Sual (31) : Salam. Əgər pişnamaz siqaret çəkərsə, iqtida etmək olarmı? Yəni o, ədalətdən düşürmü?
Ad: Abdulla, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sırf həmin əməl iqtida etməməyə səbəb deyildir.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (32) : Salamun aleykum..Evdə namaz qılıramsa və evə daxil olan biri gəlib qarşımda əyləşərsəvə ya uzanıb yatarsa o zaman namazım pozulurmu?Zəhmət olmasa cavablandırardınız..
Ad: Ramil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Xeyir, namazınız pozulmur.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (33) : en cox rat gelinen sual.. Eyer evde men Namaz qiliramsa ve eve daxil olan her hansi bir shexs Salam verirse men o salamin cavbini qaytarsam qildigim namaz pozulurmu?yeni salama cavab verdikden sonra namazima davam ede bileremmi yoxsa ki olmaz? zehmet olmazsa menim sualima etrafli cavab yazmaniz xahish edirem
Ad: Emil, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İşkalı yoxdur, namaz da səhihdir və cavabı elə deməlidir ki, "salam" sözü qabağa keçsin. Məsələn, "əssəlamu ələykum", yaxud "səlamun ələykum" deməlidir, "ələykum səlam" deməməlidir.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (34) : salamu aleykum ve rehmetullah şortiqlə namaz qılmaq olarmı?
Ad: Emrah, Ölkə: Eliyev, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Övrəti örtürsə, haram deyil.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (35) : salamun aleykum.eger camaat namazi qilinan vaxt pisnamazin sehhetinde problem yaransa ve ureyi getse ona iqtida edenlerin vezifesi nedir?
Ad: cefer, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Namazınızı fərdi şəkildə davam edə bilərsiniz.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (36) : Salam aleykum. Namazin ilk vaxti deyende namaz daxil olandan ne qeder vaxti ehate edir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Zöhr namazının fəzilətli vaxtı: zöhrün əvvəlindən başlayır və şaxisin* kölgəsinin uzunluğu şaxisin öz ölçüsünə çatana qədər davam edir. Məsələn, əgər şaxisin ölçüsü 1 metr olsa və zöhr vaxtı onun kölgəsinin uzunluğu 20 sm olarsa, şaxisin kölgəsinin uzunluğu 120 sm-ə çatanda zöhr namazının fəzilət vaxtı sona yetər. 
Əsr namazının fəzilətli vaxtı: şaxisin kölgəsinin uzunluğu 4 addıma, yəni şaxisin 4/7-ünə çatdıqdadır. Baxmayaraq ki, əsr namazının fəzilətli vaxtının, zöhr vaxtından zöhr namazının qılınması qədər vaxt keçdikdən sonra başlanması və şaxisin kölgəsi öz ölçüsünün iki bərabərinə çatdığı vaxt başa çatması uzaq ehtimal deyildir. 
Məğrib namazının fəzilət vaxtı: məğribin əvvəlindən başlayır və qərb tərəfdə olan qızartı aradan gedənə qədər davam edir. 
İşa namazının fəzilət vaxtı: məğrib namazının fəzilət vaxtı başa çatdıqdan sonra başlayır və gecənin 1/3-nə qədər davam edir. Yəni, qərb tərəfdə olan qızartı itdikdən sonra gecənin 1/3-nə qədər olan müddət işa namazının fəzilət vaxtıdır. 
Sübh namazının fəzilət vaxtı: sübh azanından hava işıqlanana qədərdir. 

*Şaxis - zöhr vaxtını təyin etmək üçün şaquli vəziyyətdə düz yerə batırılan çubuq və bu kimi şeylərdir. 
Diqqət: Fəsillərə və regionlara görə vaxtların dəyişildiyi kimi, saatlar da fərqlidir və bütün yerlər üçün xüsusi bir saatı elan etmək olmaz.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (37) : salam.men bilmirem boynumda gunorta ve axsam namazlarinin qezasi var ya yox?onda menim vezifem nedir?
Ad: cefer, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər öhdənizdə qəza namazı olmasına əminliyiniz yoxdursa, qəza namazı yerinə yetirməyiniz lazım deyil.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (38) : Bir şəxs dalğıc vəzifəsində işləyir. Əgər suya daxil olduqda namazın vaxtı çatarsa, əvvəlcədən dəstəmazlı olduğu və kompas vasitəsi ilə qibləni təyin edə biləcəyi halda dənizin dibində namaz qılması icazəlidirmi, yoxsa dənizdən çıxdıqdan sonra namaz qılmalıdır? Həmçinin, əgər namazın vaxtı dar olarsa, nə etməlidir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Vaxt geniş olduqda və namazın vaxtı çıxmadan (dənizdən kənarda) bütün şərtlərin ehtiva olunduğu halda namaz qılmaq mümkün olarsa, dənizin içində namaz qılmaq yetərli deyil. Bu halda namazı dənizdən çıxdıqdan sonra qılmaq vacibdir. Amma vaxt dar olarsa, yəni dənizdən qırağa çıxana qədər namazı qəzaya gedə bilərsə, mümkün olduğu formada dənizdə qılmaq icazəlidir.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (39) : Əssəlamu əleykum. 1. Baş düz önə tərəf olan haldan hesablayaraq, başı yuxarı neçə santım qaldırmaq olar, neçənci santım isə batil edir ? 2. Əgər bir şəxs şəri hökmü bilməməzlik üzündən başını üzü qiblədən dönəcək dərəcədə yuxarı qaldırıbsa və yaxud unutkanlıq üzündən bu işi edibsə namazı batildirmi ?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1 və 2.  Əgər qiblədən üz döndərməmisinizsə və yaxud namazqılma halından çıxmamısınızsa, işkalı yoxdur.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (40) : Salam alaykum .subh mexrib iwa namazlarln birinci ve ikinci ruketin qlLanda vacibdir ucadan deyilsin? Bes bir nece namaz qlLan olsa yene de vacib olur ? Ucadan namaz qlLanln sesi obrsin filirin yaylndlrlr .Allah razl olsun.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sübh, məğrib və işa namazlarının 1-ci və 2-ci rəkətlərinin qiraəti (Həmd və surə) ucadan oxunmalıdır.
Zöhr və əsr namazlarının birinci rükətindən 4-cü rükətinə qədər qiraətlər – vacib ehtiyata əsasən – astadan olmalıdır. (Cümə günündə 1-ci və 2-ci rükətləri çıxmaqla). Bundan qalan zikrlərdə insan ixtiyar sahibidir: həm astadan həm də ucadan qıla bilər. Ucadan və astadan oxumağın meyarı səsin cövhərinin eşidilməsi deyil, meyar ürfün (insanların) gözündə uca və asta olmasıdır. Buna görə də əgər sübh, məğrib və işa namazlarında Həmd və surəni oxuyarkən səsin cövhəri üzə çıxmasa amma ürf onu uca səs hesab etsə, kifayətdir.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Go to TOP