Sual (21) : Salam ezan oxuyandaml namzl qllm yoxsa gozleyim azan qurtarsln ? Ve azan namazdan 2 deyqe qabakml oxumalldl yoxsa tam namazln sahatlnda oxumalldl? Men oruc qezam var idi onu indi odeyirem orucu namazln tam satlndaml aclm yoxsa bir ya iki deyqe qabak aclm hansl duzdu xayiw cavablandlrln cox sagolun?
Ad: Sevinc, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər vaxtın daxil olmasına əmin olsanız, namaz qılmağın və iftar etməyin işkalı yoxdur. Bilməlisiniz ki, vaxtın daxil olmasına əmin olmayana qədər orucu iftar etmək və namaz qılmaq səhih deyil.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (22) : salam..vehset namazinin qilinma qaydasini ardicilligla deqiq yaza bilersizmi?bezi yerlerde fatihe bezilerinde hemd suresi yazilib bilmirem hansi dogrudu..iqame deyilir ya yox.. men bir cox yerlerden baxib bir neticeye gelib qildim sehv de qilmis olsam namazim qebul olarmi? yaxud tezden qila bileremmi? xahis etrafli deqiq yazasiz
Ad: gulay, Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Vəhşət namazının birinci rəkətində “Həmd”dən sonra bir dəfə “Ayatəl-kürsi”, oxunur. İkinci rəkətdə “Həmd”dən sonra on dəfə “İnna ənzəlna” (Qədr) surəsi oxunur. Namazın salamından sonra deyilir: “Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd vəbəs səvabəha ila qəbri fulan.” (“filan”) sözünün əvəzinə meyitin adı deyilir).
Vəhşət namazında iqamə deyilmir. Birbaşa niyyət edib, Allahu əkbər deyin. Sonra yuxarıda deyilən göstərişlə namazınızı qılın.
Həmd surəsi də elə həmin Fatihə surəsidir. Bəzi yerlərdə Həmd, bəzi yerlərdə də Fatihə yazılır. 
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (23) : Salam arak icerken bismillah deyib iciler o gunahdlml ya deyiller icende ya Allah bunun cavabl varml cox sagolun ?2 sual hayiw cavab yazln qlzlm ve men cume gunu evde cume namazl qllmaq olarml ve nece qllaq sozder eynidimi ?ve piwi namaz nedi ?
Ad: Sevinc, Ölkə: rimasamedova@mail.ru, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
1. Araq içmək böyük günahdır. Аllаh-taаlа Qurani-kərimdə belə buyurmuşdur: "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?"  (Mаidə surəsi, аyə 90, 91).Əziz Pеyğəmbərimiz Muhəmməd (s) bеlə buyurub: "Kim Аllаh-təаlа mənim dilimlə şərаbı hаrаm еtməsindən sоnrа аrаq icərsə, nişаnlıdırsа оnа qız vеrilməməli, şəfаət istəyərsə, şəfаət еdilməməli, bir söz dеyərsə təsdiqlənməməli və оnа əmаnət еtibаr оlunmаmаlıdır".

Digər bir hədisdə isə bеlə buyurduğu nəql оlunur: "Аllаh аrаğа, (bitkisini bu məqsəd üçün) əkənə, оndаn (həmin bitkidən) içki çəkənə, оnu içənə, оnu süzənə, оnu sаtаnа, оnu аlаnа, оndаn əldə оlunаn mаldаn yеyənə, оnu dаşıyаnа və оnun dаşınıldığı kəsə lənət еtmişdir".

2. Cümə namazının özünün xüsusi şərtləri vardır, o cümlədən: namazda beş nəfərin iştirak etməsi, adil hakim tərəfindən təyin edilmiş alim və adil şəxsin imam cüməliyi (pişnamaz olması) və s. Ona görə də sizin sualda qeyd etdiyiniz surətdə cümə namazı düzgün deyil. Cümə namazı qılmaq istəsəniz, cümə günləri came məscidlərdə təşkil edilən cümə namazında iştirak edə bilərsiniz.

3. Evdə camaat namazı təşkil edib qıla bilərsiniz. Bunun üçün iki nəfər olsa kifayətdir. Yəni biri imam (pişnamaz), digəri isə iqtida edən.

