Sual (91) : salamu aleykim menim sualim budur eger er yoldasina hirlenib deyersen 3 defe seni bosayiram seni atanin evine gonderecem onda o qadin oz erine haram olurmu nigah pozulurmu eyer pozulursa sonradan nece nigah baglanilar qabaqcadan derin tesekkur edirem
Ad: tural, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində nikah pozulmur və bu talaq hesab olunmur. Kişinin öz arvadına talaq verməsi üçün aşağıdakı şərtlərin toplanması lazımdır (əks təqdirdə talaq düzgün sayılmır və onların arasındakı ər-arvadlıq öz qüvvəsində qalır):
Öz arvadına talaq verən kişi:
1. Vacib ehtiyata görə gərək büluğ həddinə çatmış olsun.
2. Aqil olsun.
3. Kişi gərək öz ixtiyarı ilə talaq versin və əgər arvadına talaq verməyə onu məcbur etsələr, talaq batildir.
4. Gərək talaq vermək qəsdi olsun, əgər siğəsini zarafat məqsədilə, yaxud sərxoş halda desə, düzgün deyil.
5. Qadın gərək talaq vaxtında heyz və nifas qanından pak olsun və əri o paklıqda onunla yaxınlıq etməmiş olsun.
6. Talağın siğəsi gərək ərəbcə düzgün oxunsun.
7. Talağın siğəsi "taliq" kəlməsi ilə oxunsun.
8. İki adil kişi talağın oxunmasına şahid olsunlar.

http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (92) : Salamun Aleikum .Kisi oz arvadini bosamag ucun sahidler gerekdirmi ve 3 defe telag sozun dese gadin azad olurmu ia daki basga iolu varmi cunki indi ekseriiet telag etmirler xais edirem etrafli cavab veresiz .Cox sag olun
Ad: bakhtiyar, Ölkə: kazakhstan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Kişinin öz arvadına talaq verməsi üçün aşağıdakı şərtlərin toplanması lazımdır (əks təqdirdə talaq düzgün sayılmır və onların arasındakı ər-arvadlıq öz qüvvəsində qalır):
Öz arvadına talaq verən kişi:
1. Vacib ehtiyata görə gərək büluğ həddinə çatmış olsun.
2. Aqil olsun.
3. Kişi gərək öz ixtiyarı ilə talaq versin və əgər arvadına talaq verməyə onu məcbur etsələr, talaq batildir.
4. Gərək talaq vermək qəsdi olsun, əgər siğəsini zarafat məqsədilə, yaxud sərxoş halda desə, düzgün deyil.
5. Qadın gərək talaq vaxtında heyz və nifas qanından pak olsun və əri o paklıqda onunla yaxınlıq etməmiş olsun.
6. Talağın siğəsi gərək ərəbcə düzgün oxunsun.
7. Talağın siğəsi"taliq" kəlməsi ilə oxunsun.
8. İki adil kişi talağın oxunmasına şahid olsunlar.

