Sual (51) : Salam Aleykum~~camaat Namazinda Pisnamaz tesbihati erbeeni 3defe dese men ise bilereyden 1defe deSem Namazim duzdur~icaze var buna?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Namaz səhihdir.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (52) : Salam aleykum .Bir sualimiz var,Vacibi namazda Fatiheden sora secdesi vacib olan sure oxudum( meselen Eleq suresi) .Bunnan sora menim vezifem nedir yeni namazi qilib qutardim, ustunden bir nece gun kecse bele secde etsem kifayetdirmi ve namazim duzgundurmu?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vacib namazlarda vacib səcdəsi olan surələri oxumaq caiz deyil. Əgər bilərəkdən və ya səhvən bu surələrdən birini oxusa, vacib ehtiyata əsasən, səcdə ayəsini oxuduqda səcdəyə getməli, sonra ayağa qalxıb surəni tamamlamalı və namazı qılıb qurtardıqdan sonra yenidən qılmalıdır. Amma əgər namaz qılan şəxs səcdə ayəsini oxumamışdan öncə səhvini başa düşsə, vacib ehtiyata əsasən, surəni kəsməli, digər bir surəni oxumalı və namazı qılıb qurtardıqdan sonra yenidən qılmalıdır.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (53) : Salam aleykum aga.Aga nerd oynamagin hokmu nedir? Eger bir Imam Pisnamaz Zahirde nerd oynayarsa ve soradan cemietden Uzr isteyib istigfar ederse ona iqtida etmeyin hokmu nedir?
Ad: seymur, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Əgər nərd ürfün nəzərində (camaat arasında) qumar alətlərindən sayılarsa, onu oynamaq mütləq şəkildə, hətta mərcləşmə olmadan belə, haramdır. 
2. Əgər istiğfar edibsə və imam-camaatın şərtlərinə malikdirsə, iradı yoxdur.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (54) : Əgər insan ele bir yerdə olsa ki, orada qiblənin istiqamətini müəyyən edə bilməsə və heç bir tərəfi də qiblə güman etməsə, namazını hansı tərəfə qılmalıdır?
Ad: Ramile Esedova, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualda qeyd olunanlara əsasən, ehtiyata görə dörd cəhətə namaz qılmalıdır. Əgər dörd cəhətə namaz qılmaq üçün kifayət qədər vaxt olmasa, qalan vaxt ərzində müəyyən istiqamətlərə namaz qılsın.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (55) : 1 ferseg nece kilometrdi ve namaz nece fersegden sonra qesir olar
Ad: Rehman, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Hər fərsəx təxminən beş yarım kilometrdir. Əgər məsafə şəhərin qurtaracağından getdiyiniz yerə qədər səkkiz fərsəx yəni 44 km (gedib-qayıtmaq) olarsa və səfər üçün maneə irəli gəlməzsə - məsələn, bir şəhərdə 10 gün qalmaq niyyəti - irəli gəlməzsə, müsafirdir və namazı  həddi-tərəxxüsdən keçəndən sonra qəsr qılmaq lazımdır.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (56) : Salam, әgәr vacib namazda Fatihә surәsindәn sonra Әlәq surәsi oxunsa vә hәmin anda vacibi sәcdә edilmәsә, namaz düzgündürmü? Ümumiyyәtlә sәcdәni hәmin anda etmәk lazımdır, yoxsa namaz qurtarandan sonra
Ad: Abdulla, Ölkə: Azәrbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər namaz qılan şəxs vacib namazda vacib səcdə ayəsi olan dörd surədən birini ixtiyari şəkildə oxuyarsa, hərçənd bu icazəli olsa da, səcdə ayəsini oxuduqdan sonra səcdə etməsi vacibdir. Lakin tilavət səcdəsi etdiyinə görə, vacib ehtiyata əsasən, səhvən səcdə etdiyi hal istisna olmaqla, namazı batil olur və onu yenidən qılmalıdır. Əgər tilavət səcdəsini qəsdən yerinə yetirməyərək namaza davam edərsə, hərçənd səcdə etmədiyinə görə günah etsə də, namazı doğrudur.
Əgər vacib namazda istər qəsdən, istərsə səhvən vacib səcdəsi olan bir surəni oxuyarsa, səcdəli ayəyə çatmamış başa düşdüyü təqdirdə surənin qiraətini yarıda dayandıraraq başqa bir surə oxuya bilər, səcdəli ayəni oxuduqdan sonra başa düşdüyü təqdirdə isə öncəki məsələdə qeyd edildiyi kimi hərəkət etməlidir.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (57) : Salam aleykum .Bir sualimiz var,Vacibi namazda Fatiheden sora secdesi vacib olan sure oxudum( meselen Eleq suresi) .Bunnan sora menim vezifem nedir yeni namazi qilib qutardim, ustunden bir nece gun kecse bele secde etsem kifayetdirmi ve namazim duzgundurmu?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Səcdə edib namazı davam edin və sonra isə namazı yenidən qılın. Amma bu kifaayət deyil və namazı təkrar qılmaq lazımdır. 
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (58) : Salam aleykum.namazda ucuncu dorduncu ruketde wekk edende ne etmeliyik?namaz batil olur?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Namazın hər hansı yerində olursa-olsun, üç və dörd rəkət arasında şəkk etsəniz, dörd rəkət qıldığınızı əsas götürməli və namazı bitirməlisiniz. Namazdan sonra isə bir rəkət ayaq üstə, yaxud iki rəkət oturan halda ehtiyat namazı qılmalısınız.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (59) : Assalamu aleykum.Tanlsh olmayan pishnamaza iqtida edilse namaz batil olar?Batil olarsa haram olur?Gunah sayilirmi?Minnetdaram.
Ad: vaqif, Ölkə: Baku, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim  
Əgər sizin camaatla bir yerdə fərdi namaz qılmağınız fəsadla (məsələn, namaz qılanların arasında məsafə yaratmağınız, başqalarının camaat namazına xələl gətirsin, yaxud başqaları sizin onu adil saydığınıza inanıb ona iqtida etsinlər, yaxud da ucadan qılınması vacib olan namazı səssiz qılasınız) nəticələnməsə, namazınızı mətlubiyyət (yaxşı iş kimi) ümidi ilə camaatla qıla bilərsiniz. Lakin yenidən o namazı qılmaq lazımdır və o camaat namazı ilə kifayətlənmək olmaz.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (60) : Bir xanım vətənindən kənara ərə getmişdir və hazırda ərinin vətənində yaşayır. Bu xanım anadan olduğu yerə gəldikdə namaz və orucunun hökmü nədir?
Ad: RehmaN, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Əgər ata şəhərinə yaşamaq üçün qayıdacağını ehtimal etmirsə, onun namazı orada şikəstədir. Amma 10 gün, ya da daha çox qalmaq niyyəti olsa namaz tamamdır. Bəli, həmin şəhərdə çox qalarsa, misal üçün 4 il müddətində hər il üst-üstə 90 sutka (ayrı-ayrı da olsa) orada qalsa, vətən hökmündədir.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Go to TOP