Sual (111) : Salamun aleykum.Bizim bir məsələmiz var sizin cavabınızla addım atacağıq.Hər şey sizin cavabınızla dəyişəcəkdir. Mən bir qızla 1 ildirki ilişkidəyəm.Allahın buyurduğu kimi,qızın ixtiyarlığı öz əlində olduğu üçün kəbinimizdə var(bir anası olduğu üçün ondan icazə almışdır).Özümüzdə islami həyatı seçtiyimiz üçün əlimizdən gələn qədər islama uygun addım atmağa çalışırıq.Qızla da aramızda hər hansı cinsi əlaqə də yaşanmayıb. Amma bizim izdivacımıza mənim(oğlan tərəf) başladığımızdan etirazlarını bildiriblər indiyədək.Səbəb isə qızın məndən 5 yaş(qızda 25 yaş,mən isə 20 yaş) böyük olması və bizim rayondan uzaq insan olmasını deyirlər. Mən islami açıdan düşündüyüm üçün qızın yaşının böyük olması və uzaq rayondan olmasını səbəbiyyət görmədim və anlaşdığımı gördüm. Məsələ elə yerə gəldiki ilişkidə olduğum qıza qarşı mənim valideynim tərəfindən əxlaq dışı sözlər işlədildi.Və nəslimizdə və ailəm qəbul etmir.Mən isə heç bir tərəfi itirmək istəmirəm(islami tutarlı səbəblərə görə).Mən özüm Türkiyədə təhsil alıram universitetimi bitirməyimə 3 il qalıb.Bu universitet həyatında da qızla evlənməyi düşünürəm ama razılıq vermirlər.Qəbul etmirlər. Mənə qız isə deyirki,ailəni məndən bundan sonrada uzaq tut.Buna olan haqsızlıqlardan dolayı bu qənaətə gəlib. Mən nə etməliyəm? çox xahis edirəm cavab verəsiniz,Hec bir tərəfi atmaq istəmirəm. Azərbaycan cəmiyyətində yaşanan cahilyanə qaydalar,islami qaydalardan uzaq olduğundan belə bir problem yaşanmaqdadır. Valideynimdə məni atacaq deyə hədələr gəlməkdədir.Amma mən islami açıdan bir məlumatım vardı ki,əgər seçdiyiniz qız islami kriterlərə uyursa valideynləriniz buna etiraz edirsə,bu seçimdə qarşı tərəfi seçmə haqqı vardır. Bu fikir bizim məsələylə üst üstə düşür mü? Mən qızı dediyin edə bilərəm mi?(qızı ailəmdən uzaq tutman islami nöqtei nəzərdən doğru olar mı? yoxsa mən mübarizə aparmam lazımdır?(razı salmam üçün) Biz(qızla mən) yəqinə varmışıq ki,biz bir brimizə Allaha yaxınlaşmaq üçün vəsiləyik.Bizim sevgimiz fərqlidir.Uzaqda ayrı yaşasaqda ilahi sevgimizə görə birlikdəyik. Bundan öncədə ailəm mənim islami düşüncəmə qarşı gəlirlər.Yani bu ilişki məsələsinin kökündə də düşüncəmin islami bağlantasıyla əlaqəlidir.çox xahis edirəm cavab verin. Allah amanında
Ad: Feryad, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər qadın və kişinin arasında daimi nikah əqdi doğru və düzgün icra edilibsə, o ikisinin ər-arvad olması sübuta yetir və kişi qadını tərk edə bilməz və qadının həyatı ilə oynamaq da pis nəticə verə bilər. Sizinlə istədiyiniz qız arasında da əgər şəri nikah oxunubsa, siz ər-arvad olaraq qalırsız və qızı tərk etməyə haqqınız yoxdur, qızın taleyi ilə oynamaq da sizin həyatınızda böyük narahatlıqların yaranmasına səbəb ola bilər. Çalışın hər bir yolla ata və ananı bu izdivacla razı salın, əgər valideyinlər sizin İslama olan əlaqənizə xatir narahatlıq hissi keçirirlərsə, onları inandırın ki, İslam dini insanın dünya və axirəti üçün ən gözəl din və yaşayış yoludur, belə ki, İslama əməl etmədən insanın axirəti məhv olub gedər və İlahi əzablara düçar qalar. Valideynlərə deyin ki, o qızla nikah əqdi oxumusunuz və o artıq sizin halal yoldaşınızdır və onu tərk edə bilməzsiniz, əgər bu surətdə də qəbul etməsələr, siz öz xanımınızla hər yerdə yaşaya bilsəniz yaşayın, daimi əqd oxuduğunuz qızla birlikdə həyata başlayın, lakin bununla belə öz ata və ananızla rabitənizi qırmayın, hərçəndonlar sizi qəbul etməsələr də siz onlarla əlaqə saxlayın və onların hörmətini qoruyun, mümkün qədər onlara hörmət edin.