http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (93) : Salam.bele bir sual bizi maraglandirir.bir kisi ve gadin evlenib airilirlar amma kebinin geri oxumurlar bir middetden sonra (1.2 ilden )sonra basgalarina evlenirler (gizda basgasina ere gedir oglanda basgasina evlenir)bunun hokmu nedir .Sagolun.
Ad: bakhtiyar, Ölkə: kazakhstan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Əgər qadına talaq verilməyibsə, o hələ də qabaqkı ərinin arvadı sayılır. İkinci getdiyi kişi ilə nikahı batildir və bir-birlərinə əbədi haram olurlar.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (94) : bir qeyri-müsəlman qadın bir qeyri -müsəlman kişi ilə ailə qurur. Bu ailəlikdən bir müddət keçdikdə sonra qadın İslamla tanış olur və müsəlman olur. İndi o qadının hökmü nədir və əri ona haram olurmu?
Ad: samir, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qadın bir iddə müddətində gözləməlidir, əgər bu müddət ərzində əri də müsəlman olsa, izdivac öz hökmündə baqidir. Amma müsəlman olmasa, əqd pozulur.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (95) : salam eleykum aga size iki sualim var sevdiyimle heliyik anam kebin kesdirmeyimize narazi idi ondan gizli kebin kesdirdik indi sualim odurki kebinimiz qebul olar yoxsa Allah qebul etmez eyer kebin qebul olarsasevdiyinle yaxinliq etmek olar yeni elinden tutmaq qucaqlamaq opmek ve s indiden tesekkur edirem Allah razi olsun
Ad: Mamed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bakirə qızın nikahı üçün atasının izni lazımdır. Əgər ata izin versə əqd düzgündür, icazə verməsə düzgün deyil. Atadan başqa heç kimin izni əqdin düzgünlüyü üçün şərt deyil.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (96) : Salam aleykum. Mən sizə belə bir sual vermişdim "Salam aleykum. Bir subay oğlanla bir subay xanım arasında hökmü bilmədən arxadan əlaqə olubsa hökmü nədir." Allah sizdən razı olsun siz də belə bir cavab vermisiz. "Əgər nikah əqdi olmadan bu əməli ediblərsə, zinadır və böyük günah hesab olunur. Tövbə etmələri lazımdır." Mən onu bilmək istəyirəm ki, bu hərəkətdən sonra bu iki şəxs nikaha girə bilərlər mi ?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bir kişi ərli olmayan və iddədə də olmayan bir qadınla zina etsə, sonradan həmin qadınla izdivac edə bilər. Lakin müstəhəb ehtiyat odur ki, qadın bir dəfə heyz görsün, sonra onunla izdivac etsin.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (97) : Salam aleykum 1. Gəlinin və qaynanın bir birilerinin boyunlarinda olan haqqi nedir ne qederdir? 2. Qaynana ev işlerinde gəlini məcbur ede bilərmi?
Ad: samire, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Qaynananın gəlinin boynunda heç bir haqqı yoxdur. Yalnız möminlərin arasında olan hüquqları gözləmək lazımdır.
2. Qadına da evdə işləmək vacib deyil, nə əri üçün nə də başqası üçün.

http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (98) : Salam aleykum.Men bir qizi isteyirem , qohumdu oda meni isteyir qarwiliqlidi.Ozum wukur Allaha namaz qilanam islamin dinin qaydalarina bacardigim qeder riayet edirem..Onunla biz daniwandan (yeniki hislerimizi bildikden sonra) sonra bir muddet sonra namazada bawladi coxlu onunla daniwanlardan sonra.Qisasi ikimizde dini qaydalara riayet edirik menim (oglan yeni) anam onun ailesi ucbatindan(kohne sohbetdir valideyinler arasinda mubahise o vaxtdan dusmanciliqa oxwar bir wekilde qalib) bizim munasibetimize qarwi cixib biz yenede gizli daniwiriq ve o isteyirki esas anamin raziliqin alim sonra ..Mende ele istiyirem ama bu cox cetin meseledi , deyerdim ki mumkunsuzdu ...Ve biz fikirlewirik ki vaxti catanda qowulub qacaq ( yeniki onu qacirdim ) oda buna razidi eslinde anasida meni cox istiyir , ancaq tek problem menim anamdir ki razi deyil ..Dini baximdan men ne edeceyimi bilmirem Allahin qezebinden qorxuram ve anamin haqqini halal etmemeyinden ...evlenmeyimde anamin ne haqqi var ?razili olmadan istediyim insanla , aile heyati qura bilerem..?
Ad: Huseyn, Ölkə: Azerbaycan,Baki, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər qızın atası razı olsa, evlənə bilərsiniz.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (99) : Salam,mən azeri qadınam bir türklə evlənməyim haqqında nə deyə bilərsiz?o sünnüdü mən şiə Öncəden sağ olun
Ad: Mamed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər etiqadınıza təsiri olacağı qorxusu olmasa, onunla izdivac etməyinizin eybi yoxdur.
http://sual.nur-az.com/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (100) : salam aqa uzur isdeyirem bu meselede mubahizem olub qadinla kiwi arxadan cinsi elaqe qura biler ve bir birnin orqanini ope bilermi baqwdayin suala gore uzur isdeyirem
Ad: behruz, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Qadın özü razı olmasa, ehtiyati-vacibə əsasən icazəli deyil (haramdır). Razı olduğu təqdirdə də kəskin şəkildə məkruhdur.
2. Öz-özlüyündə iradı yoxdur.

Go to TOP