Sual (61) : namazda ixdite etdiyim shexsde hansi xususiet olmalidi sertleri nelerdir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İmam-camaat həddi-büluğa yetişmiş, ağıllı, on iki imam şiəsi, ədalətli, halalzadə və namazı düzgün şəkildə qılan bir fərd olmalıdır. Həmçinin əgər məmum kişidirsə, imam-camaat da kişi olmalıdır. Ədalət - şəri haramlara mürtəkib olmağın qarşısını alan (vacibi tərk etməyə, yaxud haramı yerinə yetirməyə mane olan) daimi təqvaya bais olan nəfsani bir halətdir və bunun üçün zahirdə təqvalı görünmə yetərlidir.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (62) : Salam. Əgər pişnamaz "i" səsinin əvəzinə "e" səsi yaxud "u" səsinin əvəzinə "o" səsini tələffüz edərsə, (məsələn, İhdinıs siratal mustəqim əvəzinə -Ehdinas siratal mostəqim), deyərsə, ona iqtida etmək caizdirmi?
Ad: Abdulla, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Düz tələffüz etmək o həddə lazımdır ki, ərəb onu səhih ərəb dilində bilsin. Lakin təcvid alimlərinin qeyd etdikləri dəqiq nöqtələri gözləmək lazım (vacib) deyil. Hərçənd təcvid qaydalarına riayət etməkdə yaxşıdır. 
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (63) : Salam aleykum.bir wesin diwi agriyir cekdirib.qan gelir kesmir.o ele namaz qila biler?yoxsa qanin kesmesinigozlemelidir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Namaz qılmalıdır və namazı səhihdir.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (64) : ________ Sual: Salam Aleykum,bir adam taniyiram,shizofreniya xestesidir,uzun muddetdir mualice alir,dermanlarini qebul etdiyi ucun yaxsidir,tek yawayir,her ehtiyacini( yemek,yuyunmaq,temizlik)ozu odeyir,sadece bu ele xestelikdir ki,omrunun sonuna kimi derman qebul etmelidir,bu adam soruwurdu ki,ona ibadetler vacib olur ya yox? cox sag olun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər xəstəlik camaatın baxışında dəlilik həddinə çatmayıbsa və namaz vaxtlarının hamısında dəli vəziyyətində olmayıbsa, həmin şəxs namaz və digər vacibləri yerinə yetirmədə mükəlləfdir.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (65) : ZOHR VE ESIR NAMAZLARI NEZAMAN GEZA OLOR?
Ad: , Ölkə: Gurcustan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Zöhr namazının axır vaxtı - Günəşin qürubuna (batmasına) dörd rəkət namaz qılmaq qədər vaxt qaldığı ana qədərdir. Əsr namazının axır vaxtı - Günəşin qürubudur (batmasıdır).
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (66) : Salam aleykum. Olarki zohr ve esrin nafilelerin zohr ve esri qilmamisdan qabaq qilaq? Yeni 16 ruket nafileleri qilaq sonra zohrnen esri? Ve yaxudda sam ve isaninda nafilelerin sam ve isani qilandan sonra birlesdirib qilaq? Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nafilələrin hər biri öz vaxtında qılınmalıdır. Zöhr namazının nafiləsi zöhr namazından əvvəl, əsr namazının nafiləsi isə əsr namazından əvvəl qılınmalıdır. Məğrib namazının nafiləsinin qılınma vaxtı məğrib namazı tamam olandan sonra, işa namazının nafiləsinin vaxtı isə işa namazı tamam olandan gecə yarısına qədərdir.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (67) : Əsr namazının axır vaxtının məğrib olmasını, zöhr namazının axır vaxtının məğribdən bir az əvvəl -əsr namazına lazım olan vaxta qədər olduğunu nəzərə alaraq soruşmaq istəyirəm ki, məğrib dеdikdə, nə nəzərdə tutulur? Məğrib Günəşin batmasıdır, yoxsa məğrib azanı dеyilən vaxtdır? (Yеrli vaxtlara əsasən)
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əsr namazının axır vaxtı - günəşin qürubudur (batmasıdır).
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (68) : Namazın Rukunları, fərzləri və s. Kimi haqqda lütfən, izahat verin.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Namazın vacib əməlləri aşağıdakı on bir əməldən ibarətdir: 
Niyyət, təkbirətul-ehram, qiyam, rüku, səcdə, qiraət (Həmd və surəni oxumaq), zikr, təşəhhüd, salam, tərtib və müvalat.
Yuxarida qeyd olunan ilk beş əməl rükndür. Əlbəttə, rükn olan qiyam - təkbirətul-ehramdakı qiyam və 
rükuya bitişik olan qiyamdır.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (69) : qeze namaz qilanda iqama demaq olar? bir adam mana dedi iqamanin avazina demaliyam AS SALAT AS SALAT AS SALAT 2 rukat qeze subh namazi qylmaqa niiat elairam vacib qurbatan illallah
Ad: Sevil, Ölkə: Kazaxstan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qəza namazı qıldıqda iqamə demək lazım deyil. Amma deməyinizin də bir iradı yoxdur.
İqaməni avazla oxumaq lazım deyil.

http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (70) : Allahın salamı olsun sizə. 1) Əgər sübh namazı qəzaya gedibsə və sübh namazından yarım saat bir saat keçdikdən sonra qaxdımsa onun həmən qəzasını qılmalıyam yoxsa günorta namazından sonra qılsam olar? 2) halal sayılmayan cücə ətlərini bir marketə verməyin hökmü nədir? Əgər olmazsa dükanda olan haram ət məhsullarını nə etməliyik? 3) imsakın axır vaxtı nə vaxtdır?
Ad: Ali, Ölkə: Rusiya, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Xüsusi bir vaxtı yoxdur, zöhr namazından qabaq, yaxud sonra da qıla bilərsiniz.
2. İcazəli deyildir.
3. Orucun müddəti - sübh azanından məğrib azanına qədərdir.

http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP