Sual (101) : assalamu aleykum! kisinin icazesi olmadan qadinin onun sexsi islerine ondan xebersiz mudaxile etmeye haqqi varmi? yoxdusa onun cezasi nedir?
Ad: salman, Ölkə: rusiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Haramdır.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (102) : Salamun aleykum. eger bir qadin oz heyat yoldawi terefinden siddete meruz qalirsa,doyulub-soyulurse,her gun ozunu ve ailesini tehqir edirse,qizin ailesini sayib hormet etmirse,evinde xanimi ile oz arasinda olan dava dalawi,soz sohbeti gedib yad kiwilere,dostlarina taniwlarina daniwirsa,oz xanimina fahiwe deye muraciett edirse (uzr isteyirem) eve hecne almirsa,xanimina uwagina eyin baw almirsa ve oz xanimini evde dustaq saxlayirsa ,namazi evvel vaxtda qilmaga ve quran oxumaga mane olursa o qadinin hokmu nedir???
Ad: Memmedova, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Burada qadının vəzifəsi yalnız sözlə əmr be məruf və nəhy əz munkər (yaxşılığa dəvət edib, pis işlərdən çəkindirmək) etməkdir.
Əgər bunun heç bir təsiri olmasa, ər-arvad arasında mübahisə və ixtilaf varsa, ər də şəri talaqa razı deyilsə, bu evlilik həyatını davam etdirmək qadın üçün çətin, əzab-əziyyətdirsə və qadın bu şəraitə dözə bilmirsə, onda şəri hakimin numayəndəsinə müraciət etsinlər, o da məsələni (şəri və qanuni şərtlərilə) araşdırdıqdan sonra talaqı oxusun.

http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (103) : Sual: Salam Sizə siğə barəsində bir neçə sualım var. Zəhmət olmasa bu sualları cavablandırardınız. 1.Əgər bir nəfər müsəlman evlidirsə o qeyri müsəlman dövlətində kitab əhli əri olmayan və yaxud ərindən boşanıb dul qalan xanımla siğə edə bilərmi? 2.Evli kişi öz müsəlman xanımından icazə almasa və kitab əhli ilə siğə etsə bu zina hökmündədir? Əgər hər hansı bir müsəlman siğə edə bilərsə öz müsəlman həyat yoldaşından icazə alması vacibdirmi? 3.Əgər bir nəfər bu hökmü dəqiq bilmədən günaha mürtəkib olubsa paklanması üçün nə etməlidir? 4.Bakirə olmayan və evli olmayan yetkinlik yaşını ötən(21-30 yaş arasında) qeyri-müsəlman kitab əhli ilə atasının icazəsi olmadan siğə etməyə icazə verilirmi? Sizə zəhmət. Allah razı olsun
Ad: Kərbəlayi Seyyid Gəray, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
1. Kitab əhli olan qadınları ilə müvəqqəti evlənmək, əgər ərdə olmasalar və iddə dövründə də deyillərsə, müvəqqəti izdivacın digər şərtlərini riayət etməklə, maneəsizdir. Amma kafir qadınlarla, (daimi evlənmək qadağan olduğu kimi )müvəqqəti evlənmək də cayiz deyildir.
2-Həzrət Ayətullah əl-üzma Fazil Lənkəraninin (rh) nəzərincə əgər bir kəs müsəlman qadınla daimi evlənmişsə, kitab əhli olan qadınları ilə müvəqqəti evlənməsi icazəli deyildir. Yalnız bir surətdə buna icazə verilə ki, müvəqqəti izdivacın müddəti çox az olsun, belə ki, ürfən bu cür izdivaca evlənmək deyilməsin. Amma əgər bir kəs uzun müddətə kitab əhli olan qadın ilə müvəqqəti evlənərsə, onların əqdi batil deyildir və zina hökmü də yoxdur, lakin təklif baxımından haram iş etmiş sayılır və gərək tövbə etsin.
3. Əgər müsəlman qadınla daimi nikahı olduğu halda kitab əhli olan qadın ilə uzun müddətli müvəqqəti izdivac etmişsə, günah hesab edilir və gərək tövbə etsin.
4-Əgər qeyri-müsəlman olan qadın kitab əhlidirsə və bakirə deyilsə və əri də yoxdursa, atasının icazəsi şərt deyildir və əgər qadın razı olarsa, atasının izni olmadan onunla əqd oxumaq düzgündür.

http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (104) : Salam,Gəlinin və qaynanın bir birilerinin boyunlarinda olan haqqi nedir ne qederdir?Qaynana ev işlerinde gəlini məcbur ede bilərmi?
Ad: , Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Bir-birlərinə qarşı şəri bir haqları yoxdur. Əxlaqi baxımdan bir-birlərinin hörmətlərini saxlamalıdırlar.
2. Qaynana və ümumiyyətlə, heç kim hətta əri onu ev işlərini gördürməyə haqları yoxdur.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (105) : Salam Sizə siğə barəsində bir neçə sualım var. Zəhmət olmasa bu sualları cavablandırardınız. 1.Əgər bir nəfər müsəlman evlidirsə o qeyri müsəlman dövlətində kitab əhli əri olmayan və yaxud ərindən boşanıb dul qalan xanımla siğə edə bilərmi? 2.Eşitdiyimə görə evli kişi öz müsəlman xanımından icazə almasa və kitab əhli ilə siğə etsə bu zina hökmündədir. Əgər hər hansı bir müsəlman siğə edə bilərsə öz müsəlman həyat yoldaşından icazə alması vacibdirmi? 3.Əgər bir nəfər bu hökmü dəqiq bilmədən günaha mürtəkib olubsa paklanması üçün nə etməlidir? 4.Bakirə olmayan və evli olmayan yetkinlik yaşını ötən(21-30 yaş arasında) qeyri-müsəlman kitab əhli ilə atasının icazəsi olmadan siğə etməyə icazə verilirmi? Sizə zəhmət. Allah razı olsun
Ad: Kərbəlayi Seyyid Gəray, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
1. Kitab əhli olan qadınları ilə müvəqqəti evlənmək, əgər ərdə olmasalar və iddə dövründə də deyillərsə, müvəqqəti izdivacın digər şərtlərini riayət etməklə, maneəsizdir. Amma kafir qadınlarla, (daimi evlənmək qadağan olduğu kimi )müvəqqəti evlənmək də cayiz deyildir.
2-Həzrət Ayətullah əl-üzma Fazil Lənkəraninin (rh) nəzərincə əgər bir kəs müsəlman qadınla daimi evlənmişsə, kitab əhli olan qadınları ilə müvəqqəti evlənməsi icazəli deyildir. Yalnız bir surətdə buna icazə verilə ki, müvəqqəti izdivacın müddəti çox az olsun, belə ki, ürfən bu cür izdivaca evlənmək deyilməsin. Amma əgər bir kəs uzun müddətə kitab əhli olan qadın ilə müvəqqəti evlənərsə, onların əqdi batil deyildir və zina hökmü də yoxdur, lakin təklif baxımından haram iş etmiş sayılır və gərək tövbə etsin.
3. Əgər müsəlman qadınla daimi nikahı olduğu halda kitab əhli olan qadın ilə uzun müddətli müvəqqəti izdivac etmişsə, günah hesab edilir və gərək tövbə etsin.
4-Əgər qeyri-müsəlman olan qadın kitab əhlidirsə və bakirə deyilsə və əri də yoxdursa, atasının icazəsi şərt deyildir və əgər qadın razı olarsa, atasının izni olmadan onunla əqd oxumaq düzgündür.

http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (106) : Salam aleykum. Biizm aramızda mübahisəli bir məsələ yaranmışdır və onun sizin vasitənizlə həll olmasını istərdik. Sual belədir ki, bir qadın ərindən boşanıb. bu qadının həmin ərindən bir qızı da var. sonra bu qadın bir kişi ilə zina edib. indi bu kişi zina etdiyi o qadının qızı ilə (qadının başqa kişidən bir qızı var) evlənə bilərmi? Zəhmət olmasa müctəhidlərimizin bu barədəki fətvalarını buyurasız.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
İmam Xomeyni, Ayətullah Safi Gulpayaqani, Ayətullah Fazil:
Ehtiyat vacib odur ki, onun qızı ilə izdivac etməsin.
Ayətullah Gulpayaqani, Aytullah Zəncani
Onun qızı ilə izdivac edə bilməz.
Ayətullah Xoyi:

Daha
yaxşı və əhvət (ehtiyat müstəhəb) odur ki, onun qızı ilə izdivac etməsin.
Ayətullah Təbrizi:
Yaxşı olar ki, onun qızı ilə izdivac etməsin.
Ayətullah Sistani, Ayətullah Behcət, Ayətullah Vəhid:
Ehtiyat müstəhəb odur ki, onun qızı ilə izdivac etməsin.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (107) : Salam aleykum.Men bir qizi isteyirem , qohumdu oda meni isteyir qarwiliqlidi.Ozum wukur Allaha namaz qilanam islamin dinin qaydalarina bacardigim qeder riayet edirem..Onunla biz daniwandan (yeniki hislerimizi bildikden sonra) sonra bir muddet sonra namazada bawladi coxlu onunla daniwanlardan sonra.Qisasi ikimizde dini qaydalara riayet edirik menim (oglan yeni) anam onun ailesi ucbatindan(kohne sohbetdir valideyinler arasinda mubahise o vaxtdan dusmanciliqa oxwar bir wekilde qalib) bizim munasibetimize qarwi cixib biz yenede gizli daniwiriq ve o isteyirki esas anamin raziliqin alim sonra ..Mende ele istiyirem ama bu cox cetin meseledi , deyerdim ki mumkunsuzdu ...Ve biz fikirlewirik ki vaxti catanda qowulub qacaq ( yeniki onu qacirdim ) oda buna razidi eslinde anasida meni cox istiyir , ancaq tek problem menim anamdir ki razi deyil ..Dini baximdan men ne edeceyimi bilmirem Allahin qezebinden qorxuram ve anamin haqqini halal etmemeyinden ...evlenmeyimde anamin ne haqqi var ?razili olmadan istediyim insanla , aile heyati qura bilerem..? sualin cavabina nece baxim bu suali 1 defe gonderdim ama ne sualimi nede cavabimi tapa bilmedim. Qardasim uzurlu say narahatciliqa gore mene cox vacib meseledir...
Ad: Huseyn, Ölkə: Azerbaycan,Baki, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər qızın atası razı olsa, evlənə bilərsiniz.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (108) : Sualim var sige zamani yaran usaq kisinin ovladi sayilir ve ona baxmaq borcu var?
Ad: Baku, Ölkə: Azerbaijan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bəli, kişinin tam şəri övladı sayılır, daimi nikahda olduğu kimi onların arasında ata-övladlıq bağlılıqları vardır, o cümlədən nəfəqəni ödəmək, bir-birlərindən irs aparmaq, gəlinin və atanın arvadının məhrəm olması və s. kimi bütün hökmlər onlara şamil olur. Ümumiyyətlə, bu məsələdə müvəqqəti əqdin daimi əqddən heç bir fərqi yoxdur.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (109) : salamun eleykum.emeyi kecen her kesden Allah razi olsun.menim bele sualim var eger er razi olmadan men momine xanima oz weklimi gondere bilerem ?bir wertle ki erim razi deyil hec bir xanim dostlarima wekil gonderim .men erime bu barade tabe olmaliyam?onceden tewekkur
Ad: Meryem, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Öz-özlüyündə eybi yoxdur və ərdən icazə almağa da şəriət baxımından ehtiyac yoxdur. Lakin əxlaqi cəhətdən qeyd etməyi lazım bilirik ki, həmişə ailənizə süstlük gətirəcək, onu sarsıda biləcək işlərdən çəkinin. Ailənizin qarşılıqlı anlaşma şəraitində davam etməsinə çalışın. Yersiz söz-söhbətlərin yaranmasına imkan verməyin.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (110) : Essalamu aleykum 2 sualim var....1-ci sualim...Qadin ev iwlerini gormeye mecburdu yeni qadinin vezifesidi???2-ci sualim qadin namehrem kiwiyle zarafat ede bilermi?bele sozler deye biler get kef ele.....ne iw gorursen?halbuki qadin aile qurub erininde bele weylerden xowu gelmir qadina deye axirinci defe olsun amma qadin emel etmeye deye ozum bilerem.
Ad: seccad, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Kişilərin öz həyat yoldaşlarını ev işlərinə və ya digər işlərə məcbur etməyə haqları yoxdur və ailəli qadınlar öz şəxsi işlərində azaddırlar. Ərlərinin cinsi təlabatlarını ödəməkdən və çölə çıxmaq üçün onların icazəsini almaqdan başqa ərlərinin qarşısında başqa vəzifələri yoxdur.
2. Şübhəsiz müxalif cinslə zarafat etmək ədəbsizlik də olmasa, yolunu azma və şeytanın insana qalib gəlməsinə şərait yaradır. Ona görə də İslam dindən uzaqlaşma ilə mübarizədə, ona şərait yaradanların da qarşısını alır. Məsələn kişiləri, qadının yeri soyumadan orada oturmaqdan çəkindirir ("Mən la yəhzurul- fəqih", cild 3, səh 467). Yaxud qadınlara əmr verib ki, naməhrəmlərlə münasibətdə yumşaqlıq göstərməsinlər ("Əhzab" surəsi, ayə 32).
Nəticədə, ən yaxşısı budur ki, qadın-kişi zarafatdan ədəbsizlik də olmasa çəkinsinlər.
Sonda bir şeyi xatırlatmaq zəruridir:
Deyilənlərin hamısı ümumi bir hökmdür, ona görə də zarafatların növü arasında (çat, sms və digər vasitələrlə) və naməhrəmlərin növü arasında (məsələn sinif yoldaşı, yaxın qohumu, iş yoldaşı və s.) heç bir fərq yoxdur. Yəni əgər naməhrəmlə zarafat, ləzzət qəsdi ilə ya günaha düşmək qorxusu olarsa, haramdır.

Go to TOP