http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (112) : Salam aleykum. Nigahlı ərini tərk edib başqasına ərə gedən qadına, tərk edilmiş ər tərəfindən mehriyə vermək lazımdır ( vacibdir )?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qadının mehriyyəsi birinci ərinə vacibdir və gərək onun mehriyyəsini versin, lakin əgər qadın talaq almadan başqa ərə getmişsə, ikinci kişi ilə əqd və evlənməsi batildir və bu qadın ikinci kişiyə həmişəlik haramdır. Bu qadın gərək dərhal ikinci ərindən ayrılsın və birinci əri ilə yaşasın, yaxud birinci ərini razı salsın ki, ona talaq versin və talaq aldıqdan və iddə saxladıqdan sonra başqa bir kişi ilə (ikinci ərindən qeyri birisi ilə) izdivac etsin.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (113) : Salam aleykum. Nigahlı ərini tərk edib başqasına ərə gedən qadına, tərk edilmiş ər tərəfindən mehriyə vermək lazımdır ( vacibdir )?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan suala əsasən, ikinci nikah batildir, lakin hər halda mehriyyə boynundan götürülmür.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (114) : salam.bir kishi 2ci qadinla 1cinin izni olaraq kebin kesdire bilermi? 2ci qadinin 1ciden xeberi olmasi mutleqdirmi?
Ad: --, Ölkə: Baki, Müctəhid: Ayətullah Sübhani
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Sübhani:
Kişinin ikinci dəfə evlənməsi üçün birinci arvadının icazəsi şərt deyil. Lakin birinci arvadın əqdi bu şərtlə yanaşı olsa, kişi gərək ondan razılıq alsın.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (115) : bir kishi 2ci qadinla 1cinin izni olaraq kebin kesdire bilermi? 2ci qadinin 1ciden xeberi olmasi mutleqdirmi?
Ad: --, Ölkə: Baki, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Xamenei: Eybi yoxdur və bildirməsi lazım deyil.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (116) : bir kishi 2ci qadinla 1cinin izni olaraq kebin kesdire bilermi? 2ci qadinin 1ciden xeberi olmasi mutleqdirmi?
Ad: --, Ölkə: Baki, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Sistani: Birinci arvadından icazə alması, yaxud bu məsələni ona bildirməsi lazım deyil. Lakin əgər birinci arvadla əqd etdiyi zaman ondan başqası ilə izdivac etməməsi şərt olunubsa, onda bu şərtə əməl etməllidir və birincidən razılıq almalıdır.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (117) : Salam bir momine bacının heyat yoldawi xanimini hec yere buraxmir ancaq deyir evde otur atasi anasi gilede icaze vermir getmeye momine bacininda yoldawi namaz ehlidi deyir bunun hokmu nedir birdeki oz heyat yoldawina yeni kiwi hede qorxu gelirki oldurerem senii onda hemin momine baci neynesin. Momine baci hec cavabda qaytatmir hec yere qoymur oturur evdee maraqlanirki eger bele davam etse neynemek olar?hansi dille bawa salim deyir?atası anasıgilə heç qoymamağa haaqi varmı?
Ad: , Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Ərin arvadına ata-anasının vacib haqqı olan miqdarda onların evlərinə getməyi qadağan etməyə haqqı yoxdur. Əgər həqiqətən onun hədəsindən qorxursa (təhlükə hiss edirsə) evi ümumiyyətlə tərk edə bilər.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (118) : Bir qadınla evlənmək barədə düşünürük, amma hicab taxmır deyir taxmayacam məcbur. Evlənməyim Allaha xoş getməz ?
Ad: Mamed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
İzdivacdan qabaq heç bir məsuliyyətiniz yoxdur. Amma izdivacdan sonra onun hicaba riayət etməsi üçün məsuliyyət daşımalı olacaqsınız və hicabsız naməhrəm qarşısına və çölə çıxmağının qarşısını almalısınız. Beləliklə, gərək indidən bu cür qadınla belə rəftar edə biləcəyiniz və vəzifənizə əməl edə biləcəyiniz barədə düşünəsiniz.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (119) : Allahin salami ve rehmeti uzerinize olsun.Menim 3 sualim var,Zehmet olmasa etrafli cavablayasiz. 1)Bir kesin iki xanimi olsa ve onlari bir evde ve ya bir heyetde saxlaya bilermi? 2)Bir xanimin hem zaksi hem de dini eqdi olub,onlar ayriliblar,talaqi da verilib,amma zaksdan hele de bosanmayiblar,Bilmek isteyirik ki xanim dovlet zaksi ola ola basqasina ere gede bilermi? 3)Eger xanim 1 ildi bosanibsa ve 1 ildi aralarinda duxul olmayibsa indi talaq oxunanda basqasina eqd baglamaq ucun idde gozlemelidirmi?idde aralarinda yaxinliq olmayandan sonra gozlenmelidir ya talaq oxunandan sonra?
Ad: Samir, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Şəri baxımdan iradı yoxdur.
2. Əsas şəri talaqdır. Şəri talaq verildikdən və iddəsi bitdikdən sonra artıq o kişinin arvadı hesab olunmur. Başqa kişi ilə izdivac edə bilər. Lakin sonradan dövlət qanunları baxımından hüquqi problemlər yaranmasın deyə, dövlət qanunu (məhkəmə) yolu ilə də boşanması məsləhətdir.
3. İddə talaq oxunduqdan sonra hesablanır.

http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (120) : Salam Alekum. Kiwi Heyat yoldawinan bowanirsa,hansi yollan duzgun etmek olar ki weryetle duzgun olsun?
Ad: Resad, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Vəhid
Bismillahir-rəhmanır-rəhim
Kişi həyat yoldaşını boşamaq istəyirsə, ona talaq verməlidir. Məscidin axunduna, yaxud savadlı ruhanilərdən biri ilə bu barədə məsləhətləşsin və talaq siğəsini oxumaq üçün onu vəkil etsin.

Go to TOP