Ancaq pişnamazın özünün də şərtləri vardır. Əgər o şərtlər pişnamazda toplanmış olsa, ona iqtida etmək olar. O şərtlər aşağıdakı kimidir: 

İmam camaat gərək baliğ, aqil, on iki imam şiəsi, adil, halalzadə və namazı düzgün qılan olsun. Ədalət də budur ki vacibatı yerinə yetirib, haramları tərk etsin. Onun da nişanəsi, əgər insan onun əksi barədə məlumatlı olmasa zahirdə yaxşı olmasıdır.

http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (24) : Salam aleykum. Namazi qilib qurtarandan sonra yada dusseli salami demeyib namaz dogrudur?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər namazın salamı yaddan çıxarsa, yada düşdüyü vaxt namazın forması pozulmayıbsa, bilərəkdən və ya bilməyərəkdən namazı batil edən iş görülməyibsə, (məsələn, qiblədən çıxmaq), salamı oxumaq lazımdır. Bu halda namaz düzgündür. Salamın yaddan çıxdığını xatırlayanda artıq namazın forması pozulmuş olubsa, amma bilərəkdən və ya səhvən namazı batil edən iş görülməyibsə, salam demək lazım deyil və namaz düzgündür. Namazın forması pozulmazdan öncə namazı batil edən iş görərsə, vacib ehtiyat budur ki, namazını yenidən qılsın.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (25) : Namazda fikrin yayınmasının qarşısını almaq və fikri toplamaq üçün nə etmək lazımdır? Bu barədə tövsiyəniz nədəir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Namazda fikri toplamaq üçün ən yaxşı yol budur ki, namazdan öncə bir qədər böyük Allahın və aləmi yaradanın qarşısında dayandığınızı düşünəsiniz. Onun əzəmət, qüdrət və böyüklüyünü nəzərinizə gətirin. Özünüzü qüdrətli bir hökmdarın qarşısında dayanmış bir bəndə sanın. Təbiidir ki, bu halda tam şəkildə diqqət və təvazökarlıq yaranacaqdır. Namazdan öncə fikri narahatçılığı aradan qaldırıb çalışın ki, bu barədə fikirləşməyəsiniz. Bütün fikrinizi namaza və pərvərdigarın ibadətinə toplayın. Şeytanın vəsvəsələrini dəf etmək üçün “La İlahə illəllah” zikrini çox deyin.
İmam Sadiq (ə) buyurmuşdur: “Namaz qılmaq istəyərkən dünyanı və dünyada olanları unut. Dünya camaatını yadından çıxart və ürəyindən səni Allahdan ayıran hər şeyi çıxar”. Bir hədisdə nəql olunur ki, həzrət Peyğəmbər (s) belə dedi: “Elə bir insan kimi namaz qıl ki, sonuncu namazını qıldığını güman edir. Namaz qılmaq istəyərkən öz-özünə de ki, bu dünyada qılacağım sonuncu namazdır. Elə ol ki, sanki Cənnət qarşında, Cəhənnəm isə ayaqlarının altındadır. Əzrail arxanda, mələklər sol tərəfindədir. Allah yuxarıdan sənin halından xəbərdardır. O zaman anla ki, kimin qarşında dayanmısan və kimin dərgahına minacat edirsən və sənə kim baxır”.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (26) : Salam. Zöhr mamazı qlan, əsr namazı qılan pişnamaza iqtida edə bilər?
Ad: Mirzəxan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Eybi yoxdur və düzgündür.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (27) : salam.bir kesin namazda burnundan qan gelse namazi terk etmelidir ya davam etmelidir?
Ad: Cefer, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Əgər onun ölçüsü barmağın bir bəndindən böyük olsa və namaz qılarkən onu təmizləyə bilməsə, namaz batildir.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (28) : Salamun aleykum.Namazın sonunda ziyarətnamələr oxunan zaman ayağa durmaq olarmı?və dizi üstə ziyarətnamələri oxumaq olarmı?Əvəlcədən minnətdaram.
Ad: Ramil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (29) : Salamun aleykum.Cümlən Qurban Bayramınız mübarək olsun.Hər bir müsəlmanın Qurban bayramının namazını qılması vacibdirmi?Və qılmayıbsa qəzasını mütləq qılmalıdımı?Əvvəlcədən minnətdaram.
Ad: Ramil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
İmamın (ə) insanların arasında olduğu dövrdə fitr və qurban bayramı namazı vacibdir və camaatla qılınmalıdır. İmamın (ə) qaib olduğu bu dövrdə isə müstəhəbdir və onu camaatla, yaxud fərdi namaz kimi qılmaq olar.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (30) : salam bilmek isteyirem qadin mehremlerin yaninda namaz qla bilermi?
Ad: Tofiq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur. Qadın həm ona məhrəm olanların, həm də məhrəm olmayanların yanında namaz qıla bilər.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP