerse, bu qadinin hokmu nedir?
Ad: salman azeri, Ölkə: rusiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qadının öz əri qarşısında vəzifəsi budur ki, heç bir şəri üzrü yoxdursa, ərinin intim barədəki təklifindən boyun qaçırmasın və özünü bu məsələdə ona tabe etsin.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (146) : SALAM ALEYKUM. 1)BİLİRƏMKİ QADIN MAKİYAJINI NAMƏHRƏMDƏN ÖRTMƏLİDİR.ONDA QADIN ÖZ TOYU GÜNÜ MAKİYAJLIDISA VƏ TOYXANADA QADINLAR OLAN HİSSƏDƏ OTURUBSA ANCAQ OPERATOR NAMƏHRƏM OLDUĞU HALDA BƏYLƏ GƏLİNİ BƏZƏNDƏ TƏKCƏ GƏLİNİ VİDEOYA ÇƏKİR.BUNDAN ƏLAVƏ TOY KASETİNƏ NƏ QƏDƏR QOHUMLAR ALIB BAXIR ƏLBƏTTƏKİ YƏQİNKİ NAMƏHRƏMDƏ BAXIR.BU GƏLİNƏ GÜNAHDIR?ƏGƏR GÜNAHDISA NƏ EDİM ? 2)TOY GECƏSİNİN BÜTÜN ƏMƏLLƏRİNİ MƏNƏ YAZARDINIZ. ÖNCƏDƏN TƏŞƏKKÜRLƏR.
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Sualın fərzində məhrəm, yaxud qadın operator vasitəsilə çəkiliş aparılsın və toy kassetini naməhrəm baxmaq üçün verməyin.

2. Toy gecəsinin bəzi müstəhəb əməlləri bunlardır:

A. Namaz: Müstəhəbdir ki, bəy və gəlin toy gecəsi dəstəmaz alıb iki rəkət namaz qılsın, Allaha şükür edib, Peyğəmbər (s) və onun əhli-beytinə (ə) salavat göndərsin, Allaha dua etsinlər və gələcək həyatları üçün Ondan xeyir-bərəkət diləsinlər.

B. Dua: Allahummərzuqni ilfəha və huddəha və rizaha, vərzini biha vəcmə bəynəna bi əhsəni ictimain və anəsi itilafin, fəinnəkə tuhibbul-həlalə və təkrəhul-həram. Kişi bu duani oxuyarkən qadın amin desin.

C. Bərəkət suyu: Əziz İslam Peyğəmbəri (s) buyurub: Elə ki, gəlin sənin evinə daxil oldu, ayaqqabılarını çıxart, ayaqlarını yu və suyunu evin ətrafina səp. Əgər bu cür etsən, Allah-Təala (c.c.) yetmiş min yoxsulluğu sənin evindən xaric edib yetmiş min bərəkəti sənin evinə daxil edər.
Məsumlarımız (ə) bu gecədə kişilərə tələsməməyi, qadını da nəzərə almağı tövsiyyə etmişdir.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (147) : SALAM ALEYKUM. )DÜZDÜR Kİ,ƏR ARVAD BİR-BİRİ İLƏ 4 AY YAXINLIQ ETMƏZLƏRSƏ ARALARINDAKI KƏBİN POZULAR? 2)BELƏ BİR SUAL HƏR KƏSİ MARAQLANDIRIRKİ NİYƏ HƏRKƏS BAŞQA BAŞQA MÜCTƏHİDLƏRƏ TƏQLİD EDİR,BUNUN NƏ KİMİ ROLU VAR,HAMI BİR MÜCTƏHİDƏ TƏQLİD EDƏMMƏZ BƏYƏM,MÜCTƏHİDLƏR HAMISI EYNİ FƏTVA VERİRLƏRSƏ ONDA NİYƏ HƏRƏ BİR MÜCTƏHİDİ SEÇİR?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Xeyir, bununla nikah pozulmur. Lakin ər dörd aydan çox öz cavan daimi arvadını tərk edə bilməz. Amma əgər yaxınlıq etməyin ona zərəri və ya çox çətinliyi olarsa, ya qadın özü onun tərk olunmasına razı olsa və ya izdivac əqdi vaxtı onu tərk etməsini qadına şərt qoysa, tərk edə bilər. Vacib ehtiyata əsasən, bu hökmdə kişinin vətəndə və ya səfərdə olmağının bir fərqi yoxdur. Deməli, vacib ehtiyata görə, zəruri olmayan səfəri üzrlü səbəb olmadan və arvadının razılığı olmadan dörd aydan artıq davam etdirməsi icazəli deyil.
Hər halda bu nikahın pozulmasına səbəb olmur.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (148) : salam.bildiyimiz kimi 4qadin ile evlenmeye icaze var.evli kishi 2ci defe evlendikde xanimin icazesi vacibdirmi?
Ad: azer, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Vəhid
Bismillahir-rəhmanır-rəhim
Xeyir, icazə alması lazım deyil. Lakin qadın əqddə bunu şərt etsə, ehtiyat vacibə görə kişinin bu şərtə əməl etməsi lazımdır.
Amma əgər şərtə əməl etməyib, başqa qadınla izdivac etsə, bu cəhətdən əqdləri batil deyil.

http://sual.nur-az.com/az/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (149) : Salam 1 qiz və oglan nişanlanib daimi kəbin kəsdiriblər amma oğlan qiza nəfəqə vermir.həmin qizin oglana itaət etməsi vacibdir?.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində (əqd oxunmasına baxmayaraq) atasının evində yaşayan və hələ ər evinə köçməmiş qızın evdən çölə çıxması, ərinin icazəsinə bağlı deyil. 
http://sual.nur-az.com/az/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq  
Sual (150) : Bismillah. Səlamun aleykum. Bir xanım nişanlı olduğu dövrdə nişanlısı ilə yaxınlıq edib və bakirəliyi aradan gedib. Sonra nişanı geri qaytarıb (Lakin bu müddət ərzində qız kəbinlərinin olduğunu zənn edib. Qız oğlandan təlaq almaq üçün ona zəng vuranda oğlan xanıma kəbinlərinin olmadığını bildirib). Valideynləri onu bakirə bilirlər. Sual: 1. Bu xanıma (kəbini olmadığı) təlaq və iddə düşürmü? 2. Bu xanım atasının izni olmadan müvəqqəti kəbin oxutdura bilərmi? 3. Bu xanım üçün zina günahı barmı? Allah sizləri müvəffəq etsin.
Ad: Rauf, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Əgər onların arasında nikah əqdi oxunmayıbsa, talaqa ehtiyac yoxdur, habelə iddə saxlaması da lazım deyil.
2. Onun izdivac etməsi üçün atasının (yaxud ata tərəfindən olan babasının) izni şərtdir.
3. Əgər nikah əqdi oxunmadan yaxınlıq olubsa, zina sayılır və tövbə etsin, Allahdan bağışlanmasını istəsin.

http://sual.nur-az.com/az/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP