Sual (121) : Salam bir momine bacinın eger heyat yoldawi xanimini hec yere buraxmir ancaq deyir evde otur atasi anasi gilede icaze vermir getmeye momine bacininda yoldawi namaz ehlidi.bunun hokmu nedir birdeki oz heyat yoldawina yeni kiwi hede qorxu gelirki oldurerem senii onda hemin momine baci neynesin, Momine baci hec cavabda qaytatmir hec yere qoymur oturur evde eger bele davam etse neynemek olar???hansi dille bawa salim deyir?
Ad: , Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ərin arvadına ata-anasının vacib haqqı olan miqdarda onların evlərinə getməyi qadağan etməyə haqqı yoxdur. Əgər həqiqətən onun hədəsindən qorxursa (təhlükə hiss edirsə) evi ümumiyyətlə tərk edə bilər.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (122) : Həm kişi, həm də qadın cinsiyyət orqanlarına malik olan insanın evlənməsinin hökmü nədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər ikicinsli (həm kişi, həm də qadın cinsi üzvlərinə malik) olarsa və şəriətin irəli sürdüyü şərtlər əsasında kişi yaxud qadın olduğu anlaşılarsa həmin hökm ona aid olar, evlənə də bilər. Əks təqdirdə nə kişi, nə də qadın hökmü ona aid olmaz. Həmin şəxslərlə davranışda şəriətdə haram olan kişi-qadın, ya qadın-kişi münasibətlərindən, o cümlədən haram baxış və toxunuşdan çəkinilməlidir. Evlənmək və cinsi ləzzətlər də icazəli deyildir.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (123) : SALAM ALEYKUM. EGER ERLE ARVAD AYRI AYRI ÖLKƏLƏRDƏ YAŞAYIRLARSA ,QADININ ƏRİNDƏN NƏYƏSƏ İZN ALMASI ,XƏBƏR VERMƏSİ ,MÜTLƏQ ŞƏKİLDƏ OLMALIDIRMI?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Burda müxtəlif məsələlər ola bilər. Bəzi işlərdə, o cümlədən evdən çölə çıxması, nəzir etməsi, ərinin malından xərcləməsi və s. kimi işlərdə ərindən icazə alması lazımdır, bəzi işlərdə isə lazım deyil. Siz konkret olaraq nəyi nəzərdə tutduğunuzu yazsanız, ona uyğun cavab verərik.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (124) : cinsi elaqe zamani bir birinin sidiyini udmagin hokmu nedir sherietde icaledirmi?
Ad: ---, Ölkə: Azerbaycan , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sidik murdardır və yeyilib-içilməsi haramdır.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (125) : assalamu aleykum! biz cox vaxt qizlarin gelin kocerken onlsari lampanin basina firlatdiqlarini gormusuk, ozude bunu axundun etdiyini de gormusuk, bu doqrudurmu?
Ad: salman azeri, Ölkə: rusiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Şəriətdə bir əsası yoxdur.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (126) : Salam. Suallarimin cavabi menim ucun cox vacibdi. Islamda cinsi elaqeler haqqinda. 1)Cinsi elaqe zamani bir kishi 2 qadinla eyni anda elaqede ola bilermi? Ve yaxud 1 qadinla 2 muselman kishi elaqe olmasinin sherietde hokmu nedir? 2) Allahsiz ateist qadinla muselman kishinin sige etmesinin hokmu nedir? 3) namehram qadinla facebookda sige etmek niyyeti ile yazishmagin hokmu nedir? 4) muselman kishiye tanishliq saytlarinda qeyri muselman qadinlarla her ne niyyetle olursa olsun danishmagin, baxmagin hokmu nedir? 5) bir qadin ebedi kebin kesilen zaman gelecek heyat yoldashina shertler qoya bilermi? sheiretde bunun icazi varmi? Varsa nece shert qoya biler ve neleri shert kimi kishiye qoymaq ixtiyari yoxdur? eger kebin kesilen zaman qadin shertler qoyarsa evlilikden sonra ise kishi o shertleri pozarsa ne etmeli? Qadin bele halda ne ede biler? Ve kishinin cezasi nedir? 6) Evlilikden sonra kishi hec bir ciddi sebebden olmadabn sige ederse buna Islamda nece munasibet gosterilir? Sebebsiz shegvet ucbatindan evli kishi sige ederse bu haramdir, mustehebdir yoxsa mubahdir?
Ad: ---, Ölkə: Azerbaycan , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1.
a: Əgər fəsad törədərsə, yaxud iki qadının bir-birinin önündə övrəti görünərsə icazəli deyildir.
b: Haramdır.
2. İcazəli deyildir.
3. Hər halda, şəri cəhətdən səhih əqd oxunmayıbsa bir-birinizə naməhrəmsiniz. Naməhrəmlə əlaqə qurmaq əgər İslam qayda-qanunlarından xaric olarsa, ya fəsada səbəb olarsa, yaxud günaha düşmək qorxusu olarsa, caiz deyil.
4. Ümumiyyətlə, naməhrəmlə əlaqə qurmaq əgər fəsada səbəb olarsa, yaxud günaha düşmək qorxusu olarsa, caiz deyil.
5. Qadının şərt irəli sürməsi əgər kitab (Qurani-Kərim) və əhli-beytin (ə) sünnəsinə zidd olmazsa, heç bir maneəsi yoxdur, əks təqdirdə isə əgər izdivac əqdi oxunarkən qanuna zidd bir şərt irəli sürərsə, məsələn : "istədiyi vaxt, istədiyi yerə (mənzildən qırağa) getmək üçün əri ona icazə verməlidir, bunu qadağa edə bilməz, ya ərin cinsi ləzzətlərini təmin etməyə bilər, yaxud ər onun üstünə ikinci qadını ala bilməz" və bu kimi şərtlər irəli sürərsə şərt batildir, əqd və mehriyə isə səhihdir.
http://sual.nur-az.com/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (127) : Salam qadin yoldasinin raziligi olmadan oz seklini refiqesine gostere biler
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Öz-özlüyündə eybi yoxdur və icazə alması lazım deyil.
http://sual.nur-az.com/az/17/Qad%C4%B1n/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (128) : Salam.Evvela size minetdarliqimi bildirirem bele sayta gore.Allah razi olsun sizlerden ve sualim zina haqqinda olacaq.Men 2 il bundan evvel evleneceyim qizla zina etdim onuda deyim heleki biz hec nisanlida deyilik.Yeni bir birimize mehrem deyilik.Neyse sualim budur ki men 2 il bundan evvel zina etdim ve ustunden 1 ilden cox kecdi sehvimi basa dusdum ve tovbe edib namaza basladim.Vede bunuda deyim hemin qizlada helede danisiram ve onada pesmanciliqimi demisem ki pesmanam men sehv etdim meni bagisla oda yavas yavas meni anlayir ve insallah halaliqda alacam.Onla evleneceyik zina etsek gunaha batsaqda biz bir birimizi cox sevirik.Men Allah qatinda gunah islesemde yenede o qizi alacam ondan basqasinada baxmaram.Ona gore yox ki zina etdim ona gore kimen onu dogurdan sevdim.Rebbim bagislasin qeflete dusdum nefsime yenik dusub zina etdim.Sualim budur ki indi biz zina etsekde insallah gelecekde evlensek biz bir birimize haramiq ya yox ? ve bizden dogulan usaqlar zina usaqi olmaz gelecekde ? Allah bizi bagislayar bu sehvlerimize gore.Dunyada bagislanmaq ucun zinanin keffaresi nedir? Xahis edirem tez emailime yada bura cavabi deqiq gonderin oxuyum inain cox narahatam.Allaha emanet olun.Saytiniza ugurlar…
Ad: Murad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Böyük və ağır günaha yol vermisiniz. Lakin əgər həqiqi tövbə etsəniz, Allah tövbələri qəbul edən və bağışlayandır.
Əgər zina etdiyiniz qadın, birinin arvadı, yaxud birinin iddəsində olmayıbsa, onunla izdivac edə bilərsiniz. Bu izdivac düzgündür və izdivacdan sonra dünyaya gələn övladlarınız da halalzadədir.

http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (129) : salam aleykum. 1)Ayaqyolunda olarken telefonda dini mahnilar ya da moize falan dinlemek gunahdir? 2)Atası və atababası olmayan Yaşı 35 falan olan bir qız ərə qaçıb.Onların kəbninə kimin halallığı lazımdı yoxsa heç lazm deyil?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Eybi yoxdur.
2. Ata və yaxud ata babası olmadığı surətdə heç kimin icazəsi lazım deyil.

http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (130) : SALAM ALEYKUM. BIR QADINI ƏRİ 6 AYDI GÖNDƏRİB AZƏRBAYCANA.VƏ ÖZÜ RUSİYDA BAŞQA QADINLA EVLİDİ.AZƏRBAYCANA GÖNDƏRDİYİ ARVADI ƏRİYLƏ OLAN KƏBİNİ POZMAQ İSTYR.QADIN HANSI ŞƏRTLƏRDƏ KƏBİNİ POZA BİLƏR?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Talaq vermək kişinin ixtiyarındadır. Qadın talaq almaq istəyirsə, bunu ərinə desin.

Go to TOP